07 Sentyabr 2025 08:05
1091
SİYASƏT
A- A+
Azərbaycan-Çin münasibətlərində yeni mərhələ

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ


İki ölkə arasında əlaqələr çoxşaxəlidir


Dünyanın ən inkişaf edən və böyük dövlətlərindən biri olan Çin Xalq Respublikasında Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitinin yüksək səviyyədə təşkili, toplantıda aparıcı dövlətlərin rəhbərlərinin iştirakı və çıxışları, eləcə də Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş paradın keçirilməsi bəşəriyyətə sülh, əmin-amanlıq, əməkdaşlıq, dostluq üçün yeni perspektivlər vəd etməklə, dünya ölkələrinə yeni mesajlar verdi. ŞƏT-in 25-ci sammiti ilk növbədə Çinin dünyada olan yüksək nüfuzunun və rolunun bir təzahürü kimi özünü göstərdi. Pekin dövlətlərin və xalqların inkişafını ayrı-seçkilikdə deyil, əməkdaşlıqda, qarşılıqlı sağlam münasibətlərdə görür. O, imperialist maraqlardan uzaqdır. Hərbi ittifaq yaratmaq, bloklara qoşulmaq fikri yoxdur. Başlıca məqsəd iqtisadiyyatı inkişaf etdirmək, təhlükəsizliyi təmin etmək, milli maraqları qorumaqdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, bu müasir dünyada çox düzgün bir seçimdir və Çinin inkişafının əsasıdır. Pekin beynəlxalq münasibətlər sistemində ictimai-siyasi sabitliyə malik olan, sülhə, təhlükəsizliyə, əmin-amanlığa, iqtisadi inkişafa və yüksək etimada, tərəfdaşlığa əsaslanan ölkələrlə sıx əməkdaşlıq etməyə böyük önəm verir. Azərbaycan bu baxımdan xarakterikdir və son illərdə yüksələn xətt üzrə inkişaf edən münasibətlər buna sübutdur. "Bu gün ortada Azərbaycanla Çin arasında bu il aprelin 25-də imzalanmış "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" kimi çox əhəmiyyətli sənəd var. Bu sənədi Çin-Azərbaycan əməkdaşlığının, tərəfdaşlığının yol xəritəsi adlandırmaq olar. Bütün sahələrdə əməkdaşlığı nəzərdə tutan bu bəyanat hər iki ölkənin gələcək inkişafı üçün yeni perspektivlər açır. Azərbaycan-Çin münasibətlərinə bir çox ölkələrin qibtə etməsi başadüşüləndir. Çin Xalq Respublikasının rəhbər şəxsləri, siyasi dairələri, xüsusilə respublikanın Sədri Si Cinpin dövlətimizin başçısı İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır, inkişafımız, dünyadakı mövqeyimiz yüksək qiymətləndirilir. Cənab İlham Əliyev bu mənada bildirir: "Bizim çox mehriban münasibətlərimiz var, görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyimiz kimi, Azərbaycan Sədr Cinpinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. "Bir kəmər, bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik". 

Qarşılıqlı hörmət və ehtiram, cənab İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verilməsi Azərbaycan Prezidentinin ŞƏT-in 25-ci sammitində iştirak üçün Çinə səfəri zamanı özünün aydın ifadəsini tapdı. 20-dən çox dünya liderinin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətinin qatıldığı bu tədbirdə Prezident İlham Əliyev digərlərindən fərqli olaraq xüsusi təntənə ilə qarşılandı", - deyə deputat bildirib.

T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdəki çıxışı mühüm çağırışlarla zəngin və tutarlı idi. Dövlətimizin başçısı çıxışında Çinin dünyadakı mövqeyinə, sülh, təhlükəsizlik, inkişaf uğrunda səylərinə böyük önəm verməklə bildirdi ki, Azərbaycan Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü dəstəkləyir. Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülən Qlobal İdarəetmə Təşəbbüsü BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmətin ifadəsi kimi təqdirəlayiqdir. Beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına,  dövlətlərin suverenliyinə və ərazi bütövlüyünün dəstəklənməsinə yönəldilən bu təşəbbüslər Çinin sülh amalının təzahürüdür. Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirdiyi təntənəli parad da sülhə istəkdən, faşizmə kəskin nifrətdən qaynaqlanır.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın paradı qürurla izləməsi yeni məna ifadə edir: "Faşizmdən, təcavüzdən uzun illər əziyyət çəkən Azərbaycanın qələbə paradları yada düşür və insan qürurlanır. Ölkəmizin rəhbərinin qalib bir dövlətin və xalqın lideri, Ali Baş Komandanı kimi Çində yüksək səviyyədə qarşılanması, paradı izləməsi, bir sıra dövlətlərin rəhbərləri, şirkətlərin sahibləri ilə görüşləri xalqımızı qürurlandırır, ruhlandırır və gələcək uğurlarımızdan xəbər verir. Çünki səmərəli görüşlər, qarşılıqlı münasibətlər aydın göstərir ki, Azərbaycan-Çin əlaqələri son illər keyfiyyətcə yeni mərhələyə yüksəlib və hər iki ölkə arasında iqtisadi-ticari, nəqliyyat, enerji, mədəniyyət, turizm sahələrində əməkdaşlığın möhkəmlənməsinə imkanlar yaranıb. Tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud olması, dostluq, qardaşlıq münasibətlərinin genişlənməsi xalqların, dövlətlərin milli maraqlarına xidmət edir və gələcək inkişafa hesablanıb".

