05 Sentyabr 2026 12:24
1622
İQTİSADİYYAT
A- A+
Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  


İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanı Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir çərçivəsində iqlim maliyyəsinə həsr olunmuş panel müzakirələri, yüksəksəviyyəli sessiyalar, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr keçirilib.

Dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektor nümayəndələrinin bir araya gəldiyi sammitdə iqlim maliyyəsi, iqlim dəyişikliyinə dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və digər aktual məsələlər müzakirə olunub.

Nazir müavini Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi masa müzakirələrində moderator qismində iştirak və çıxış edib.

Nazir müavini çıxışında COP29 çərçivəsində İqlim Maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG), digər adı ilə Bakı Maliyyə Hədəfinə dair razılaşmanın əldə olunduğunu və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə dəstəyin 2035-ci ilədək 1,3 trilyon ABŞ dollarına çatdırılmasını nəzərdə tutan uzunmüddətli maliyyələşdirmə məqsədinin müəyyənləşdirildiyini bildirib.

COP29-un Fəaliyyət Gündəliyində dayanıqlı şəhərlər mövzusunun əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayan Y.Rəfiyev bu çərçivədə Bakı Davamlılıq Koalisiyası və Dayanıqlı və Sağlam Şəhərlər üzrə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) təşəbbüsünün irəli sürüldüyünü qeyd edib.

Cari ilin may ayında Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) toxunan Yalçın Rəfiyev forumun şəhərlərin iqlim dayanıqlılığı gündəliyinin inkişafı baxımından mühüm nəticələr verdiyini vurğulayıb. O, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi baxımından ölkəmizdə növbəti həftə keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini qeyd edib.

M.Babayev və Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilən “İqlim öhdəliklərinin yerinə yetirilməsi körpüsü: İcra və maliyyələşmə üçün yüksəksəviyyəli yol xəritəsi” adlı yüksəksəviyyəli sessiyada da çıxış edib və COP29-un tarixi nəticələrinin iqlim maliyyələşməsi mövzusunda qlobal müzakirələrə verdiyi töhfəni diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!