21 May 2026 08:45
151
İQTİSADİYYAT
A- A+
Azərbaycan yeni iqtisadi dövrün astanasında  

Azərbaycan yeni iqtisadi dövrün astanasında  


Dünya yeni iqtisadi mərhələyə daxil olur və bu mərhələnin əsas hərəkətverici qüvvəsi artıq neft, qaz və ənənəvi sənaye deyil, texnologiya, süni intellekt və rəqəmsal iqtisadiyyatdır. XXI əsrdə dövlətlərin gücü onların malik olduğu təbii sərvətlərlə deyil, rəqəmsal potensialı, innovasiya imkanları və insan kapitalı ilə ölçülür. Bu gün qlobal rəqabət data, texnologiya və yüksəkixtisaslı kadrlar uğrunda gedir.

Beynəlxalq təşkilatların hesabatları da bu reallığı təsdiqləyir. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) məlumatına görə, son 10 ildə informasiya-kommunikasiya texnologiyaları sektoru dünya iqtisadiyyatından üç dəfə daha sürətli inkişaf edib. Stanford Universitetinin "AI Index Report 2025" hesabatında qeyd olunur ki, təkcə ötən il süni intellekt sahəsinə yatırılan özəl investisiyaların həcmi 33,9 milyard dollara çatıb. "PwC Global AI Study" araşdırmasına əsasən isə süni intellekt texnologiyalarının 2030-cu ilə qədər dünya iqtisadiyyatına 15 trilyon dollardan çox əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Belə bir dövrdə rəqəmsal transformasiyadan kənarda qalmaq artıq inkişafdan geri qalmaq deməkdir. Azərbaycan da məhz bu qlobal dəyişiklik fonunda öz iqtisadi inkişaf modelini yenidən formalaşdırır və rəqəmsallaşmanı strateji prioritetlərdən birinə çevirir.


Rəqəmsal transformasiya bu günün əsas infrastrukturudur


Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bu siyasətin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı bildirib ki, "internet və rəqəmsal xidmətlər artıq lüks deyil, dövlət idarəçiliyinin və iqtisadiyyatın əsas infrastrukturudur". Bu fikir, əslində, müasir dünyanın iqtisadi və texnoloji reallığını tam ifadə edir. Çünki artıq rəqəmsal texnologiyalar olmadan nə effektiv dövlət idarəçiliyi, nə sürətli iqtisadi inkişaf, nə də qlobal rəqabət mümkündür. Prezidentin "Onlayn Azərbaycan" layihəsi ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. Dövlət başçısı qeyd edib ki, bu layihə ölkənin rəqəmsal simasını dəyişir və Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır.

Azərbaycanın bu istiqamətdə mühüm üstünlükləri var. Ölkənin Orta dəhliz üzərində yerləşməsi, Ələt Beynəlxalq Dəniz Limanı, yüksəksürətli internet şəbəkələrinin genişləndirilməsi və "Hökumət Buludu" infrastrukturu regionda rəqəmsal logistika və data xidmətləri üçün böyük potensial formalaşdırır.

Bu gün dünyada "data yeni neftdir" ifadəsi təsadüfən işlədilmir. Dünya Bankı və Dünya İqtisadi Forumunun hesabatlarında qeyd olunur ki, gələcəyin iqtisadiyyatında əsas resurs məlumat bazaları və rəqəmsal platformalar olacaq. Dünyanın ən böyük şirkətlərinin artıq texnologiya şirkətləri olması da bunu təsdiqləyir. Azərbaycan da bu qlobal yarışın iştirakçısına çevrilmək niyyətindədir.

Son illər ölkədə rəqəmsallaşma istiqamətində formalaşan təcrübə də bunu göstərir. "ASAN xidmət" modeli artıq beynəlxalq səviyyədə innovativ dövlət xidməti nümunəsi kimi tanınır. Elektron hökumət xidmətlərinin genişləndirilməsi dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə modelinin formalaşmasına şərait yaradır. Maliyyə sektorunda FinTech şirkətlərinin sayının artması, nağdsız ödənişlərin genişlənməsi, kənd təsərrüfatında elektron xidmətlərin tətbiqi və təhsil-səhiyyə sistemində rəqəmsal həllərin yayılması artıq yeni iqtisadi modelin formalaşdığını göstərir.

   

Süni intellekt və insan kapitalı - gələcəyin əsas gücü


Müasir texnoloji inkişafın əsas istiqamətlərindən biri generativ süni intellekt texnologiyalarıdır. Bu texnologiyalar dövlət idarəçiliyindən iqtisadi analizə, mediadan təhsilə qədər bir çox sahədə yeni imkanlar yaradır. Azərbaycan dili bazasında generativ süni intellekt modelinin formalaşdırılması isə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki gələcəyin texnologiyaları, əsasən, süni intellekt üzərində qurulacaq və milli dilin bu prosesdə yer alması rəqəmsal müstəqillik baxımından vacibdir. Belə model gələcəkdə dövlət idarəçiliyi, təhsil, media və digər sahələrdə Azərbaycan dilində müasir texnoloji həllərin tətbiqinə imkan yaradacaq, eyni zamanda milli dilin rəqəmsal mühitdə qorunması və inkişafına xidmət edəcək. "McKinsey Global Institute" və "PwC" kimi beynəlxalq konsaltinq qurumlarının araşdırmalarında qeyd olunur ki, süni intellekt texnologiyalarını sürətlə tətbiq edən ölkələr gələcək iqtisadi rəqabətdə daha üstün mövqeyə malik olacaqlar. Bu baxımdan, Azərbaycanın rəqəmsal transformasiya prosesinə fəal qoşulması strateji əhəmiyyət daşıyır.

