16 Mart 2026 11:50
458
İQTİSADİYYAT
A- A+
Media: Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər

Media: Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər


ABŞ-nin bir sıra analitik mərkəzlərinin Yaxın Şərqdə müharibənin hələ bir neçə həftə davam edəcəyi haqqında verdikləri proqnozdan sonra dünya bazarında neftin qiyməti bir az da bahalaşdı. Halbuki, Prezident Donald Trampın ötən həftə “Müharibəni tezliklə başa çatdıracağıq” bəyanatından sonra qiymət 100 dollardan 98 dollara qədər azalmışdı.

AZƏRTAC xəbər verir ki, Hörmüz boğazının bağlanması dünya bazarında təkcə neftin deyil, bütün malların bahalaşmasına və inflyasiyanın artmasına səbəb olub.

“The Wall Street Journal” yazır ki, Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər və bu vəziyyət enerji şoku yaradar. Hazırda dünya bazarının tələbatının 15 milyon tonu çatışmır ki, bu da Yaxın Şərq ölkələrindən ixrac olunan neftin həcmidir. Körfəzdə müharibənin davam etməsi neft idxalçılarının Cənubi Amerikaya yönəlməsini şərtləndirib. Braziliya, Argentina və Qayanada neft hasilatı artırılıb. Lakin dünyanın bir yarımkürəsindən digər yarımkürəsinə neftin nəqli çox baha başa gəlir. Digər tərəfdən isə bu ölkələrdə hasilatın artırılması üçün külli miqdarda sərmayə və zaman lazımdır.

Rusiya Xalq Təsərrüfatı Akademiyasının analitiki, iqtisad elmləri doktoru Nikolay Kopenka bildirib ki, neftin qiymətinin bahalaşması dünya gəmiçiliyinə də böyük zərər vurub. Bahalaşma dəniz nəqliyyatını demək olar ki, iflic vəziyyətinə salıb. Limanlardakı terminallarda mazut ehtiyatı azaldıqca daşıma qiymətləri də artır. Konteyner daşıyan gəmilər Sinqapur və Fuceyra terminallarına yan alıb yanacaq doldura bilmirlər və yüklər günlərlə daşınmır. Hazırda mazutun 1 barelinin qiyməti Sinqapurda 140 Fuceyrada isə 160 dollardır. Mazutun ekoloji sortunun qiyməti isə 175 dollara satılır.

Hazırda Avropa və ABŞ-nin yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiyməti artıb ki, bu da əhalinin narazılığına səbəb olub. Müharibə isə davam edir və onun başa çatacağını heç kim dəqiq bilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!