24 Aprel 2025 09:27
536
SİYASƏT
A- A+
“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  


Prezident Ilham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə dövlət səfəri mühüm əhəmiyyət kəs edir. Belə ki,  səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni mərhələ açdı. İmzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda əməkdaşlığın müxtəlif istiqamətlərini əks etdirən məqamlar əksini tapıb. Eyni zamanda tərəflər bu sənəddə ortaq hədəflərini müəyyənləşdiriblər. Dünyanın iqtisadi nəhəngi sayılan Çinin Azərbaycana yüksək səviyyəli münasibəti səbəbsiz deyil. Belə ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu, ilk növbədə dövlət başçımızın qətiyyətli lider kimi prinsipial mövqeyi və nüfuzu ilə əlaqədardır. Sözü imzası qədər dəyərli olan dövlət kimi Azərbaycanın dünyada yeri və rolu getdikcə möhkəmlənir.

Çin də Azərbaycanla əlaqələri hərtərəfli strateji səviyyəyə yüksəltməkdə maraqlıdır. Cənab Prezidentin Çinə dövlət səfəri zamanı bu mövqe bir daha bəyan olundu. Təbii ki, hərtərəfli strateji tərəfdaşlıq ilk növbədə dövlət başçılarının diplomatiyasına, qarşılıqlı razılaşmalara əsaslanır.

30 ildən artıq müddətdir qurulan diplomatik münasibətlər səmərəli  nəticələr verməkdədir. Məlumdur ki, tərəflər 2 il əvvəl - 2023-cü il iyulun 3-də strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə  qəbul edib. Həmin sənəddə də Bakı və Pekin beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməklə bağlı razılıq ifadə ediblər. Azərbaycan və Çin eyni zamanda mürəkkəb geeosiyasi dünyada regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edir. Dövlət başçımız bu günlərdə Çinin Sinxua agentliyinə müsahibəsində də bəyan edib ki, ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. 

Tərəflər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni hədədflər müəyyənləşdirdi. Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz, tranzit daşımaların həcmi isə 2024-cü ildə 86 faiz çoxdur. Hazırda ölkəmizdə fəaliyyət göstərən Çin şirkətlərinin sayı 300-ə çatır. 

Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünün ilk dəstəkçilərindən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir. Ölkə başçımızın da söylədiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Rəsmi Bakı hesab edir ki, sözügedən layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Azərbaycan eyni zamanda Çinin təsisçisi olduğu Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu təşkilat çərçivəsində bir çox istiqamətlər üzrə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.

Yeri gəlmişkən, yeni imzalanan Birgə Bəyanatda da Bakı və Pekin sülhlə bağlı ortaq mövqe ifadə ediblər. Eyni zaman Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəstəkləyir. Azərbaycan Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakını təbii proses hesab edir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!