“Azercell Telekom” MMC tərəfindən
təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə
yeni xidmətlərin təqdim edilməsi, habelə mövcud xidmətlərin təkmilləşdirilməsi məqsədi
ilə “Kinon”xidmətində dəyişikliklər edilməsi nəzərdə tutulur:
25.11.2024-cü il tarixindən
etibarən “Kinon” xidməti daxilində 240-dan çox yerli və xarici
kanallar və “Amediateka”abunəliklərindən əlavə “Wink”, “Viju”
və “Premier” adlı 3 yeni Onlayn kinoteatr, həmçinin bütün Onlayn kinoteatrları
özündə birləşdirən yeni “Kinon Plus” paketi abunəçilərin istifadəsinə
verilir.
“Kinon” xidmətinin
paketləri:
Paketin adı
|
Qiymət (AZN ƏDV daxil)
|
Paketə daxildir
|
“Kinon” (günlük)
|
0,40
|
240-dan çox yerli və xarici kanallar
|
"Kinon" (aylıq)
|
8,99
|
240-dan çox yerli və xarici kanallar
|
"Kinon Plus"
(günlük)
|
1,00
|
240-dan çox yerli və xarici kanallar, "Viju",
"Premier" və "Wink" xidmətləri
|
"Kinon Plus"
(aylıq)
|
15,99
|
240-dan çox yerli və xarici kanallar, "Viju",
"Premier", "Amediateka" və "Wink” xidmətləri
|
“Amediateka” (aylıq)
|
3,99
|
"Kinon" tətbiqi daxilində "Amediateka" xidməti
|
"Viju" (aylıq)
|
3,99
|
"Kinon" tətbiqi daxilində "Viju” xidməti
|
"Premier" (aylıq)
|
2,99
|
"Kinon" tətbiqi daxilində "Premier” xidməti
|
"Wink" (aylıq)
|
3,99
|
"Kinon" tətbiqi daxilində "Wink” xidməti
|
Qeyd edilən tarixdən etibarən “Kinon+Amediateka” paketi (həmin
paket daxilində təqdim edilən pulsuz 5 GB internet paketi, 14 günlük pulsuz
sınaq müddəti və “Amediateka” xidməti) ləğv olunacaq. “Kinon+Amediateka”
paketi növbəti yenilənmə tarixindən avtomatik qaydada “Kinon” paketi ilə əvəz
ediləcək.
Qeyd: Abunəçilərə göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom”
MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə
ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri
Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət
göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ
abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050
– mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə,
09:00 - 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar
və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki
dəstək ala bilərlər.