T.Rzayev xatırladıb ki, Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı zamanı ölkələrimiz arasında münasibətlərə böyük önəm verərək, bir daha bildirdi ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Bu, real amallara və amillərə arxalanan ifadədir. Azərbaycan bu gün beynəlxalq və regional sülhün, təhlükəsizliyin qorunmasına, təmin edilməsinə, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə öz töhfələrini verir və bu sahədə səylərini artırmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2024-cü ildə rekord səviyyəyə - 378 min tona çatıb. Bu əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb.

"Prezidentimizin bildirdiyi kimi, bu gün Orta dəhlizin strateji çəkisi durmadan artır və dünya ölkələrinin bu dəhlizə marağı böyükdür. Çindən Avropaya, Avropadan Asiyanın dərinliklərinə uzanan yol həm etibarlı, həm də qısamüddətli olması ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılmasını təmin edir. "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin inkişafı Bakını bir tranzit mərkəzinə çevirir və nəqliyyat infrastrukturu sahəsində mövqelərini möhkəmləndirir. Azərbaycanla Çin arasında ən mühüm sahələrə dair imzalanmış 100-dən artıq sənəd deməyə əsas verir ki, əlaqələr çoxşaxəlidir, münasibətlər sağlamdır və qarşılıqlı səfərlər, görüşlər hər iki xalqın xoşbəxtliyinə, ölkələrin inkişafına istiqamətləndirilib", - deyə deputat əlavə edib.

T.Rzayev bildirib ki, Azərbaycan Prezidentinin sülh, təhlükəsizlik, əmin-amanlıq, dostluq və əməkdaşlıq çağırışları Çin Xalq Respublikası rəhbərləri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Dövlət rəhbərinin bu ölkəyə son səfərləri, yüksək səviyyədə, böyük hörmət və ehtiramla qarşılanması, keçirilən yüksəksəviyyəli görüşlər bunun aydın ifadəsidir və göstərir ki, Bakı Qərblə əməkdaşlığa yeni önəm verməklə bərabər, həm də Çin kimi qüdrətli bir dövlətlə də əlaqələri yüksək səviyyədə qurur və tərəfdaşlığı uğurla davam etdirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:56
06 Mart

Ceyhun Bayramov moldovalı həmkarını Naxçıvana edilən dron hücumları barədə məlumatlandırıb  

14:55
06 Mart

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:54
06 Mart

Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb  

14:54
06 Mart

Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub  

14:48
06 Mart

Fərhad Hacıyev: 1111 nəfər “Yüksəliş” müsabiqəsinin ötən beş mövsümündə təkrar iştirak edib 

14:46
06 Mart

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub  

14:45
06 Mart

Qazax rəsmən Azərbaycanın “İdman Paytaxtı” oldu  

14:42
06 Mart

Azərbaycan Kuboku: “Sabah”dan yubiley qolu, “Kəpəz”dən 35-ci məğlubiyyət

14:40
06 Mart

İran terrorçu xislətini bir daha dünyaya nümayiş etdirdi  

14:25
06 Mart

Dövlət etikasına və insanlığa sığmayan əməl

13:17
06 Mart

Bu günə qədər “Yüksəliş” müsabiqəsində 69 min 963 nəfər iştirak edib

13:09
06 Mart

Ekspert: Azərbaycan istehsalçı, Türkiyə isə tranzit ölkə kimi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir  

13:08
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:02
06 Mart

İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun növbəti təzahürüdür

12:29
06 Mart

ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsinə çatıb

12:23
06 Mart

Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

12:19
06 Mart

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!