27 İyul 2024 09:17
8425
Turizm
A- A+
Azərbaycana gələn turistlərin sayı artır

Azərbaycana gələn turistlərin sayı artır

 

Yay fəslində istirahət etmək, səyahətə çıxmaq hamının istəyidir. Bakıda, mavi Xəzərin sahillərindəki istirahət guşələri, sanatoriyalar, çimərliklər, Quba-Qusar, Qax-Balakən-Zaqatala, Lənkəran-Astara-Lerik, Göygöl, Hacıkənd, Daşkəsən, Gədəbəy kimi bölgələr, bu yerlərdə dağlı-dərəli meşəliklər, buz bulaqlar, axar çaylar, dünya standartları səviyyəsində yaradılmış istirahət mərkəzləri turizm həvəskarlarına xüsusi zövq verir.

Bu sıraya  dörd il bundan əvvəl Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş Qarabağ bölgəsini də əlavə etsək, ölkəmizdə turizmin coğrafiyasının nə qədər böyük olduğu bir daha göz önündə canlanar.

Xatırladaq ki, son üç ildə turistlərin erməni işğalından azad olunmuş ərazilərə böyük marağı müşahidə olunur. Bu əraziləri ziyarət edənlərin sayı ilbəil artır. Məsələn, ötən ay Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində təkcə fərdi avtomobillə Şuşa və Laçın şəhərlərinə 20 mindən çox insan səfər edib. Şuşa şəhərinə 2 min 650 avtomobillə 12 min 528 nəfərin, Laçın şəhərinə isə 2 min 296 fərdi avtomobillə 8 min 330 nəfərin səfəri reallaşıb. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri bu ərazilərdə yerləşən hotellərdə qonaq olub. Daha dəqiq desək, 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 min 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 min 670 nəfər olub.

Görünən odur ki, yaxın illərdə Azərbaycan turizminin ürəyi bu bölgədə döyünəcək. Bunun üçün müəyyən addımlar da atılır. Təhlükəsizliyin təmin olunması, infrastrukturun yenidən qurulması, habelə turizm sektoru üzrə peşəkar kadr potensialının formalaşdırılması istiqamətində işlər aparılır. Bütün tikililər, "ağıllı kənd" layihələri, yeni evlərin inşası, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı gələcəkdə həmin ərazilərdə qaynar həyatdan, gözəl turizm imkanlarının yaranacağından xəbər verir.

Şərqi Zəngəzur və Qarabağ böyük su hövzələri, meşələri, dağları, mənzərəli məkanları ilə zəngindir. Təbii və antropogen resurslarla zəngin bu ərazilərdə müxtəlif turizm fəaliyyətlərinin inkişafı üçün olduqca əlverişli şərait mövcuddur. Əvəzsiz təbiət mənzərələri, mineral sular, tarixi-mədəni abidələr, ləziz mətbəx, folklor və sairə bu kimi amillər turistlərin bu yerləri təkrar görmək istəyini birə-beş artırır. Yaxın zamanlarda Qarabağ ərazisində milli parkların yaradılması turizm marşrutlarının artmasına, bu sahəyə maraqlı olan səyahətçilərin sayının çoxalmasına səbəb olacaq. Azərbaycan Ekoturizm Assosiasiyasının fəalları bir neçə dəfə bölgədə  olublar, doğma yurdda ekoturizm üçün müvafiq işlərin aparılmasına start veriblər.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrindəndir. Onun əsasında Dövlət Turizm Agentliyində "İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı" təsdiq edilib. İşğaldan azad edilmiş ərazilər üzrə "Qarabağ Regional Turizm İdarəsi"nin, habelə Prezidentin sərəncamı ilə iyun ayında "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması bu sahəyə diqqətin bariz nümunəsidir.

Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi isə  turizmin inkişafında yeni qapıların açılması deməkdir. Artıq Şuşa, Xankəndi və Zəngilanda ən müasir hotellərin istifadəyə verilməsi, əlavə zəruri turizm infrastrukturlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi bu bölgənin ən münbit və əlverişli ekoturizm sənayesi mərkəzinə çevrilməsinə güclü zəmin yaratmaqdadır.

