20 May 2026 20:26
236
İQTİSADİYYAT
A- A+
Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkını ziyarət edib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov və Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara sənaye zonalarında rezidentlər üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan məhsullar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi, gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı, məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə çatdırılıb.

Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan “Caspian Lubricants” MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.

Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:21
21 May

Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün: Bu günlər qürurverici və unudulmazdır  

09:20
21 May

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb

09:15
21 May

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı  

09:13
21 May

Tramp: Kuba ilə bağlı eskalasiya olmayacaq

09:12
21 May

Ərdoğan Trampla telefon danışığı aparıb

09:11
21 May

Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir

09:05
21 May

"Energetika memarlığı" filmi təqdim olundu

09:00
21 May

Aydınlığa çıxan həqiqətlər

08:55
21 May

"Həyatı sevmək gərəkdir"

08:50
21 May

Azərbaycan yeni iqtisadi dövrün astanasında  

08:45
21 May

Türk dünyasının rəqəmsal gələcəyi

08:40
21 May

Azərbaycan sürətli və innovativ quruculuq modelləri təqdim edən dövlət kimi tanınır

08:35
21 May

Milli ornamentlərlə əhatələnən forum

08:30
21 May

Nümunəyə çevrilən təcrübə

08:25
21 May

WUF13-dən verilən mesajlar

08:20
21 May

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir

08:15
21 May

İnkişaf, sabitlik və enerji diplomatiyası

08:10
21 May

Ermənistan münasibətlərin normallaşması və əməkdaşlıq yolunu seçməsə...

08:05
21 May

Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma

08:00
21 May

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!