"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədilə 08 aprel 2025-ci il tarixindən etibarən, yalnız üzərində istifadə müddəti qeyd edilən və müvafiq istifadə müddəti keçməmiş, fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan ödəniş (danışıq) kartlarından yararlanmaq mümkün olacaq. Nominalından asılı olmayaraq, bütün digər ödəniş (danışıq) kartları isə yararsız hesab ediləcək, müvafiq olaraq üzərində istifadə müddəti qeyd edilməyən və ya üzərindəki istifadə müddəti keçmiş danışıq kartları ilə nömrələrin hesabına vəsait keçirilməsi mümkün olmayacaq.
Əlavə məlumat: "Azercell Telekom" MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərin rahatlığını təmin etmək məqsədilə onlara danışıq kartları vasitəsilə, eyni zamanda alternativ vasitələrlə də nömrələrinə ödənişlər həyata keçirmək, balanslarını artırmaq imkanı verilir. Belə ki, abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə köşklərindən (paypoint-lər), o cümlədən kredit və ya debit kartı (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsilə ATM üzərindən, həmçinin köçürmə yolu ilə, www.azercell.com rəsmi internet səhifəsindən onlayn ödəmə üsulu ilə, həmçinin "a-kart" xidməti vasitəsilə də ödəmələri həyata keçirə bilərlər. "Azercell Telekom" MMC tərəfindən abunəçilərə danışıq kartlarını üzərindəki nominala uyğun qiymətə rəsmi dilerlərimizdən əldə etmək və danışıq kartının istifadə müddətinin keçməməsi, seriya və s. göstəricilərinin tamlığına diqqət etmək, həmçinin danışıq kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək, danışıq kartlarında boya örtüyünü pozarkən itiuclu alətlərdən istifadə etməmək tövsiyə edilir.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.