03 Aprel 2025 08:10
222
SİYASƏT
A- A+
"Azərbaycan - Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi"

"Azərbaycan - Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi"


Aprelin 2-də  Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə  "Azərbaycan - Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib.

Tədbirdən əvvəl YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın ötən il Çin Xalq Respublikasına (ÇXR) səfər təəssüratlarından ibarət rəsm əsərləri nümayiş olunub.

Konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Konfransın moderatoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu deyən P.Kərimzadə Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. O qeyd edib ki,  Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. P.Kərimzadənin fikrincə, bu konfrans iki ölkə arasında mövcud əlaqələr və perspektiv əməkdaşlığa dair fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edib, dəvəti qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir".

YAP Sədrinin müavini vurğulayıb ki, dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. Onun sözlərinə görə, öz ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə birmənalı dəstəyini daim ifadə etməkdədir: "Öz növbəsində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir".

Tahir Budaqov bildirib ki, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində son dərəcədə maraqlı olduğunu öz əməli fəaliyyəti ilə əyani şəkildə nümayiş etdirməkdədir: "Heç şübhəsiz, ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcəkdir".

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalararası əlaqələrin gücləndirilməsidir: "Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolu vardır. Son illərdə hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir. Xüsusilə də qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafına təkan verməkdədir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çərçivəsində aktual məsələlərə dair fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli əlaqələrin inkişafında mühüm amil kimi xüsusi əhəmiyyətə malikdir. 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandumun imzalanması isə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Memorandumdan irəli gələrək əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir".

Tahir Budaqovun sözlərinə görə, Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafı və işbirliyinin dərinləşdirilməsi ilə əlamətdar deyil, eyni zamanda Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyətə malikdir: "İnkaredilməz həqiqətdir ki, Cənubi Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi boyunca dünya əhalisinin yarıdan çoxunu özündə ehtiva edən Qlobal Cənub ciddi siyasi və iqtisadi resursları cəmləşdirməklə yeni güc mərkəzinə çevrilmişdir. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya, texnoloji innovasiyalar və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir. Bütövlükdə Qlobal Cənubun yüksəlişi bərabərlik, inklüzivlik və səmərəli əməkdaşlıq prinsiplərinə söykənən ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşması baxımından müstəsna önəm daşıyır. Qlobal problemlərin artdığı şəraitdə milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi məsələsi aktual çağırış kimi qarşımızda dayanır. İstər Azərbaycan, istərsə də Çin çoxqütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər. Yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik".

YAP Sədrinin müavini vurğulayıb ki, bu zamana qədər görülən işlər və qazanılan uğurlarla yanaşı, qarşımızda önəmli hədəflər durur: "Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmindədir. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının nümayəndə heyətlərinin Çin Xalq Respublikasına səfərləri zamanı göstərilən yüksək qonaqpərvərliyə və cari ayda da "Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumu"na dəvətə görə Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürümü ifadə edirəm. Əminəm ki, bugünkü konfransımız da həm ölkələrimiz, həm də partiyalarımız arasında əməkdaşlığa dair aktual məsələlərin müzakirəsi üçün səmərəli olacaq və faydalı ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacaqdır".

Çıxış edən Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, xalqlarımızın mədəniyyətinin bir-birinə yaxın olduğunu vurğulayaraq bildirib ki, Çin xalqı Azərbaycan xalqının mədəni irsi ilə tanışdır.

Lü Tzyançao vurğulayıb ki, Çin və Azərbaycan strateji tərəfdaşlardır və  qarşılıqlı faydalı əməkdaşlıq edirlər: "Azərbaycan və Çin xalqları arasında dostluğun qədim tarixi var. Bu tarixi dostluq bizim müasir dövrdəki münasibətlərimizə də böyük təsir göstərir. Ötən il iki dövlətin liderlərinin Çin - Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etməsi də bunun göstəricisidir. Bu, ikitərəfli münasibətlərimizin inkişafının mühüm mərhələsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik. Hazırda Çin dövlət quruculuğu istiqamətində fəaliyyətini genişləndirməkdədir. Eyni zamanda biz bilirik ki, Azərbaycan tərəfi də uğurlu inkişaf strategiyası həyata keçirir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi əlaqələr bir-birini tamamlayır və davamlı nailiyyətlərə töhfə verir".

