22 Sentyabr 2026 08:40
120
SİYASƏT
A- A+
Azərbaycanın dünyada artan nüfuzu: fəal diplomatiya və milli maraqlara əsaslanan siyasət

Azərbaycanın dünyada artan nüfuzu: fəal diplomatiya və milli maraqlara əsaslanan siyasət


XXI əsrin üçüncü onilliyində beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlərin qarşısında əvvəlkindən daha mürəkkəb və çoxşaxəli vəzifələr qoyur. Dünyada siyasi və iqtisadi güc mərkəzlərinin nisbəti dəyişir, yeni əməkdaşlıq formatları yaranır, nəqliyyat və enerji marşrutlarının geosiyasi əhəmiyyəti artır, dövlətlər öz milli maraqlarını qorumaq üçün daha çevik diplomatik mexanizmlərə ehtiyac duyurlar. 

Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın son illər beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyə ayrı-ayrı diplomatik uğurların məcmusu kimi baxmaq kifayət deyil, həm də bu, ardıcıl siyasi xəttin, məqsədyönlü diplomatiyanın, iqtisadi imkanların və dəyişən beynəlxalq şəraitə uyğun qərarların nəticəsi kimi formalaşıb.

Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri milli maraqlara söykənməsi, eyni zamanda müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməsidir. Bu yanaşma ölkənin xarici siyasətini birtərəfli asılılıqdan uzaq tutmağa, müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını genişləndirməyə şərait yaradıb. 

Bu siyasətin formalaşmasında Prezident İlham Əliyevin ardıcıl, məntiqli və çoxvektorlu siyasi xətti xüsusi əhəmiyyət daşıyır. Burada "çoxvektorlu" anlayışı sadəcə müxtəlif ölkələrlə əlaqələrin genişləndirilməsi kimi başa düşülməməlidir. Söhbət Azərbaycanın eyni vaxtda müxtəlif siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar platformalarda öz milli maraqlarına uyğun iştirak etməsindən gedir. Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı, Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələrin dərinləşdirilməsi, türk dövlətləri ilə strateji tərəfdaşlığın genişləndirilməsi, qonşu ölkələrlə münasibətlərin inkişafı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal iştirak bu siyasətin müxtəlif istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin verdiyi müsahibələrdə də Azərbaycanın ənənəvi tərəfdaşlıq istiqamətləri ilə yanaşı, Asiya, Afrika, Latın Amerikası və Qoşulmama Hərəkatı ölkələri ilə əlaqələrinin genişləndirilməsinin xarici siyasətin mühüm istiqamətlərindən biri olduğu qeyd edilmişdi.

Ölkəmizin  beynəlxalq nüfuzunun artmasını şərtləndirən mühüm amillərdən biri də  uzun illər aparılan enerji diplomatiyasıdır. "Əsrin müqaviləsi" ilə başlayan enerji strategiyası sonrakı mərhələlərdə Azərbaycanı yalnız enerji resursları ixrac edən ölkə deyil, Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaşa çevirən layihələrlə davam etdirilib. Bu xəttin mahiyyəti ondan ibarətdir ki, enerji siyasəti xarici siyasətdən təcrid olunmuş iqtisadi istiqamət kimi deyil, Azərbaycanın regional və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən strateji vasitə kimi formalaşıb.

Eyni məntiq nəqliyyat diplomatiyasında da özünü göstərir. Azərbaycanın coğrafi mövqeyi ölkəyə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm əlaqələndirici rol oynamaq imkanı verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və digər infrastruktur layihələri bu potensialın reallaşdırılmasına xidmət edir. Xüsusilə Orta dəhliz Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıran istiqamətlərdəndir. Dünya Bankının araşdırmalarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çin və Avropa bazarlarını Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirən multimodal dəhliz olduğu və lazımi investisiya və səmərələşdirmə tədbirləri ilə 2030-cu ilədək yükdaşımaların əhəmiyyətli dərəcədə artırıla biləcəyi qeyd olunur. Azərbaycan bu marşrutun əsas ölkələrindəndir.

Azərbaycan üçün coğrafi mövqe sadəcə xəritədə yerləşmə xüsusiyyəti deyil, həm də diplomatik və iqtisadi resursa çevrilir. Ölkənin enerji, nəqliyyat və logistika imkanlarının bir-birini tamamlaması onun beynəlxalq münasibətlərdə çəkisini artıran mühüm faktorlardan biridir. Dünya Bankının 2025-ci il üzrə Azərbaycanla bağlı tərəfdaşlıq çərçivəsində də Orta dəhlizin inkişafı, nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi prioritet istiqamətlər sırasında göstərilir.

Azərbaycanın diplomatik fəallığının digər mühüm göstəricisi Qoşulmama Hərəkatında oynadığı roldur. Azərbaycan 2019-cu ildə Hərəkatın sədrliyini üzərinə götürdü və bu sədrliyi dörd il həyata keçirdi. Sədrliyin müddəti üzv dövlətlərin yekdil qərarı ilə daha bir il uzadıldı. Sədrliyi dövründə Bakı Hərəkatın institusional imkanlarının möhkəmləndirilməsi və onun beynəlxalq münasibətlər sistemində fəallığının artırılması istiqamətində təşəbbüslər irəli sürdü. Bu təcrübə Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətini üzə çıxardı - Bakı yalnız özünün gündəlik milli məsələlərini beynəlxalq platformalarda ifadə etməklə kifayətlənmədi, eyni zamanda çoxtərəfli əməkdaşlıq mexanizmlərində təşəbbüskar mövqe tutmağa çalışdı. Qoşulmama Hərəkatındakı sədrliyi Azərbaycanın diplomatik imkanlarının və tərəfdaşlıq şəbəkəsinin genişlənməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan 2024-cü ildə Hərəkatın sədrliyi başa çatdıqdan sonra sədrliyə keçmiş "Troika" formatında iştirakını davam etdirib.

