29 Oktyabr 2024 08:00
1565
CƏMİYYƏT
A- A+
Azərbaycanın mədəni incisi, MDB-nin mədəniyyət mərkəzi

Azərbaycanın mədəni incisi, MDB-nin mədəniyyət mərkəzi



Şərqi Zəngəzurun giriş qapısı, uca dağların qoynundakı cənnətməkan Laçındayıq... 

Həkəri çayını keçib şəhərə doğru yüksəkliyə qalxdıqca, adama elə gəlir ki, sanki rəssamın çəkdiyi peyzaja baxırsan.

Laçının bir ayrı mənzərəsi var, baxdıqca adamın ürəyi dağa dönür...

Heyrətləndirici məqam isə odur ki, bu boyda əzəməti şanlı Zəfərin memarı İlham Əliyev cəmi 7 aya ərsəyə gətirib. 

Qürurlanmayasan, fəxarət hissi keçirməyəsən neyləyəsən?! 

Ümumiyyətlə Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradır. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq və respublikaəhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla, çoxşaxəli inkişaf istiqamətlərinə malikdir. 

Oktyabrın əvvəlində Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında  Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də elə bunlardan qaynaqlanır. Mühüm geostrateji mövqeyə malik Laçın həqiqətən də mədəniyyət mərkəzidir. 

Bu xoş xəbər yayıldıqdan sonra təbii ki, MDB-nin mədəniyyət paytaxtında müəyyən hazırlıq işlərinə start verilib. Biz də qədim yurdumuzun mədəni, tarixi abidələri, burada həyata keçiriləcək yeni müxtəlifistiqamətli layihələri ilə tanış olmaq üçün Laçına gəlmişik.


Laçın 2024-cü ildə mədəni sahədə 2 böyük uğura imza atıb


Şəhəri bir qədər gəzib dolaşdıqdan sonra suallarımıza ətraflı cavab almaq üçün Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə baş çəkirik. 

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevlə söhbətimiz əsnasında bəlli oldu ki, Laçın 2024-cü ildə iki böyük uğura  imza atıb. Onlardan biri Ukraynanın İrpin şəhəri ilə Laçın şəhərinin qardaşlaşması haqqında razılaşmadır. Belə ki, Ukraynanın İrpin şəhərinin meri Oleksandr Markuşinin başçılıq etdiyi nümayəndə heyəti Laçına səfəri çərçivəsində Laçın rayonunda onunla Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi arasında memorandum imzalanıb. Sənəddə şəhərlərimizin tarixi mədəniyyəti və həyatı ilə yaxından qarşılıqlı şəkildə tanış olması, həm də dostluq əlaqələrinin yaradılması nəzərdə tutulub. Bu nəinki beynəlxalq müstəvidə, həmçinin şəhərlərin icmaları arasında iqtisadi, mədəni, turizm və təhsil sahələrində də əlaqələrin inkişafına töhfə verəcək. Şəhərlərarası münasibətlərin həyata keçirilməsi çərçivəsində nümayəndə heyətlərinin, idman və bədii kollektivlərin səfərləri nəzərdə tutulur. Bu zaman şəhərlərin həyatını əks etdirən foto sərgilərin nümayiş etdirilməsi və əlbəttə ki, şəhər idarəetməsi təcrübəsi sahəsində fikir mübadiləsi aparılacaq.

İkinci uğur isə Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsidir. Hüseyn Quliyev deyir ki, hər il MDB dövlətlərinin bir şəhəri mədəniyyət paytaxtı seçilir. 2026-cı ildə isə növbə Ermənistanın Mehri şəhərinindir: "Burada da müəyyən mənada müxtəlif yanaşma var. İlk məqam odur ki, hər bir mədəniyyət paytaxtı seçilmiş şəhər, özündən öncəki şəhərdən bu adı təhvil alır. Yəni Mehri Laçından mədəniyyət paytaxtı statusunu almalı olacaq. Bu da qarşılıqlı səfərlər çərçivəsində baş verir. Zaman göstərəcək ki, ermənilər bu prosesdə necə davranacaqlar".


Laçında nələr olacaq, nələr...


Şəhərin baş planına əsasən, növbəti ildə Laçında böyük layihələr həyata keçiriləcək. Hüseyn Quliyev deyir ki, gələn il Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Zerti kəndində inşa edilən böyük otel kompleksinin açılışı olacaq. Eyni zamanda Qorçu qəsəbəsində yaradılan Beynəlxalq Hava Limanı da açılacaq. 

