12 May 2026 18:46
379
DÜNYA
A- A+
Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər

Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər


Avropa İttifaqı (Aİ) ölkələri sənaye layihələrinin icrasını asanlaşdırmaq məqsədilə təbiətin mühafizəsi qaydalarına yenidən baxmağı planlaşdırır. Yeni təkliflər qorunan heyvan növlərinə zərər dəysə belə, strateji obyektlərin tikintisinə icazə verilməsini nəzərdə tutur.

“Politico”nun məlumatına görə, müzakirələrin mərkəzində dayanan əsas məqam Aİ-nin məşhur “Quşlar” və “Yaşayış Mühiti” qanunlarına düzəlişlər edilməsidir. Hazırda bu qanunlar qorunan növlərin qəsdən öldürülməsini və ya narahat edilməsini qadağan edir. Lakin yeni təklifə görə, təsadüfi zərər cinayət sayılmayacaq. Əgər bərpaolunan enerji parkları, məlumat mərkəzləri və ya süni intellekt fabriklərinin tikintisi zamanı qorunan növlərə “təsadüfən” zərər dəyərsə və tikinti şirkəti müvafiq qoruyucu tədbirlər görübsə, bu, qanun pozuntusu hesab edilməyəcək. Məqsəd bürokratik maneələri aradan qaldırmaqla ekoloji qiymətləndirmə müddətini qısaltmaqdır.

Aİ Şurasına sədrlik edən Kipr məsələdə daha irəli getməyi təklif edib. Təqdim olunan sənəddə hökumətlərə “müvafiq tədbirlər görülməsi şərti ilə” layihələrin icrası zamanı quşların və digər növlərin məhv edilməsinə rəsmi icazə vermək səlahiyyətinin tanınması istənilir. Bu təşəbbüs Avropada iqtisadi dirçəlişlə ətraf mühitin qorunması arasındakı ziddiyyəti daha da dərinləşdirib. Sənaye dairələri sərt qaydaların rəqabətə mane olduğunu bildirsə də, ekoloqlar bu addımı biomüxtəliflik üçün böyük təhlükə kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı rəsmi müzakirələr Aİ Şurasının bürokratik maneələrin azaldılması üzrə koordinasiya qrupunda davam etdirilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!