Yeni iqtisadiyyatın əsas dayağı isə insan kapitalıdır. Dünya İqtisadi Forumunun "Future of Æobs Report" hesabatına görə, yaxın illərdə əmək bazarında proqramlaşdırma, kibertəhlükəsizlik, Data Science, analitik düşüncə və süni intellekt bacarıqları əsas üstünlüyə çevriləcək.  Azərbaycan da qlobal texnoloji çağırışlara uyğun şəkildə rəqəmsal insan kapitalının formalaşdırılmasını strateji prioritet kimi müəyyənləşdirir. Proqramlaşdırma, maşın öyrənməsi, Data Science və kibertəhlükəsizlik kimi sahələr üzrə yeni nəsil biliklərin inkişafı gələcək əmək bazarında ölkənin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri hesab olunur.

Cisco, Microsoft və Oracle kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq xüsusi təlim və "bootcamp" proqramları minlərlə gəncin beynəlxalq standartlara uyğun bilik və sertifikat əldə etməsinə imkan yaradacaq. Bu yanaşma gələcəkdə Azərbaycanın region üzrə yüksəkixtisaslı rəqəmsal kadr mərkəzlərindən birinə çevrilməsinə ciddi töhfə verə bilər. 2029-cu ilə qədər on minlərlə insanı rəqəmsal təlimlərə cəlb etmək, İKT mütəxəssislərinin əmək bazarındakı payını artırmaq və süni intellekt vasitəsilə iqtisadiyyata milyonlarla manat dəyər qatmaq - bütün bunlar ölkənin rəqəmsal inkişafı strateji prioritet kimi mənimsədiyinin açıq sübutudur.


Qarabağın və Şərqi Zəngəzurun yeni inkişaf modeli


Müasir dünyanın əsas inkişaf istiqamətlərindən biri də startap və innovasiya ekosistemidir. "Startup Genome" və "Global Innovation Index" hesabatlarında qeyd olunur ki, innovasiya əsaslı iqtisadiyyat quran ölkələr daha dayanıqlı və yüksəkgəlirli inkişaf modelinə malik olurlar. Çünki gələcəyin nəhəng şirkətləri artıq zavodlardan deyil, innovativ ideyalardan yaranır. Apple, Google və Tesla kimi şirkətlər bunun ən real nümunələridir. Azərbaycan da artıq bu istiqamətdə yeni mərhələyə daxil olur. Vençur fondlarının yaradılması, rəqəmsal kraudfandinq platformalarının genişləndirilməsi və innovativ biznes mühitinin formalaşdırılması gələcəkdə texnologiya əsaslı sahibkarlığın inkişafına ciddi təkan verə bilər. Bu yanaşma Azərbaycanın iqtisadiyyatının neftdən asılılığını azaltmaq və yüksək əlavə dəyər yaradan yeni iqtisadi model formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr də Azərbaycanın yeni inkişaf modelinin mühüm hissəsinə çevrilir. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "yaşıl enerji" və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi gələcəyin urbanizasiya modelinin nümunəsi kimi qiymətləndirilir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də "smart city" modelləri gələcəyin əsas inkişaf istiqamətlərindən biri kimi göstərilir. Qarabağda həyata keçirilən layihələr isə Azərbaycanın bu qlobal yanaşmaya uyğun şəkildə inkişafını nümayiş etdirir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq yeni iqtisadi mərhələyə daxil olur. Bu mərhələdə əsas rəqabət üstünlüyü təbii resurslar deyil, texnologiya, innovasiya və insan kapitalı olacaq. Əgər qarşıya qoyulan hədəflər ardıcıl və effektiv şəkildə həyata keçirilərsə, Azərbaycan yaxın illərdə regionun əsas rəqəmsal iqtisadiyyat və innovasiya mərkəzlərindən birinə çevrilə bilər.

 

Yaşar MƏMMƏDOV,

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:21
21 May

Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün: Bu günlər qürurverici və unudulmazdır  

09:20
21 May

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb

09:15
21 May

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı  

09:13
21 May

Tramp: Kuba ilə bağlı eskalasiya olmayacaq

09:12
21 May

Ərdoğan Trampla telefon danışığı aparıb

09:11
21 May

Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir

09:05
21 May

"Energetika memarlığı" filmi təqdim olundu

09:00
21 May

Aydınlığa çıxan həqiqətlər

08:55
21 May

"Həyatı sevmək gərəkdir"

08:50
21 May

Azərbaycan yeni iqtisadi dövrün astanasında  

08:45
21 May

Türk dünyasının rəqəmsal gələcəyi

08:40
21 May

Azərbaycan sürətli və innovativ quruculuq modelləri təqdim edən dövlət kimi tanınır

08:35
21 May

Milli ornamentlərlə əhatələnən forum

08:30
21 May

Nümunəyə çevrilən təcrübə

08:25
21 May

WUF13-dən verilən mesajlar

08:20
21 May

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir

08:15
21 May

İnkişaf, sabitlik və enerji diplomatiyası

08:10
21 May

Ermənistan münasibətlərin normallaşması və əməkdaşlıq yolunu seçməsə...

08:05
21 May

Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma

08:00
21 May

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!