22 Avqust 2026 08:50
501
İQTİSADİYYAT
A- A+
Azərbaycan qadını peşə seçimində sərhəd tanımır

Azərbaycan qadını peşə seçimində sərhəd tanımır


Bu gün fermer xanımlarımızın uğurlarının sorağı uzaq ölkələrdən gəlir


Qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı müasir inkişaf proseslərinin mühüm istiqamətlərindən biridir. Xüsusilə kənd yerlərində onların əmək bazarında və sahibkarlıq fəaliyyətində rolunun artması ailələrin gəlir imkanlarının genişlənməsinə və regionların iqtisadi potensialının daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Aqrosahibkarlıq qadınların iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, kənd təsərrüfatında yeni təşəbbüslərin, ailə təsərrüfatlarının və kiçik bizneslərin inkişafına təkan verir. 

Bu potensialın reallaşdırılması və qadınların aqrar sahədə daha fəal iqtisadi subyektə çevrilməsi isə ilk növbədə onların təşəbbüslərinin dəstəklənməsindən və zəruri imkanlarla təmin olunmasından asılıdır. Son illər dövlət tərəfindən həyata keçirilən müxtəlif dəstək mexanizmləri qadınların aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır. Bu siyasət qadınların aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, onların maliyyə imkanlarının genişləndirilməsinə yönəlib. Sahibkar qadınların güzəştli maliyyə resurslarına çıxışının təmin edilməsi, investisiya layihələrinin dəstəklənməsi, müxtəlif qrant və təşviq mexanizmlərinin tətbiqi, eləcə də biznesin qurulması və inkişafı ilə bağlı məsləhət və təlim xidmətlərinin göstərilməsi əsas addımlardandır.

Xüsusilə kənd yerlərində qadınların öz təsərrüfatlarını qurması və mövcud fəaliyyətlərini genişləndirməsi üçün yaradılan imkanlar sahibkar xanımların iqtisadi fəallığının artmasına şərait yaradır. Fermer təsərrüfatlarının inkişafı, müasir texnologiyaların tətbiqi, məhsulların emalı və qablaşdırılması, həmçinin yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi qadın sahibkarların aqrar dəyər zəncirində rolunu bir qədər də gücləndirir. Bu isə o deməkdir ki, dövlət dəstəyi qadınların aqrar biznesdə fəal iştirakına, yeni iş yerlərinin yaradılmasına və kənd yerlərində dayanıqlı iqtisadi fəaliyyətin formalaşmasına xidmət edir.

Qadın fermerlərin aqrar sahədə fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi xüsusi yer tutur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən bu layihə qadınların aqrar biznesə cəlb olunmasına, bilik və bacarıqlarının artırılmasına, informasiya və resurslara, eləcə də bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Layihə çərçivəsində qadın fermerlərə təsərrüfatlarının ehtiyaclarına uyğun avadanlıq və digər texniki dəstək göstərilir. Belə dəstək mexanizmləri qadınların aqrar dəyər zəncirinin bütün mərhələlərində fəal iştirakına şərait yaradır. Nəticədə kənd yerlərində qadın sahibkarlığının genişlənməsi, ailə təsərrüfatlarının gəlirlərinin artması və yeni iş imkanlarının yaranması üçün daha əlverişli mühit formalaşır.

Qeyd edək ki, kiçik və orta təsərrüfatların inkişafında qadın sahibkarların rolu getdikcə artır. Evdə hazırlanan mürəbbə, turşu, müxtəlif meyvə quruları, süd məhsulları, şirniyyat və digər kənd məhsullarının kommersiyalaşdırılması qadın əməyinin iqtisadi dəyərə çevrilməsinə imkan verir. Əslində, ailənin tələbatını ödəmək məqsədi daşıyan bu çalışmalar zaman keçdikcə kiçik biznesə, bəzi hallarda isə daha geniş istehsal və emal müəssisələrinə çevrilir. Fermer yarmarkaları, aqrar sərgilər, festivallar və müxtəlif satış platformaları qadın sahibkarların öz məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə şərait yaradır. Belə tədbirlər yalnız məhsul satışına deyil, həm də yeni tərəfdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və istehlakçı tələbinin öyrənilməsinə imkan verir.

Qadın fermerlərin aqrar sahədə göstərdiyi təşəbbüslər və əldə etdiyi nəticələr yalnız yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də diqqət çəkir.  Bu  baxımdan Azərbaycan qadınlarının ərzaq sektorunun və kənd yerlərinin inkişafına verdiyi töhfələrin beynəlxalq platformalarda tanınması xüsusi əhəmiyyət daşıyır. Kənd qadınının əməyinin beynəlxalq səviyyədə tanınması isə onun aqrar sahədəki roluna verilən yüksək qiymətin, yerli təşəbbüslərin isə qlobal miqyasda yaratdığı dəyərin parlaq ifadəsidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın "FAO 100 Women Heroes in Agrifood Systems and Rural Development" (Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı) təşəbbüsünün ilk seçilmiş iştirakçıları sırasında yer alması bunun nümunələrindəndir. 

Bu təşəbbüs kənd təsərrüfatı, ərzaq sistemləri və kənd yerlərinin inkişafında mühüm rol oynayan qadınların fəaliyyətinin beynəlxalq səviyyədə fəaliyyətini artırmağa xidmət edir. Gülbəniz Qənbərovanın bu təşəbbüs çərçivəsində təmsil olunması isə qadın fermerin əməyinin, təşəbbüskarlığının və aqrar sahədə yaratdığı dəyərin beynəlxalq səviyyədə diqqətə çatdırılması baxımından əlamətdar hadisədir. Belə nümunələr kənd yerlərində fəaliyyət göstərən digər qadınların da öz imkanlarına daha böyük inamla yanaşmasına və yeni təşəbbüslərə qoşulmasına stimul verir.

Qeyd edək ki, Gülbəniz Qənbərovanın seçilməsi son dərəcə rəqabətli qlobal seçim prosesi nəticəsində baş tutub. Təşəbbüs çərçivəsində dünyanın 131-dən çox ölkəsindən 600-dən artıq namizəd irəli sürülüb. Bu namizədlər arasında Gülbəniz Qənbərova aqrar-ərzaq sistemlərinin gücləndirilməsi və kənd icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələr, eləcə də liderlik, fədakarlıq və innovativ yanaşmaları ilə fərqlənib. Beynəlxalq tanınmanı təbii ki, sadəcə bir qadının şəxsi uğuru kimi qeyd etmək doğru olmaz. O, Azərbaycan kənd qadınlarının aqrar-ərzaq sistemlərində dəyişiklik yaradan qüvvə kimi artan rolunun təqdir olunması deməkdir. 

Təsadüfi deyil ki,  BMT Baş Assambleyası 2026-cı ili "Qadın Fermerlər Beynəlxalq İli" elan etməklə qadınların kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd yerlərinin sosial-iqtisadi inkişafında rolunun daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Gülbəniz Qənbərovanın  nümunəsində isə sahibkarların bu qlobal prosesdə fəal iştirakı ölkədə qadın aqrosahibkarlığının inkişafına göstərilən diqqətin və əldə olunan nəticələrin beynəlxalq müstəvidə tanınmasının əhəmiyyətini daha çox artırır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!