08 May 2026 13:03
350
Mədəniyyət
A- A+
Azərbaycan Venesiya İncəsənət Biennalesində: “Diqqət” layihəsi qlobal mədəni dialoqun mərkəzində

Azərbaycan Venesiya İncəsənət Biennalesində: “Diqqət” layihəsi qlobal mədəni dialoqun mərkəzində


Azərbaycan bu il də dünyanın ən nüfuzlu incəsənət platformalarından biri olan Venesiya Biennalesində öz zəngin mədəni kimliyini və müasir bədii düşüncəsini təqdim edir.

Mayın 7-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və bu dəfə Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunur. “Diqqət” müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir. Pavilyonun mərkəzində rəssamın bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim edilir.

Pavilyon Azərbaycanın yalnız bədii-estetik dünyasını deyil, həm də onun fəlsəfi düşüncə ənənəsini, mədəni yaddaşını və müasir texnoloji baxışını qlobal auditoriyaya təqdim edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanın artıq 19 ildir Venesiya Biennalesində uğurla təmsil olunması ölkəmizin beynəlxalq mədəniyyət siyasətinin mühüm nailiyyətlərindən biridir. O vurğulayıb ki, bu uğurun əsasında Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət dayanır. “Venesiya Biennalesi kimi prestijli platformada iştirak ölkəmizin zəngin mədəni irsini və müasir incəsənət potensialını beynəlxalq auditoriyaya çatdırmaq üçün nadir fürsətdir”, – deyə Anar Ələkbərov qeyd edib.

Venesiya Biennalesinin prezidenti Pyetrancelo Buttafuoko (Pietrangelo Buttafuoco) çıxışında Azərbaycan pavilyonunun yalnız incəsənət hadisəsi deyil, həm də dərin mənəvi-estetik təcrübə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalçalarında əks olunan rənglər və işarələr vasitəsilə sənətin universal dili insanı daxili aləminə doğru yönəldir. P. Buttafuokonun sözlərinə görə, sənət insanlığın ortaq mənəvi ehtiyacıdır və bu gözəllik sərhədləri, dilləri və nəsilləri aşaraq xalqları birləşdirmək gücünə malikdir. O, Azərbaycanı Venesiya Biennalesinin ayrılmaz və mühüm tərəfdaşlarından biri kimi qiymətləndirib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov vurğulayıb ki, milli pavilyon yalnız sənət nümunələrinin sərgiləndiyi məkan deyil, həm də Azərbaycanın ruhunu, tarixini və mədəni kimliyini dünyaya təqdim edən mühüm platformadır. Səfir bu layihənin beynəlxalq mədəni əməkdaşlıq və sivilizasiyalararası dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun kuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) bu işdə əməyi olan hər kəsə təşəkkür edib və təqdim olunan layihədən danışıb.

“Diqqət” layihəsinin müəllifi, Əməkdar rəssam Faiq Əhməd müasir incəsənətdə özünəməxsus vizual dili ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığında əsas element kimi çıxış edən xalça bu dəfə də layihənin mərkəzi fəlsəfi rəmzinə çevrilib. Ənənəvi Azərbaycan xalça sənəti burada yalnız dekorativ element deyil, kollektiv yaddaşın, zamanın və insan şüurunun metaforası kimi təqdim olunur.

Layihənin konseptual əsasını böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi irsi təşkil edir. Hürufi düşüncə sistemindən ilhamlanan ekspozisiya immersiv və multimodal məkan həlli vasitəsilə tamaşaçını daxili düşüncə səyahətinə dəvət edir. Burada hərf, işarə və simvollar kainatın gizli kodları kimi təqdim olunur.

“Diqqət” layihəsinin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə ənənəvi incəsənətlə qabaqcıl texnologiyaların sintezidir. Ekspozisiyada kvant əsaslı sistemlər, neyroreaktiv və data əsaslı texnologiyalar inteqrasiya olunaraq, yeni estetik və fəlsəfi təcrübə yaradılıb. Layihədə hürufi fəlsəfəsi ilə müasir kvant fizikası arasında paralellər qurulur: hər iki yanaşmada reallıq dəyişməz deyil, diqqət, qarşılıqlı təsir və interpretasiya vasitəsilə formalaşır.

Beləliklə, “Diqqət” yalnız bir sərgi deyil, həm də insan şüuru, informasiya, yaddaş və reallıq haqqında çağdaş fəlsəfi düşüncənin bədii manifestinə çevrilir. Müasir dünyanın informasiya yüklənməsi, xaos və qeyri-müəyyənliklə xarakterizə olunan reallığında layihə insanı yenidən daxili harmoniya və mənəvi bağlantı axtarışına səsləyir.

Azərbaycan pavilyonunun builki təqdimatı bir daha nümayiş etdirir ki, ölkəmiz qlobal mədəni proseslərin fəal iştirakçısı olmaqla yanaşı, Şərq və Qərb arasında mənəvi-estetik körpü rolunu uğurla davam etdirir.

1895-ci ildən keçirilən Venesiya Biennalesi dünya incəsənətinin təqdim olunduğu nəhəng bir platformadır.

İki ildən bir keçirilən Venesiya İncəsənət Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. 2025-ci ildə isə Azərbaycan ilk dəfə Venesiya Arxitektura Biennalesində təmsil olunub.

Azərbaycan Venesiya İncəsənət Biennalesində hər dəfə fərqli ekspozisiyalarla tamaşaçıların marağına səbəb olur. Ötən illərdə Azərbaycan pavilyonu həm də iştirakçı ölkələr arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilib. Bu beynəlxalq incəsənət platformasında ölkəmizin hər dəfə müxtəlif rəssam və heykəltəraşlarımızın əsərləri ilə çıxış etməsi Azərbaycan incəsənəti və müasir rəssamların dünyada tanıdılmasında, mədəni mübadilədə xüsusi rol oynayır.

Mayın 9-dan ziyarətçiləri qəbul edəcək 61-ci Venesiya İncəsənət Biennalesi noyabrın 22-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!