İstisna deyil ki, COP29 çərçivəsində ekoloji tədbirlərin  təşviqi ilə bağlı xarici qonaqlarda əyani təsəvvür yaratmaq üçün Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil olunacaq. Azad edilmiş ərazilərə səfər edən xarici qonaqlar bölgənin ekoturizm zənginliyini gördükdən sonra davamlı olaraq bu yerlərə gəlməyə çalışacaqlar.

Rəsmi mənbələrin açıqlamasından məlum olduğu kimi, pandemiya dövründən başlayan 3 illik azalmadan sonra turizm sektorunda yenidən canlanma müşahidə edilir. Xüsusilə də ərəb regionu və körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Qeyd edilən dövrdə Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox turist səfər edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqından gələn turistlərin sayında 31,1 faiz, MDB regionundan gələnlərin sayında isə 24 faiz artım qeydə alınıb.

Yeri gəlmişkən, ərəb və körfəz regionundan gələn turistlərin tələbatını nəzərə alaraq turizm obyektlərinə "halal hotel" sertifikatının verilməsi nəzərdə tutulur. "Halal hotel" konsepti islam qanunlarına uyğun xidmət göstərən hotellərə aid olur və ziyarətçilərin islam dininin tələblərinə uyğun qida, yaşayış və digər xidmətləri təmin edir.

Turizmdə diqqətçəkən digər məqamlardan biri uzaq Asiyadan, xüsusilə də Çindən Azərbaycana axının sürətlənməsidir. Belə ki, cari ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8, Hindistandan 2,6, Cənubi Koreyadan 2,2, Filippindən gələnlərin sayı 1,8 dəfə artıb. İlk dəfə olaraq Çindən Azərbaycana  səfər edən turistlərin sayı 10 min nəfərə çatıb. İlin birinci yarısında Çindən Azərbaycana gələn turistlərin sayı 16 mini ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım deməkdir.

Ekspertlərin fikrincə, ilin sonunda turistlərin sayının 2,5 milyon nəfərə çatacağına, hətta bu rəqəmi də ötəcəyinə əminlik yaradır. Çünki COP29-la bağlı ilin sonuncu rübündə turizm sektorunda əlavə dalğalanmaların baş verəcəyi və turist axınının sayının noyabrda 3-4 dəfə çoxalacağı gözlənilir. Sözsüz ki, COP29 ölkəmizin tanınmasında, eləcə də onun turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır və turizmin inkişafına da təkan verəcək. Azərbaycana noyabrda ən azı 70-80 min xarici qonağın gəlişi gözlənilir. Turizm agentlikləri COP29-un tələblərinə uyğun olaraq xaricilərin hotellərə yerləşdirilməsi, istirahətlərinin təşkili, paytaxtımızla tanışlıq kimi məsələləri diqqətdə saxlamaq üçün  öz infrastrukturlarını və xidmət fəaliyyətlərini indidən hazırlıq vəziyyətinə gətirib.

COP29 təkcə qlobal iqlim sammiti deyil, həm də Azərbaycanın humanitar, mədəniyyət simasını nümayiş etdirən, dünyada humanizm məkanı olmasını təşviq edən platformadır. Ölkəmizin mədəni zənginliyi COP29 ilində qonaqların Bakı şəhəri ilə yanaşı, bölgəmizin də tarixi-mədəni abidələrini, görməli məkanlarını ziyarət etmələrinə stimul verəcək. Qeyd edək ki, Azərbaycan hökuməti xarici turistlərin problemsiz gəlişi üçün asan viza rejimi təmin edib.

Təbii ki, ölkəmizdə insanların sağlamlığına hesablanmış yeni qurulan istirahət məkanları, dövlət tərəfindən edilən güzəştlər, kampaniyalar turizm sektorunda xərclərin azalmasına və qiymətlərin ucuzlaşmasına imkan yaradacaq.

     

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!