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında elm sahəsində əlaqələr inkişaf etməkdədir: "Hesab edirəm ki, iki ölkə arasında "yaşıl enerji" və rəqəmsal iqtisadiyyat sahələrində də əməkdaşlıq daha da genişlənəcək".

Lü Tzyançao qeyd edib ki, hazırda dünyada böyük dəyişikliklər baş verir: "Bu ilin əvvəlindən etibarən beynəlxalq vəziyyət ciddi sarsıntılarla üzləşib. Dövlətlər qeyri-sabit və qeyri-müəyyən amillərlə qarşılaşır. Avrasiyada yeni çağırışlar meydana çıxır. Çin və Azərbaycan bu geosiyasi məkanda önəmli ölkələrdir və dövlətlərarası əməkdaşlıq bu qeyri-sabit dövrdə böyük ümidlər yaradır. Xüsusilə Asiya və Avropanı əhatə edən kommunikasiya sahəsindəki inkişafı qeyd etmək lazımdır. Bu, ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açır. Çin və Azərbaycan birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının ruhunu gücləndirir, dövlətlər arasında qarşılıqlı hörmət və çoxşaxəli əməkdaşlıq prinsiplərini dəstəkləyir. Bu mənada, biz sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməliyik".

Lü Tzyançao qeyd edib ki, nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində də Çin və Azərbaycan  fəal əməkdaşlıq edir, birgə regional və logistik kanallar inkişaf etdirilir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə çox aktiv rol oynayır: "Çin və Azərbaycan həm səmimi dostlar, həm də önəmli tərəfdaşlardır. Həmçinin ölkələrimiz  Qlobal Cənubun mühüm iştirakçılarıdır. Hər iki dövlətin qarşısında yeni vəzifələr dayanır".

Lü Tzyançao XII Qlobal Bakı Forumunda müxtəlif ölkələrin nümayəndələrinin qlobal çağırışları müzakirə etdiklərini, o cümlədən Qlobal Cənubun dünya nizamında rolunu vurğuladıqlarını xatırladıb. Onun fikrincə, Azərbaycanın Qlobal Cənubla bağlı mühüm rolu nəzərdə tutulan layihələrin reallaşdırılmasına əlavə təkan verəcək.

O, Azərbaycanın keçən il COP29-a uğurla evsahibliyi etdiyini,  Çinin Bakının iqlim sahəsində təşəbbüslərini dəstəklədiyini vurğulayıb. "Çin və Azərbaycan Qlobal Cənub dövlətləri ilə birgə səylərlə bir-birinə dəstək olaraq gələcək inkişaflarını təmin etməlidirlər. Qlobal Cənub dövlətlərinin üstünlükləri böyükdür. Bu dövlətlər tərəqqiyə böyük önəm verirlər. Eyni zamanda onlar dünyada terrora və münaqişələrə qarşı çıxış edirlər. Biz dövlətlər arasında bərabərliyin, ədalətin tərəfdarıyıq. Bu prosesə Çin və Azərbaycan çox böyük töhfə verirlər. Çinlə Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da bir-birini dəstəkləyəcək".

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov isə çıxışı zamanı bildirib ki, Azərbaycan-Çin əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğundur. Hər iki ölkənin böyük potensiala malik olduğunu deyən Ə.Əhmədovun fikrincə, perspektivdə ölkələrimiz arasında əlaqələr daha geniş və çoxşaxəli olacaq. YAP Sədrinin müavini qeyd edib ki, bu amil dövlətlərimizə qarşılıqlı fayda verəcək: "Ölkələrin əməkdaşlığı iqtisadi, siyasi maraqlar, sivilizasiya yaxınlığı kimi amillər üzərində qurulur. Bizim əməkdaşlığımız bu parametrlərə cavab verir. Qlobal Cənub təmsilçisi olaraq xalqlarımızın mədəni yaxınlığı da ölkələrimiz arasında əməkdaşlığın daha etibarlı zəmin üzərində qurulmasını təmin edir".

