01 Dekabr 2024 08:10
1003
SİYASƏT
A- A+
Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı sülhə və tərəqqiyə xidmət edir

Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı sülhə və tərəqqiyə xidmət edir


Azərbaycanın Avropa siyasətində özünəməxsus yeri və rolu olan mühüm ölkə qardaş Rumıniyadır. Hər iki xalqı yüksək insani keyfiyyətlər, humanizm  prinsiplərinə hörmət, demokratiya və azadlıq ideallarına sadiqlik, dönmədən dinc əməkdaşlığa can atmaq səyləri birləşdirir. Təsadüfi deyil ki, iki xalq arasında əlaqələr Orta əsrlərə gedib çıxır. Sovet hakimiyyəti çərçivəsində Azərbaycan-Rumıniya əlaqələri inkişaf etmişdir. O zaman bu əlaqələr yalnız iqtisadi-ticarət və mədəni sahələri əhatə edirdi.

İndi isə Şərqi Avropanın və Cənubi Qafqazın aparıcı dövlətləri olan Rumıniya və Azərbaycan arasında həyatın elə bir sahəsi yoxdur ki, orada əlaqələr mövcud olmasın. Hər iki ölkənin ərazisində zəngin mineral ehtiyatların, yeraltı və yerüstü sərvətlərin bolluğu, logistika imkanlarının böyük olması quru və su yolu ilə tranzit yük daşımalarını zəruri edir.   

Qoca qitədə azadlıqsevərliyi ilə seçilən Rumıniya çətin sınaqlara sinə gərərək özünün dövlət müstəqilliyinə qovuşmuşdur. Sovetlər birliyinin süqutundan sonra dünyanın inkişaf etmiş ölkələrinin yenicə müstəqillik qazanmış Cənubi Qafqaz respublikalarına, xüsusilə də Azərbaycana marağı artmışdı. Bunu həm bu regionun geostrateji mövqeyi, logistika imkanları, karbohidrogen ehtiyatları və "yaşıl enerji" imkanları ilə zəngin olması, həm də yenicə yaranmış on milyondan çox müştərisi olan yeni bazarı da zəruri edirdi.    

Rumıniyaya maraq ona görə güclü olub ki, bu diyarda bol günəş, təmiz dəniz, gözəl dağlar mövcuddur. Ən diqqətəlayiq yerlər arasında yaxşı qorunan Orta əsr qalaları və milli parklar turistlər tərəfindən yüksək qiymətləndirilir.

Hazırda 23 milyonluq əhaliyə malik olan Rumıniya son illər Avropanın ən mühüm bazarlarından birinə çevrilmişdir. Ölkənin əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, Macarıstan, Fransa və Türkiyədir. Son 10 il ərzində ümumi daxili məhsulun miqdarını 2,5 dəfə artıran Rumıniya Avropanın 12-ci iqtisadi gücünə çevrilmişdir. Keçən il bu ölkənin beynəlxalq valyuta ehtiyatları 69 milyard dollardan çox olmuşdur. 

Təbii coğrafi mövqeyi, təbii ehtiyatları, yüksəkixtisaslı işçi qüvvəsinə malik olması Rumıniyanın önəmini artırır. Son illər ərzində sürətli iqtisadi artım dövrünü yaşayan bu ölkənin iqtisadiyyatında xidmət sahələri davamlı inkişaf edir. Bundan əlavə, Rumıniya maşın və elektrik enerjisi istehsalçısı və onların xalis ixracatçısıdır. Bu ölkə mərkəzləşdirilmiş iqtisadi planlaşdırma və dövlət tənzimlənməsi ilə birlikdə bir çox özəl sahəni də özündə birləşdirən qarışıq iqtisadiyyata malikdir.

Rumıniyanın 10 ən böyük ixracatı elektrik avadanlıqları, nəqliyyat vasitələri, kompüterlər daxil olmaqla maşınlar, mineral yanacaq, taxıl, dəmir və polad, rezin və rezin məhsullarıdır. Rumıniya yüksəkgəlirli iqtisadiyyata malik inkişaf etməkdə olan, beynəlxalq münasibətlər sistemində orta güc kimi tanınan ölkədir. Təsadüfi deyil ki, ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri və Avropa İttifaqına üzv dövlətlər arasında birincisi məhz Rumıniya olmuşdur. İki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci il iyunun 19-da qoyulub. 

Bünövrəsi və strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və möhkəm özüllər üzərində qurulan Azərbaycan-Rumıniya münasibətləri Prezident İlham Əliyevin hakimiyyəti illərində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2003-cü il dekabrın 5-də Azərbaycan ilə Rumıniya arasında tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır. Bunun ardınca 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı qarşılıqlı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdi.

Siyasi münasibətlərin yüksək səviyyədə inkişafı digər sahələrdə əlaqələrin güclənməsinə böyük təsir göstərdi. Dövlət və hökumət başçıları səviyyəsində müntəzəm görüşlərin keçirilməsi tərəfdaşlıq münasibətlərinə ciddi təkan verdi. 2022-ci il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair imzalanmış saziş əməkdaşlığın çoxtərəfli əsasda inkişafı üçün mühüm zəmin yaratdı. Bu cəhətdən Azərbaycan-Rumıniya əməkdaşlığı Şərq-Qərb münasibətlərində mühüm bir körpü rolunu oynayır. 

Ümumilikdə keçən müddət ərzində iki ölkə arasında həyatın müxtəlif sahələrinə dair 61 əməkdaşlıq sənədi imzalanmışdır ki, bunlar da qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığın şaxələndirilməsi üçün gözəl imkanlar açmışdır. 

