15 İyul 2026 08:10
430
SİYASƏT
A- A+
Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub


Prezident İlham Əliyevin dəvəti ilə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri iki dövlət arasında münasibətlərin dinamik inkişafını təsdiqləyir. Səfərin ilk gününün məhz Qarabağda, Şuşada başlaması isə həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağda aparılan bərpa-quruculuq prosesinə verdiyi dəstəyin növbəti təsdiqi olmaqla yanaşı, tərəflər arasında formalaşmış yüksək etimadın göstəricisidir.

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, Şuşada mətbuata bəyanatlarla çıxış edən prezidentlər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq məzmunu qazandığını vurğulayıblar: "Dövlət başçıları siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi, humanitar əlaqələr, nəqliyyat və logistika sahəsi ilə bağlı geniş gündəlik üzrə fikir mübadiləsi apardılar. Prezident İlham Əliyev qeyd etdi ki, son illər Bakı ilə Bratislava arasında siyasi təmaslar intensiv xarakter alıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə də  münasibətlərin inkişafında yeni mərhələ açıb. Bu sənəd artıq real nəticələr verməkdədir, qarşılıqlı səfərlərin intensivləşməsi, birgə layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir".

Deputat qeyd edib ki, dövlət başçısı Slovakiyanın Qarabağın yenidən qurulmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndində həyata keçirdiyi "ağıllı kənd" layihəsi dost ölkənin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa prosesinə verdiyi praktiki dəstəyin ifadəsidir. Prezidentlər sözügedən layihə ilə yerində tanış oldular. Bu da əməkdaşlığa verilən önəmin göstəricisidir. "Slovakiya Prezidenti Qarabağda qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirdi. O, ölkəsini təmsil edən şirkətlərin Qarabağda həyata keçirilən layihələrdə iştirakından qürur duyduğunu bildirərək, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Liderlərin bəyanatından da aydın oldu ki, Azərbaycan ilə Slovakiya arasında imzalanmış strateji tərəfdaşlıq sənədi formal xarakter daşımır. İki ölkə arasında münasibətlər konkret layihələr, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulub. Bratislava Bakının regionda sabitliyin qorunmasında, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika marşrutlarının inkişafında rolunu xüsusi qiymtləndirir", - deyə o əlavə edib. 

K.Nurullayeva bildirib ki, səfər zamanı enerji əməkdaşlığı da əsas müzakirə mövzularından biri olub. Slovakiya Avropada enerji böhranı dövründə Azərbaycanın təbii qaz tədarükü ilə bağlı operativ mövqeyini yüksək qiymətləndirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin əsas istiqamətlərindən biridir. Bakıda keçiriləcək Azərbaycan-Slovakiya Biznes-Forumu yeni investisiya layihələrinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olacaq. Hər iki tərəf münasibətlərin yalnız ticarət əlaqələri ilə məhdudlaşmamasını, birgə istehsal, texnologiya transferi və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsini prioritet hesab etdiyini bildirdi. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da görüşün mühüm nəticələrindən biri kimi diqqət çəkdi. Slovakiya şirkətləri bu ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sərgisində iştirak edəcəklər. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Deputat vurğulayıb ki, beynəlxalq təhlükəsizlik məsələlərinə gəlincə, Prezident İlham Əliyevin dialoq və sabitlik naminə göstərdiyi səylər rəsmi Bratislava tərəfindən təqdir olunur: "Şuşada keçirilən görüş və mətbuata verilən bəyanatlar göstərdi ki, qarşılıqlı siyasi etimad, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar əlaqələr üzrə əldə olunan razılaşmalar strateji tərəfdaşlığın praktiki məzmununu daha da zənginləşdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və Slovakiya konkret nəticələrə hesablanmış əməkdaşlığın tərəfdarıdırlar".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

12:59
10 Avqust

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

12:34
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!