01 May 2026 12:38
135
İQTİSADİYYAT
A- A+
AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb


2026-cı ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 16,5 faiz və əsaslı məsrəflər 44,6 faiz artıb.

AZƏRTAC bp-nin 2026-cı ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam edib.

Rüb ərzində, həmçinin Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları davam edib. Bu əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanıb və quyu lazımı məlumatlar toplandıqdan sonra yenidən suvurma fəaliyyətini davam etdirib.

2026-cı ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (19 min 500), “Mərkəzi Azəri” (89 min 800), “Qərbi Azəri” (74 min 800), “Şərqi Azəri” (43 min 900), Dərinsulu Günəşli (47 min 700), “Qərbi Çıraq” (22 min 600) və ACE (26 min 700) platformalarından birlikdə – gündə orta hesabla 325 min barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1 milyon barel azalma olub.

Rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusunun qazıntısı tamamlanıb.

2026-cı ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılıb və mövcud “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

2025-ci ildə quyuda qazma işləri uğurla bitib və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilib.

Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan ilk hasilat bu ilin ikinci yarısına planlaşdırılır.

Bundan əlavə, quyu QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib. Bu laydan ilk STQ hasilatı 2026-cı ilin birinci yarısına planlaşdırılır. Bu, ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Bundan sonra quyu yenidən tamamlanacaq və ilin ikinci yarısından başlayaraq hasilat daha dayazda yerləşən və ilk qaz üçün əsas hədəf sayılan QÜQ layından həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:43
01 May

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

12:38
01 May

Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır  

12:36
01 May

Bakı Limanında yeni körpü istifadəyə verilib

12:35
01 May

"Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub

12:27
01 May

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb  

12:26
01 May

“Şahdəniz”in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:24
01 May

Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır  

12:24
01 May

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb  

12:21
01 May

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

12:19
01 May

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib  

12:15
01 May

Keniyalı ekspert Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirib  

12:03
01 May

Çinin “sıfır tarif” rejimi Afrikanın 53 ölkəsinə şamil olunacaq  

12:01
01 May

Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq ovu qadağan edilir

12:00
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!