Bu iki mühüm infrastruktur turistlərin Laçına səfəri və mədəni  istirahətləri üçün çox böyük addımlardır. Növbəti mərhələdə şəhərin əsas küçələrindən biri, Ulu Öndərin adını daşıyan Heydər Əliyev küçəsinin bərpası həyata keçiriləcək. Bunun konsepsiyası işlənilir: "Həmin küçədə bizim özəl investorlar və eyni zamanda baş podratçımız tərəfindən bir çox mədəni layihələrin bərpası, təhvil verilməsi, işlək vəziyyətə gətirilməsi də nəzərdə tutulub.  Bunlar həm əhalinin məşğulluğu və həm də daimi məskunlaşma prosesinə müsbət təsir göstərəcək".

Nümayəndəliyin rəsmisi deyir ki, Laçın yenidən qurulduqdan sonra simasını yeniləyib. Bundan sonra görüləcək işlər, reallaşdırılacaq layihələr Laçının simasını daha da əsrarəngiz edəcək.    


Tramvaya min, kanata çat, kanata əyləş, bulvara get


Hüseyn Quliyevin sözlərinə görə, Laçında əvvəllər olmayan layihələrin də reallaşdırılması planlaşdırılır. Onlardan biri də tramvay xəttidir. Artıq tramvayla bağlı qərar verilib və onun mexanizmi hazırlanıb:

"Heydər Əliyev küçəsində tramvay xətti də yaradılacaq. Əvvəllər belə bir sistem olmayıb. Belə qərara alınıb ki, Bayraq meydanının həmin küçə ilə  birləşdirilən hissəsində tramvay xətti yaradılsın. Bu xəttin tamamlanacağı yerdən isə, yəni şəhərin həmin hissəsindən aşağıya kanat xətti çəkilsin. Yəni tramvayla gedib çıxacaqsan kanat xəttinin başlanğıcına. Kanata minib yüksəklikdən şəhəri seyr edə-edə Həkəri çayının kənarında salınacaq bulvara enəcəksən. Artıq bunun üzərində sistemli iş gedir.   

Nümayəndəliyin rəsmisi deyir ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması bu proseslərin daha da sürətləndirilməsini şərtləndirir. 2025-ci ilə qədər Laçında bir çox layihələrin icrası yekunlaşacaq. 

Bundan başqa müxtəlif layihələrin icrası davam etdirilir. Bəzi layihələr son mərhələdədir: "Prezident İlham Əliyevin qarşımıza qoyduğu tapşırıq və göstərişləri yerinə yetirmək üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, Laçın Şərqi Zəngəzurun giriş qapısı kimi öz gözəlliyi, müasirliyi ilə hər zaman turistlərin ən çox ziyarət edəcəkəri məkanlardan biri olacaq".


Təbiətlə vəhdətdə olan şəhərin ərazisi böyüdüləcək


Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, "yaşıl enerji" mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.

Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağısürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.


Şərqi Zəngəzurun ən böyük məscidi


Ərazinin coğrafi mövqeyinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək. 

Hazirda şəhərdə Şərqi Zəngəzurun ən böyük məscidi tikilir. Hüseyn Quliyev deyir ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi də xüsusi nəzarətdə saxlanılır. Hazırda Laçın şəhərində inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük ibadət yerlərindən biri olacaq.

Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edir. 

Relyefə uyğun inşa edilən məscid iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün məscidə girişi təmin edəcək. Məsciddə qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq. 600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. 

Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların rahat ibadət etməsinə hesablanıb. 

Bu ilin sonunda məscidin böyük hissəsinin təhvil verilməsi nəzərdə tutulur.


Zerti kəndində böyük sənaye sahəsi yaradılıb


Bundan başqa Laçında "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonu da yaradılıb. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan "Hoçazfilm" studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərir. 

Şəhərdən bir qədər aralıda yerləşən Zerti kəndində böyük sənaye sahəsi yaradılıb. Orada əhalinin məşğulluğu üçün bir çox müəssisələr fəaliyyət göstərir. Laçına geri qayıdan sakinlərin burada işlə təmin edilməsi prosesi reallaşır.

Hüseyn Quliyev deyir ki, yeni yaşayış məntəqələrinin salınması, yol infrastrukturunun qurulması nəzərdə tutulur. Əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün şəhərdə DOST və "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır.

Beləcə, şəhərdə yaradılacaq infrastruktur layihələri ilə bağlı geniş məlumat aldıqdan sonra üz tuturuq "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonuna...


Rəşad BAXŞƏLİYEV,

Lazım QULİYEV,

"Azərbaycan"


Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Gürcüstan parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində olub

16:43
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

16:29
26 Dekabr

Özbəkistanın Baş naziri azərbaycanlı həmkarına başsağlığı məktubu ünvanlayıb  

16:13
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!