01 May 2026 12:35
141
İQTİSADİYYAT
A- A+
Bakı Limanında yeni körpü istifadəyə verilib

Bakı Limanında yeni körpü istifadəyə verilib


“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində indiyədək istifadə olunmayan 7-ci körpü liman tarixində ilk dəfə aktiv istismara cəlb edilib. Körpünün texniki potensialının gücləndirilməsi ilə yanaşı, yük qaldırma gücü 125 ton olan yeni nəsil kran da istifadəyə verilib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, 7-ci körpünün istismara verilməsi ilə konteyner və digər yüklər paralel şəkildə daha çevik idarə olunacaq. Bu da liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına və pik yüklənmə dövründə fasiləsiz işləmə qabiliyyətinin təmin edilməsinə xidmət edəcək. Nəticə etibarilə, artan yük axınları daha operativ və effektiv şəkildə idarə olunacaq.

Bu nailiyyət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir. 7-ci körpünün istismara verilməsi həmçinin Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən hərəkətini təmin edərək marşrutun ümumi rəqabətqabiliyyətini artıracaq və Bakı Limanının bu dəhlizdə əsas qovşaq rolunu daha da gücləndirəcək.

İtaliya istehsalı olan müasir kranın istismara verilməsi nəticəsində isə limanın mövcud infrastrukturunun imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, əlavə xərclərə ehtiyac olmadan ötürücülük qabiliyyəti genişlənəcək və limanın əməliyyat imkanları keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Bu yanaşma yükaşırma proseslərinin optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına və terminalda dövriyyənin sürətlənməsinə imkan yaradacaq.

Kranın elektrik enerjisi ilə fəaliyyət göstərməsi 7-ci körpüdə həyata keçirilən əməliyyatların daha aşağı karbon izi ilə icrasına və enerji səmərəliliyinin yüksəldilməsinə imkan yaradaraq Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir.

Həyata keçirilən layihələr çərçivəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması gözlənilir. 7-ci körpünün istismara verilməsi bu hədəfə qısa müddətdə çatmaq üçün mövcud resursların daha effektiv istifadəsini təmin edən əsas əməliyyat addımlarından biridir.

Ümumilikdə 7-ci körpünün və yeni nəsil kranın istifadəyə verilməsi limanın əməliyyat çevikliyini artırmaqla yanaşı, daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:43
01 May

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!