Son illər ərzində iki ölkənin parlamentləri arasında işgüzar əlaqələrin inkişafı səmərəli və məhsuldar olmuşdur. Bu sahədə parlament sədrlərinin görüşləri və aparılan müzakirələr, dostluq qruplarının səmərəli fəaliyyəti mühüm rol oynamışdır. Milli Məclisin Sədri Sahibə Qafarovanın  Rumıniyaya rəsmi səfəri çərçivəsində 2023-cü il oktyabrın 10-da bu ölkənin Parlamentinin Deputatlar Palatasının Sədri Alfred-Robert Simonis ilə görüşüb müzakirələr aparması əhəmiyyətli bir hadisə oldu.

Bu ilin aprelində Bakıda Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın 8-ci iclasının keçirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə ciddi təsir göstərdi. Ayrı-ayrı hökumət üzvlərinin qarşılıqlı görüşləri də əməkdaşlığın əlavə potensial imkanlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynadı. 

İqtisadi əməkdaşlıq Rumıniya və Azərbaycan arasındakı ən uğurlu sahələrdən biridir. Xüsusilə son illər ərzində qarşılıqlı faydalı xarakter daşıyan ticarət əlaqələri müsbət məcrada yüksələn xətlə inkişaf edir. Əgər 2023-cü ildə Azərbaycanın dost Rumıniya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon dollar olmuşdursa, 2024-cü ildə bu göstərici artıq 700 milyon dollar təşkil etmişdir. Ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycanın Rumıniyaya ixrac etdiyi məhsullar təşkil edir. Son illər Azərbaycanın bu qardaş ölkəyə ixracatı arasında qeyri-neft sektoruna məxsus məhsulların həcmi də durmadan artır. 

Qarşılıqlı investisiya qoyuluşları sahəsində əlaqələr də gündən-günə inkişaf etməkdədir. İndiyədək Rumıniya Azərbaycan iqtisadiyyatına 30 milyon dollar, Azərbaycan isə bu qardaş ölkənin müxtəlif infrastruktur sahələrinə 90 milyon dollar məbləğində investisiya yatırmışdır. Nəticədə müasir iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar, yeni iş yerləri yaradılmış, istehsalın səmərəsi artmış, müxtəlif infrastruktur sahələri inkişaf tapmışdır. 

Hazırda Azərbaycan və Rumıniya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahələrində uğurla əməkdaşlıq edirlər. Rumıniyanın Cənubi Qafqaz regionunda mühüm enerji müttəfiqi təbii ki, Azərbaycandır. Bu cəhətdən Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir. SOCAR və "Romqaz" arasında imzalanmış müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən Azərbaycan qazı Rumıniya bazarına çatdırılır. SOCAR-ın bu ölkədə 700-dən çox işçinin çalışdığı 70-dən artıq yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq deposu fəaliyyət göstərir. 

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumunun imzalanması da əməkdaşlığa müsbət təsir göstərdi. Rumıniya tərəfi özünün nəqliyyat-logistika imkanları ilə bu sahədə mühüm rol oynayır. Təsadüfi deyil ki, 2024-cü il aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin önəmini vurğuladı.

İki ölkə arasında üstün əməkdaşlıq sahələrindən biri nəqliyyat sektorudur. Bu sahənin inkişafı üçün hər iki ölkənin geniş və müasir logistika imkanları var. Beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində bu imkanlar böyük rol oynayır. Bakı beynəlxalq dəniz ticarət limanı ilə Konstansa limanı arasında faydalı və səmərəli əməkdaşlıq getdikcə genişlənir. 

Digər  sahələrdə olduğu kimi, mədəni sahədə də əməkdaşlıq genişlənir. Hər iki ölkənin paytaxtında davamlı olaraq mədəniyyət günlərinin keçirilməsi, müxtəlif yönümlü sərgilərin təşkili, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin qeyd olunması, elm və təhsil ocaqları arasında əlaqələr müntəzəm xarakter almışdır. Keçən il yanvarın 16-da Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbirin keçirilməsi şəhər sakinlərinin böyük marağına səbəb olmuşdu. Həmçinin Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Müxtəlif elm sahələrini əhatə edən simpoziumların, konfransların təşkili də müsbət haldır. Bu ilin aprel ayında Buxarestin Parlament Sarayında keçirilən Rəqəmsal İnnovasiyalar Sammitində təşkil olunmuş "Kritik İnfrastrukturların Mühafizəsi - 2024" Beynəlxalq Konfransı uğurla başa çatmışdır. 

Turizm və təhsil sahəsində əlaqələr də getdikcə yeni vüsət alır. Müəllim və tələbə mübadiləsi qarşılıqlı təhsil sahəsində əlaqələrə ciddi təsir göstərir. Bu il Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa İttifaqının "Erasmus+" proqramı çərçivəsində Rumıniyanın Aleksandru İon Kuza adına Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsinin tələbələrinə "Azərbaycanda hotel biznesi" fənnini tədris edib. Bütün bunlar onu göstərir ki, müxtəlif sahələrdə əməkdaşlıq imkanları çoxdur və onların üzə çıxarılması, həyata keçirilməsi iki ölkə arasında münasibətləri daha dolğun və məzmunlu edir. 

Qəti əminliklə vurğulamaq olar ki, Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı həm  Cənubi Qafqazda, həm də Avropa məkanında enerji təhlükəsizliyi ilə yanaşı sabitliyə, sülhə və tərəqqiyə xidmət edir.    


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!