Əli Əhmədov deyib ki, bu gün dünya sürətlə dəyişir və son zamanlar müxtəlif regionlarda xaos elementləri də artır: "Bu da dünya ictimaiyyətini narahat edir. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq normalarının çökməsi və onu güc elementləri ilə əvəz etmək cəhdləri bəşəriyyəti təhdidlərlə üz-üzə qoyur. Belə olan halda, bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə ehtiyac yaranır. Bu düşüncələr fonunda yeni birliklər, platformalar meydana çıxır. Hazırda BRICS və  Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalar təkcə iqtisadi maraqlardan ibarət olmayan birliklərə çevrilmək şanslarına malikdir. Bəşəriyyətin fəlakətdən xilas olmasına,  beynəlxalq münasibətlər sisteminin bu günün dəyərləri zəminində yenidən qurulmasına ehtiyac var. Azərbaycanla Çin arasında tərəfdaşlıq, dostluq bütövlükdə dünyanın qarşısında dayanan çağırışlara ən düzgün cavabın tapılması üçün əhəmiyyətli rol oynaya bilər. Çünki bu əməkdaşlıq, dialoq iqtisadi maraqlarla yanaşı, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqa istinad etmək kimi prinsiplər üzərində qurulub. Ölkələrimizin əməkdaşlığı gələcəkdə bəşəriyyətin üzləşdiyi təhlükələrin aradan qaldırılması üçün daha səmərəli yolların tapılmasına təkan verə bilər".

Ə.Əhmədovun fikrincə, Çin dünyanın indiki reallıqlarına və gələcək inkişaf perspektivlərinə ciddi şəkildə təsir etmək imkanlarına malikdir. "Güman edirəm ki, Çin gələcəkdə bu imkanları daxilində dünyanın daha ədalətli prinsiplər əsasında idarə olunmasını qarşısına məqsəd qoyan  birliklərin meydana çıxması üçün öz töhfələrini artıracaq", - deyən YAP Sədrinin müavini Azərbaycanın da  regionumuzda bütün proseslərin sülh və əməkdaşlıq prinsipləri əsasında qərarlaşmasına öz töhfəsini verdiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, regionda sülh gündəliyini də təqdim edib: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini sülh gündəliyi təşkil edir. Hesab edirəm ki, bu fakt təkcə Cənubi Qafqazda deyil, daha böyük coğrafiyada sülh gündəliyinin təşviq olunması üçün Azərbaycanın çox ciddi şəkildə fəaliyyət göstərməsindən xəbər verir".

Ə.Əhmədov qeyd edib ki, xalqları və dövlətləri bir-birinə yaxınlaşdıran əsas amillərdən biri də kommunikasiyalardır: "Tarixən Şərqlə Qərbi birləşdirən Böyük İpək yolunun sülhün bərqərar olmasında da mühüm rolu olub. Bu gün də dünyada sülhü bərqərar etmək üçün dövlətlər arasında əməkdaşlığın güclənməsində kommunikasiyaların oynadığı vacib rolu hər kəs anlayır. Bu mənada, Çin lideri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" layihəsi dünya ictimaiyyətinin sülh ehtiyacının ödənilməsinə töhfə verə bilər. Azərbaycan bu layihəni ilk dəstəkləyən ölkələrdəndir".

Ə.Əhmədov deyib ki, Qlobal Cənub dünyanın gələcəyinin müəyyən edilməsində əhəmiyyətli rol oynamaq imkanlarına malik faktor kimi özünü təsdiqləyib. "Vaxtilə sivilizasiya, bəşəriyyətin güc mənbəyi bu coğrafiyada yaranıb. Bu gün də Qlobal Cənub öz potensialını bəşəriyyətin firavan gələcəyi üçün səfərbər etmək imkanlarına sahibdir. Bunun reallaşmasında Çin və onunla əməkdaşlığa böyük önəm verən Azərbaycan mühüm rol oynaya bilər. Bu mənada Azərbaycan-Çin strateji tərəfdaşlığı xalqlarımızın maraqlarına xidmət etməklə yanaşı, bəşəriyyətin daha xoşbəxt gələcəyinin qurulmasına töhfə verə bilər", - deyə YAP Sədrinin müavini vurğulayıb.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) İsa Həbibbəyli bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ümummilli Lider ölkəmizdə siyasi hakimiyyətə qayıdışından təxminən bir il sonra - 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfər etmişdir. Heydər Əliyev bu səfəri ilə həm də inkişafın Çin modelinin əhəmiyyətinə böyük dəyər verdiyini nümayiş etdirmişdir".

İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Liderin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri zamanı Pekin İctimai Elmlər Akademiyasında böyük tarixi əhəmiyyətə malik çıxışı, əslində, yenicə müstəqillik qazanan Azərbaycan dövlətinin dünyaya tanıdılması demək idi: "Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu dövlətlərarası əməkdaşlığı yeni inkişaf mərhələsinə çatdırmışdır. Hazırda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sektorlarında mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin yüksək reytinqə malik təhsil ocaqlarında Çin dili üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarında Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş genişmiqyaslı tədqiqatlar aparılır. Bu istiqamətdə Azərbaycan alimləri Çindəki analoji qurumlarının nümayəndələri ilə birgə ortaq layihələr həyata keçirirlər".

O vurğulayıb ki, bu faktorlar humanitar sahədə də Azərbaycan-Çin əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini əyani şəkildə göstərir: "2017-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında Çin Tədqiqatları Mərkəzi fəaliyyət göstərir. Çin Xalq Resublikasının Azərbaycandakı səfirliyi və Konfutsi Mərkəzinin dəstəyi ilə bu mərkəzdə Çin dili uğurla tədris olunur. Artıq müxtəlif elmi müəssisələrdə çalışan əməkdaşların bir qismi həmin mərkəzdə dil öyrənmələri ilə bağlı sertifikat alıblar. Müxtəlif beynəlxalq seminarların aparılması, universitetlər arasında keçirilən görüşlər Azərbaycan elminin Qlobal Cənuba verdiyi töhfələrdəndir. Şübhəsiz ki, bu istiqamətdə işlər perspektivdə də uğurla davam etdiriləcək".

İsa Həbibbəyli qeyd edib ki, 2024-cü ilin iyun ayında Çində keçirilən "Xəzərdən Çin səddinədək" beynəlxalq konfrans birbaşa Qlobal Cənubun prioritetlərini əks etdirən mühüm bir platforma idi: "Həmin konfransda Çin və Azərbaycanla yanaşı, digər regionlardan olan mütəxəssislərin iştirakı ilə birgə bəyannamənin qəbul edilməsi elm sahəsində yeni üfüqlərin açılmasından xəbər verir. Ötən ilin sentyabr ayında Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı və evsahibliyi ilə Birinci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransının keçirilməsi də bu əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan universitetləri Çində Azərbaycan dili üzrə mütəxəssislərin yetişməsi üçün çalışırlar, alimlərimiz orada məruzələrlə çıxışlar edirlər. Bütün bunlar göstərir ki, geosiyasət, diplomatiya, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də Azərbaycan Qlobal Cənubun inkişafında əhəmiyyəti rol oynayan aktorlardan biridir".

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov vurğulayıb ki, Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi olduqca vacibdir. O qeyd edib ki, müasir dövrdə ekoloji və sosial-humanitar məsələlər qlobal xarakterli problemlər kimi diqqət mərkəzindədir: "Dünya birliyi inkişafın davamlı və dayanıqlı olması yolu ilə bu problemlərin həll edilməsini ön plana çıxarıb. Hazırda bu prosesin reallaşması istiqamətində müəyyən nailiyyətlər əldə olunub. Lakin qlobal miqyasda 2030-cü ilə qədər nəzərdə tutulmuş bəzi məqsədlərin həyata keçirilməsi bir qədər ləngiyir. Bu faktorlar onu göstərir ki, inkişafın idarə edilməsində yeni yanaşmalar lazımdır. Yeni yanaşmalar dedikdə, dünya öz inkişafında ekoloji sivilizasiya mərhələsinə keçid etməlidir. Qeyd etmək lazımdır ki, bu termin və ümumiyyətlə, sözügedən konsepsiya 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış və Ümummilli Lider Heydər Əliyev tərəfindən BMT-nin "İnsan İnkişafı Hesabatı"nda təqdim olunmuşdur. Çin məhz bu sahədə qlobal lider mövqeyini qoruyub saxlayır. 2007-ci ildə Çin Kommunist Partiyasının XVII Qurultayında ekoloji sivilizasiya konsepsiyası ümummilli kontekstdə qeyd edilib. Bu partiyanın 2012-ci ildə keçirilən XVIII Qurultayında isə ekoloji sivilizasiya Çinin Konstitusiyasına daxil edilib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin Kommunist Partiyasının 2017-ci ildə keçirilən XIX Qurultayında bu konsepsiyanın nə qədər əhəmiyyətli olduğunu və onun hansı mexanizmlərlə həyata keçirilməsi barədə ətraflı çıxış edib".

