01 Noyabr 2025 08:00
3608
İQTİSADİYYAT
A- A+
Aqrar sektora Prezident dəstəyi

Aqrar sektora Prezident dəstəyi


Bu dəstək hesabına Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edib


Noyabrın 1-i ölkəmizdə Kənd təsərrüfatı işçiləri günü kimi qeyd edilir. Prezident İlham Əliyev bu barədə sərəncamı 2008-ci il oktyabrın 9-da imzalayıb və bu, Azərbaycan kəndinə, Azərbaycan kəndlisinə dövlət qayğısının, diqqətinin çoxsaylı təzahürlərindən yalnız biridir. 

"Torpağı qorumursansa əkib becərməyə, əkib-becərmirsənsə qorumağa dəyməz". Ulularımızın bu qənaəti - torpağı əkib becərməyin onu qorumaq qədər vacib və müqəddəs olduğu barədə söylədikləri əsrlərin sınağından keçərək günümüzədək gəlib çatmışdır. Bu gün torpağı əkib-becərənlərin, ləziz nemətlər yetişdirərək çörək təknəmizə bərəkət, süfrəmizə bolluq bəxş edənlərin bayramıdır. Dünyanı düşündürən qlobal problemlərdən birinin məhz əhalinin ərzaq məhsulları ilə təminatı olduğu bir dövrdə bu məsələ daha böyük əhəmiyyət kəsb edir.

Bu mövzuda danışarkən respublikanın regionlarının inkişafına yönəldilən dörd sosial-iqtisadi inkişaf proqramını (2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci və 2019-2023-cü illər) xatırlatmaq kifayətdir. Bu proqramlar, eləcə də görülən digər ardıcıl tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlər əldə edilib. Bununla yanaşı, kənd adamının sosial vəziyyəti də yaxşı mənada dəyişib, onun məşğulluq problemi həll olunub. 

Bu gün Azərbaycanın kənd təsərrüfatı işçisi öz torpağının, öz taleyinin sahibidir və dövlətin prioritet kimi qarşıya qoyduğu mühüm vəzifələri yerinə yetirir. Vurğulayaq ki, MDB məkanında ilk torpaq islahatı ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Kənd təsərrüfatının inkişafına yönəldilən tədbirlər Prezident İlham Əliyev tərəfindən davam etdirilərək geniş vüsət almışdır. Belə ki, unudulmuş, tənəzzülə uğramış bir çox kənd təsərrüfatı sahələri artıq dirçəldilib, onlara keçmiş şöhrəti qaytarılıb. Dövlətimizin başçısı son illər pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, fındıqçılığın, çəltikçiliyin, meyvəçiliyin və s. inkişaf etdirilməsi məqsədilə mühüm sənədlər imzalayıb. Prezidentin bu istiqamətdə bölgələrdə keçirdiyi müşavirələr, kəndli və fermerlərlə, aqrar sahənin mütəxəssisləri ilə görüşlər, verdiyi tapşırıq və tövsiyələr öz müsbət nəticəsini göstərməkdədir.

Uzun müddət işğal altında qalmış və 5 il əvvəl azad edilmiş torpaqlarımız da artıq dirçəlir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı "Böyük Qayıdışa Dair I Dövlət Proqramı" çərçivəsində bərpa olunur və inkişaf etdirilir. Burada infrastrukturun yenidən qurulması, "ağıllı kənd" layihələrinin həyata keçirilməsi və regionun iqtisadi dinamikasının artırılması əsas prioritetlər sırasındadır. 

Məlumdur ki, bu ərazilər yalnız strateji-coğrafi mövqeyi ilə deyil, həm də zəngin təbii sərvətləri ilə seçilir. Bura əsrlər boyu kənd təsərrüfatı mərkəzi olub - məhsuldar torpaqları, bol su ehtiyatları və müxtəlif iqlim şəraiti ilə Azərbaycanın əsas aqrar bölgələrindən birinə çevrilib. İndi bu torpaqlar yenidən dirçəlir və aqrar investisiya üçün böyük fürsətlər təqdim edir.

Bölgənin kənd təsərrüfatı ənənələri də çox qədimdir. Münbit Qarabağ çölləri və Kəlbəcər-Laçın dağlıq zonası kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Tərtər çayı, Bazarçay, Həkəri və digər çaylar əkin sahələrinin suvarılmasını təmin edir. Dağlıq zonalarda heyvandarlığın və arıçılığın, düzənliklərdə isə taxılçılığın, üzümçülüyün, pambıqçılığın və digər sahələrin  inkişafına imkan var. Dövlət bu ərazilərdə kənd təsərrüfatının inkişafı üçün investorlara ciddi güzəştlər təqdim edir.

Ölkəmizdə, ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi təmin edilir. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə yanaşı fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Onlar həmçinin kənd təsərrüfatı texnikasını güzəştlə əldə edə bilirlər. Bütün bunlar sahənin inkişafına, əməkçilərin rifah halının yüksəldilməsinə və qeyd olunduğu kimi, çox vacib bir məsələnin həllinə - ərzaq təhlükəsizliyinin yaranmasına xidmət edir. 

Bu ilin ötən dövründə ölkənin kənd təsərrüfatındakı vəziyyətə nəzər salmaq da yerinə düşər. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 359,8 milyon manat təşkil edib. Bunun da 5 milyard 408 milyon manatı heyvandarlıq, 5 milyard 951,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür. 

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 162,3 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz çox dənli və dənli-paxlalı bitkilər yığılıb. Eləcə də bağ və bostanlardan 1 milyon 670,5 min ton tərəvəz, 874,8 min ton kartof, 802,3 min ton meyvə və giləmeyvə, 458,9 min ton  bostan məhsulları, 164,9  min ton üzüm, 146,6 min ton  şəkər çuğunduru, 28,8 min ton dən üçün günəbaxan, 21,1 min ton pambıq, 6,1 min ton tütün, 1119,9 ton yaşıl çay yarpağı toplanıb. Meyvə və giləmeyvə, şəkər çuğunduru, pambıq, tütün və yaşıl çay yarpağı istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Sözügedən dövrdə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 2994 vahid istixana fəaliyyət göstərib. Yanvar-sentyabr aylarında yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 141,7 min ton, xiyar istehsalı 7,1 min ton olub.

Heyvandarlıqda isə vəziyyət belədir: 2025-ci ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 434,3 min ton ət, 1 milyon 699,1 min ton süd, 1 milyard 789,4 milyon yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olub, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,9 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb. 

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 56,4 min ton quş əti və 880,3 milyon yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 541,9 min baş təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 180 yumurta alınıb.   

Diqqət mərkəzində olan məsələlərdən biri də idxaldan asılılığı azaltmaq, ixrac potensialını yüksəltməkdir. Bu sahədə də irəliləyiş var. Hazırda Azərbaycan onlarla ölkəyə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!