19 May 2026 08:30
338
SİYASƏT
A- A+
Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya


Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi qeyri-rəsmi Zirvə görüşü diplomatik tədbirdən daha çox türk dövlətlərinin ortaq gələcək fəaliyyətinin bütün dünyaya nümayişi məzmunu daşıyırdı.

Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu və əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmaqdadır. Avrasiyanın strateji xəritəsində yerləşən türk dövlətləri artıq yalnız ortaq tarix və mədəniyyətə deyil, həm də ortaq siyasi, iqtisadi, texnoloji və nəqliyyat maraqlarına əsaslanan yeni inteqrasiya modelini formalaşdırmaqdadırlar. Türküstandakı görüş isə bu prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında iki ölkə arasında sıx əlaqələr, prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, eyni zamanda 4 il əvvəl imzalanmış Birgə Bəyannamə ilə münasibətlərin rəsmi müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi qeyd olundu.


Azərbaycanın yaratdığı ənənə


2024-cü ildə TDT dövlət rəhbərlərinin Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü artıq ənənəyə çevrilir və bu, Azərbaycanın təşkilat daxilindəki fəal təşəbbüskar rolunu bir daha vurğulayır. Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu sürətlə artmaqdadır. Bu baxımdan TDT-nin Zirvə görüşləri türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir. Belə görüşlər dövlət başçılarının bir araya gəldiyi diplomatik tədbirlərdən daha çox ortaq strateji məqsədlərin müəyyənləşdirildiyi mühüm siyasi platforma kimi nəzərə çarpır. Dövlət başçılarının Zirvə görüşləri təşkilat daxilində koordinasiyanın güclənməsinə, ortaq layihələrin həyata keçirilməsinə, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Bu görüşlərin əsas əhəmiyyətli cəhətlərindən biri siyasi həmrəyliyin gücləndirilməsidir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə türk dövlətlərinin ortaq mövqe nümayiş etdirməsi böyük strateji məzmun daşıyır. Zirvə görüşləri regional təhlükəsizlik, enerji, nəqliyyat, rəqəmsal inkişaf, iqtisadi əməkdaşlıq və s. kimi məsələlər üzrə vahid yanaşmanın formalaşmasına imkan yaradır. Eyni zamanda bu platformalar iqtisadi inteqrasiyanın genişlənməsinə də mühüm töhfə verir. Orta dəhliz, Zəngəzur dəhlizi, Trans-Xəzər layihələri, "Rəqəmsal İpək Yolu" və digər bu kimi təşəbbüslər türk dövlətlərini Avropa ilə Asiya arasında strateji körpüyə çevirir. Zirvə görüşlərində bu layihələrin inkişafı və koordinasiyası, adətən, əsas müzakirə mövzularından olur.


Ortaq siyasi iradə


Belə tədbirlər türk xalqlarının ortaq tarixi və mənəvi dəyərlərinin qorunması baxımından da çox önəmlidir. Türküstan, Şuşa və digər tarixi şəhərlərdə keçirilən görüşlər türk dünyasının sivilizasiya kimliyini daha da gücləndirir. 

Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, XXI əsr türk əsri olmalıdır, bu məqsədə çatmaq üçün Zirvə görüşləri ortaq siyasi iradənin formalaşdığı əsas platforma rolunu oynayır. "Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir", - deyə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında xüsusi vurğuladı.

Növbəti Zirvə görüşünün Türküstanda təşkili təsadüfi deyildi. Bu şəhər türk-islam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Dövlət başçıları proqram çərçivəsində Türküstandakı "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış oldular, bütün türk-islam dünyasının mənəvi simvollarından sayılan böyük sufi mütəfəkkiri Xoca Əhməd Yasəvinin məqbərəsini ziyarət etdilər. Bütün bunlar TDT dövlət başçılarının zirvə görüşünə maraq göstərən hər kəsə türk xalqlarının zəngin mədəni irsini, türk sivilizasiyasının minillik tarixini bir daha xatırlatdı. Bu ziyarətlər liderlərin siyasi xarakterli görüşünə həm də mühüm ideoloji və mənəvi çalarlar qatırdı. Çünki türk dövlətlərinin əməkdaşlığı yalnız iqtisadi və geosiyasi maraqlarla məhdudlaşmır, bu birlik ortaq tarix, mədəniyyət və sivilizasiya yaddaşı üzərində formalaşır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər məhz Türküstan olub. Bu fakt həm simvolik, həm də siyasi baxımdan diqqəti çəkir. Şuşa və Türküstan türk dünyasının iki mühüm mədəni mərkəzidir. Bu şəhərlərin qardaşlaşması Azərbaycanın türk dünyasına inteqrasiya siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının "Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır" fikri isə türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlərarası əlaqələrdən ibarət olmadığını, daha dərin sivilizasiya əsaslarına söykəndiyini göstərir. 

Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bu gün Türk Dövlətləri Təşkilatının  qlobal proseslərdə rolu və mövqeyi güclənir. Həqiqətən, son illər TDT tədricən regional əməkdaşlıq platformasından mühüm aparıcı qüvvəyə, geosiyasi nüfuz dairəsinə çevrilməkdədir. Türk dövlətləri enerji resursları, nəqliyyat marşrutları, geniş bazar imkanları və strateji coğrafi mövqeləri ilə Avrasiyanın əsas güc mərkəzlərindən birini formalaşdırmaq potensialına malikdirlər. Xüsusilə Orta dəhliz layihəsi bu inteqrasiyanın iqtisadi əsasını təşkil edir. Azərbaycan isə burada əsas logistik və nəqliyyat qovşaqlarından biridir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi gələcəkdə Orta dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək. Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının Avropa ilə Asiya arasında əsas tranzit məkanlarından biri statusu qazanması deməkdir.


Yeni prioritetlər  - rəqəmsal transformasiya və süni intellekt 


Türküstan Zirvəsinin əsas xüsusiyyətlərindən biri də rəqəmsal inkişaf və süni intellekt mövzusunun ön plana çıxması idi. Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, dünya yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur və türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.

Azərbaycanın son illər rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələr bu baxımdan xüsusi diqqət çəkir. Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması ölkənin innovasiya əsaslı iqtisadi modelə keçid strategiyasının mühüm elementləridir. "Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır", -  deyə dövlətimizin başçısı vurğuladı.

Ölkəmizdə sabit genişzolaqlı internetin əhatə dairəsi artıq 100 faizə çatdırılıb və dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən təqdim olunması istiqamətində işlər davam edir. Bu kontekstdə Türküstanda "GovTech" rəqəmsal həllərinin təqdimatı və süni intellekt sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi xüsusi aktuallıq daşıyırdı. Türk dövlətləri arasında texnoloji əməkdaşlığın gücləndirilməsi gələcəkdə ortaq rəqəmsal məkanın formalaşmasına gətirib çıxara bilər.


"Rəqəmsal İpək Yolu" və yeni kommunikasiya xəritəsi


Azərbaycan Prezidentinin çıxışında "Rəqəmsal İpək Yolu" layihəsi ilə bağlı diqqətə çatdırılan məqam da son dərəcə mühümdür. Azərbaycanla Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsi Avropa ilə Asiya arasında rəqəmsal əlaqələrin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə türk dövlətlərinin yalnız fiziki nəqliyyat marşrutlarında deyil, həm də rəqəmsal kommunikasiya sistemlərində əsas tranzit və texnoloji mərkəzlərdən birinə çevrilmək niyyətini göstərir.

Türküstanda Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi də xüsusi diqqət çəkən hadisələrdən biri oldu. Layihənin əsas məqsədi türk xalqlarının zəngin tarixi, dövlətçilik ənənələri və mənəvi irsini müasir formatda təqdim etməkdir. Bu təşəbbüs göstərir ki, türk dövlətləri artıq ortaq kimlik və sivilizasiya konsepsiyasını beynəlxalq miqyasda daha sistemli şəkildə tanıtmağa çalışırlar. Belə layihələr gələcəkdə türk dünyasının yumşaq güc potensialını da artırır. 

Prezident İlham Əliyev mayın 17-dən işə başlamış BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil ediləcəyini, həmçinin türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən türk dünyası həftəsinin iyunda Bakıda keçiriləcəyini diqqətə çatdırdı. Əmin olduğunu bildirdi ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. 

Azərbaycanın irəli sürdüyü bütün bu təşəbbüslər, həyata keçirdiyi layihələr ölkəmizin türk dünyasının inteqrasiyasında aparıcı qüvvə olduğunu göstərir. Türküstan Zirvəsi, Azərbaycan lideri İlham Əliyevin bu görüşdəki çıxışı zamanı səsləndirdiyi məqamlar bir daha nümayiş etdirdi ki, türk dövlətləri artıq ortaq keçmişdən ortaq gələcəyə doğru əzmlə irəliləməkdədirlər. Bu gələcəyin əsas sütunları isə siyasi həmrəylik, iqtisadi inteqrasiya, rəqəmsal inkişaf və ortaq sivilizasiya kimliyi üzərində qurulur. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!