07 Avqust 2026 00:48
2795
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 331 (Cild I); 2024, № 2, maddə 155) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.2.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.2.3-cü yarımbənd ləğv edilsin; 

1.2. 4.3-cü və 4.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin: 

"4.3. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

4.3.1. Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.3.2. bu Fərmanın 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktlarında, o cümlədən "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində təsisçinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4.4. Agentliyə:

4.4.1.əməyin ödənişi fondunun və işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə razılaşdırmaqla müəyyən edilməsi.".

2. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 26) ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsi"nin 3.1.12-ci yarımbəndinə "müəssisələrinin" sözündən sonra "özəlləşdirməqabağı sağlamlaşdırılması və" sözləri əlavə edilsin.

3. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanı) 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:

"2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

2.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

2.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

2.2.2. bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;

3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;

3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən - sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.".

4. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 26 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanı) 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada verilsin:

"2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

2.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

2.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

2.2.2. bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə Ümumi Yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırmasını təsdiq etmək və icrasını təmin etmək;

3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;

3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;

3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən - sədrdən və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.".

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749, № 11, maddə 1018; 2026, № 1, maddə 24; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 723 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-ci bəndin dördüncü abzasının ikinci cümləsinə "Holdinqinin" sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)" sözləri əlavə edilsin;

5.2. "7. Tədbirlər planı" hissəsi üzrə:

5.2.1. "Əsas icraçı orqan (qurum)" sütununa "(qurum)" sözündən sonra ", fəaliyyət istiqamətinə uyğun olaraq" sözləri əlavə edilsin;

5.2.2. 3.1.9-cu yarımbəndin 4-cü abzasının "Əsas icraçı orqan (qurum), fəaliyyət istiqamətinə uyğun olaraq" sütununa "AİH" akronimindən sonra ", AZCON" akronimi əlavə olunsun və həmin abzasda "aralıq nəticələr" sütununa "AİH-in" sözlərindən sonra "və AZCON-un" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!