23 Yanvar 2026 14:25
797
İQTİSADİYYAT
A- A+
Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 


Müasir beynəlxalq münasibətlər sistemində sülhün qorunması və münaqişələrdən sonrakı dövrdə dayanıqlı inkişafın təmin edilməsi dövlətlərin əsas prioritetlərindən biridir. Bu baxımdan Azərbaycanın Sülh Şurasına qoşulması təkcə ölkənin xarici siyasət xəttinin ardıcıllığını nümayiş etdirmir, eyni zamanda, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Koaceli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.

Onun sözlərinə görə, postmünaqişə dövrünü yaşayan region üçün əsas çağırışlardan biri qarşılıqlı etimadın bərpası və dialoq mühitinin formalaşdırılmasıdır.

“Azərbaycanın sülh platformalarında təmsil olunması beynəlxalq hüquqa əsaslanan mövqeyini daha geniş auditoriyaya çatdırmaqla yanaşı, regional problemlərin sülh yolu ilə həllinə dair konstruktiv yanaşmanı ön plana çıxarır. Bu isə Cənubi Qafqazda gərginliklərin azalmasına və qarşıdurma risklərinin minimuma endirilməsinə xidmət edir. Sülh Şurası çərçivəsində iştirak regional əməkdaşlıq üçün institusional imkanlar yaradır. Azərbaycan bu platformalar vasitəsilə reinteqrasiya, humanitar məsələlər və sosial-iqtisadi inkişaf sahələrində beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə edir. Xüsusilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, mina təhlükəsi ilə mübarizə və məcburi köçkünlərin geri qayıdışı proseslərində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi regionun ümumi inkişafına müsbət təsir göstərir. Eyni zamanda, sülh və sabitlik mesajı iqtisadi əməkdaşlıq üçün əlverişli mühit formalaşdırır”, - deyə Bilal Dündar vurğulayıb.

Mərkəzin sədri əlavə edib ki, regionda etibarlı təhlükəsizlik mühitinin mövcudluğu nəqliyyat-logistika dəhlizlərinin inkişafına, enerji layihələrinin genişlənməsinə və xarici investisiyaların cəlb olunmasına stimul verir, bu proseslər Cənubi Qafqazın beynəlxalq iqtisadi sistemdə rolunun artmasına şərait yaradır: “Azərbaycanın Sülh Şurasına qoşulması ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Sülh təşəbbüslərində fəal iştirak Azərbaycanı regional və qlobal miqyasda məsuliyyətli və etibarlı tərəfdaş kimi təqdim edir. Bu isə ölkənin diplomatik imkanlarını genişləndirərək, gələcəkdə regionda dialoq və əməkdaşlıq proseslərində təşəbbüskar mövqeyini gücləndirir. Beləliklə, Azərbaycanın Sülh Şurasına qoşulması Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və davamlı inkişaf üçün yeni perspektivlər açır. Bu addım regionun münaqişə sonrası mərhələdən əməkdaşlıq və tərəqqi mərhələsinə keçidini sürətləndirən mühüm siyasi-diplomatik təşəbbüs kimi qiymətləndirilə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!