Azərbaycanın beynəlxalq mövqeyinin dəyişməsində mühüm mərhələlərdən biri isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yeni reallığın yaranmasıdır. Bu hadisə Cənubi Qafqazın siyasi mənzərəsinə ciddi təsir göstərməklə yanaşı, Azərbaycanın regional gündəliyə təsir imkanlarını da artırıb. Bunun ardınca əsas məsələlərdən biri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, dövlətlərarası münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması məsələsinə çevrilib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizin xarici siyasətində hərbi-siyasi məsələlərlə iqtisadi və diplomatik istiqamətlər bir-birindən ayrı proseslər kimi deyil, vahid strateji xəttin tərkib hissələri kimi çıxış edir. Suverenliyin və ərazi bütövlüyünün təmin olunması yeni regional əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradıbsa, enerji və nəqliyyat layihələri həmin imkanların iqtisadi məzmununu formalaşdırır. Diplomatik fəallıq isə bu proseslərin beynəlxalq müstəvidə daha geniş tərəfdaşlıq əlaqələri ilə tamamlanmasına xidmət edir.

Son illər Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi də ölkənin diplomatik çəkisinin göstəricilərindən biri kimi diqqət çəkir. 2024-cü ildə Bakıda keçirilən COP29 dünyanın diqqətini Azərbaycana yönəldən mühüm çoxtərəfli platformalardan biri oldu. Müxtəlif beynəlxalq təşkilatların tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal dialoq məkanı kimi imkanlarını genişləndirib. 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının Bakıda keçirilməsi ilə bağlı çıxışında Prezident İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etməsini və beynəlxalq dəstəyi xarici siyasətin nəticələrindən biri kimi qeyd edib.

Azərbaycanın artan nüfuzunun başqa bir göstəricisi onun əlaqələrinin coğrafiyasının genişlənməsidir. 2025-ci ilin yekunları barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında 41 ölkə ilə 191 sənədin imzalandığı, 52 dövlətlə siyasi məsləhətləşmələrin aparıldığı və bir sıra ölkələrlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilir. Eyni mənbədə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin dərinləşməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də vurğulanır. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun yalnız siyasi bəyanatların nəticəsi kimi izah edilə bilməz. Bu nüfuzun arxasında real iqtisadi layihələr, enerji və nəqliyyat imkanları, diplomatik əlaqələr, beynəlxalq təşkilatlarda fəallıq və ölkənin öz milli maraqlarını ardıcıl müdafiə etmək bacarığı dayanır. Müasir diplomatiyada dövlətin çəkisi təkcə ərazisinin və əhalisinin ölçüsü ilə müəyyən olunmur, həm də onun nə qədər tərəfdaş yarada bilməsi, müxtəlif proseslərdə nə qədər konstruktiv rol oynaya bilməsi və öz maraqlarını beynəlxalq əməkdaşlıq mexanizmləri ilə nə dərəcədə uzlaşdıra bilməsi də mühüm əhəmiyyət daşıyır.

Ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş siyasi və diplomatik imkanları davamlı iqtisadi inkişafa, regional sabitliyə və daha geniş beynəlxalq əməkdaşlığa çevirməkdir. Orta dəhlizin inkişafı, enerji keçidində yeni imkanlar, "yaşıl enerji" layihələri, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi və Avropa ilə əməkdaşlığın yeni istiqamətləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dünya Bankının Azərbaycan üzrə son əməkdaşlıq çərçivəsində nəqliyyat bağlantısı ilə yanaşı, "yaşıl enerji" dəhlizlərini və rəqəmsal bağlantının gücləndirilməsini prioritetlər sırasında göstərməsi də bu istiqamətlərin beynəlxalq iqtisadi gündəlikdəki əhəmiyyətini nümayiş etdirir. Azərbaycanın dünyada artan nüfuzu bir hadisənin deyil, uzunmüddətli və ardıcıl siyasi kursun formalaşdırdığı nəticə kimi meydana çıxır. Prezident İlham Əliyevin xarici siyasət xəttində ardıcıllıq strateji məqsədlərin qorunmasını, məntiqi yanaşma dəyişən beynəlxalq şəraitə uyğun çevik qərarların qəbul edilməsini, çoxvektorluluq isə müxtəlif dövlətlər və beynəlxalq platformalarla paralel əməkdaşlığın inkişafını ifadə edir. Bu siyasətin mərkəzində Azərbaycanın milli maraqları, suverenliyi, təhlükəsizliyi və iqtisadi inkişafı dayanır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir 

09:10
22 Sentyabr

Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir

09:00
22 Sentyabr

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır

08:50
22 Sentyabr

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

08:49
22 Sentyabr

Azərbaycanın dünyada artan nüfuzu: fəal diplomatiya və milli maraqlara əsaslanan siyasət

08:40
22 Sentyabr

Bir qurultay qərarı və Azərbaycanın dəyişən siyasi taleyi

08:30
22 Sentyabr

"Azərbaycan və Çin arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın böyük potensialı var"

08:20
22 Sentyabr

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

08:10
22 Sentyabr

Dünyanın mənəvi xəzinəsində Azərbaycan imzası

08:05
22 Sentyabr

TDT-nin gücləndirilməsi zamanın tələbidir

08:00
22 Sentyabr

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

06:53
22 Sentyabr

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

06:47
22 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:59
22 Sentyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:57
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında

02:55
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!