Rektor vurğulayıb ki, 2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində COP29 tədbiri çox uğurla həyata keçirilib: "Bildiyiniz kimi, bəzi dairələr iddia edirdilər ki, bu mötəbər konfransın ölkəmizdə keçirilməsi mümkün deyil. Hələ bu söhbətlər gedən ərəfədə - 2023-cü ildə və daha sonra 2024-cü ildə Dünya İqtisadi Forumu yeni bir hesabat dərc etmişdir. Dünya ölkələrinin enerji keçidinə həsr olunmuş bu hesabatda Azərbaycan 120 ölkə arasında 32-ci yeri tutmuşdur. Bu uğurlu nəticə onu göstərir ki, Azərbaycan sözügedən sahəni ən effektiv idarə edən ölkələr sırasındadır. Bütün bunlar dövlətimizin qlobal səviyyədə böyük nailiyyətlər əldə etdiyini bir daha nümayiş etdirir. Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda ekoloji sivilizasiya konsepsiyasına əsaslanan möhtəşəm işlər həyata keçirir. Yeni yaşayış mərkəzləri, sosial-iqtisadi infrasrukturlar həmin bölgələrdə bu tələbatlara tam uyğun olaraq yaradılır".

Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında bildirib ki, Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. O, Çin-Azərbaycan münasibətlərinin siyasi sahədə möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb: "İki ölkə arasında münasibətlər regional və beynəlxalq müstəvidə, o cümlədən  Şanxay Əməkdaşlıq Təşkilatı,  BRICS kimi platformalar çərçivəsində də inkişaf edir: "Azərbaycanla Çin terrorizm və ekstremizmə qarşı mübarizədə eyni mövqe nümayiş etdirirlər".

Onun sözlərinə görə, Çin və Azərbaycan  arasında iqtisadi münasibətlərə ticari əlaqələr, infrastruktur layihələri, qarşılıqlı investisiyalar, eyni zamanda iqtisadiyyatın qeyri-neft sahəsinə sərmayələr, tranzit  dəhlizləri, energetika  sahəsi, "yaşıl enerji" və s. aiddir: "Son illər ərzində Çin  Qırğızıstanla Özbəkistanı, Xəzər regionunu birləşdirən yeni dəmir yolu layihəsinə başlayıb.  Bu, əmtəə dövriyyəsini artıracaq və "Bir kəmər, bir yol" layihəsini yerinə yetirməyə  imkan verəcək".

Millət vəkili bildirib ki, Azərbaycan üçün işğaldan azad edilmiş  ərazilərə Çin investisiyalarının cəlb edilməsi önəmlidir: "Azərbaycanın  yeddi azad iqtisadi zonası var ki, Çin şirkətləri investisiya  qoyuluşu edə bilərlər. Azərbaycanda aktiv olaraq bir neçə  Çin şirkəti fəaliyyət  göstərir. Atılan addımlar iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə imkan verəcək".

O, son illər ərzində ölkələrimiz arasında mübadilə layihələrinin  artdığını, birgə konfransların  təşkil olunduğunu, Çinin ali təhsil ocaqları  ilə birgə ikili diplom proqramlarının həyata keçirildiyini vurğulayıb. "Zənnimcə, iqtisadi, siyasi sahələrdə olduğu kimi, bu sahədə də  geniş perspektivlər var".

Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Konfransa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bir daha Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaoya ölkəmizə səfərinə görə təşəkkürünü bildirərək bu səfərin istər partiyalarımız, istərsə də ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik  

18:33
07 Aprel

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

18:31
07 Aprel

Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb  

18:30
07 Aprel

Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub  

18:27
07 Aprel

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb

18:25
07 Aprel

Parlamentin növbəti iclasının gündəliyi bəlli olub

18:19
07 Aprel

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  

18:18
07 Aprel

Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib

18:17
07 Aprel

Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb

18:16
07 Aprel

Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

18:13
07 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:12
07 Aprel

Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib

18:11
07 Aprel

Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb

18:10
07 Aprel

Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq  

18:07
07 Aprel

Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

18:06
07 Aprel

Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır

18:03
07 Aprel

İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq  

18:02
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!