13 Avqust 2026 13:37
707
DÜNYA
A- A+
Almaniyada PUA-larla bağlı təhlükəsizlik problemləri aşkarlanıb

Almaniyada PUA-larla bağlı təhlükəsizlik problemləri aşkarlanıb


Leypsiq/Halle hava limanında partlayıcı ilə yüklənmiş PUA-nın (pilotsuz uçan aparat) tapılması Almaniyanın hava təhlükəsizliyində problemlər olduğunu göstərib. “Deutsche Welle” xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisəni xaricdən edilən hibrid hücum ehtimalı ilə əlaqələndirib.

Qeyd edək ki, ölkədə PUA-lar vasitəsi ilə yaranan təhlükələr son vaxtlar daha da artıb. Təkcə keçən il hava limanları və hərbi obyektlər üzərində 1000-dən çox şübhəli uçuş qeydə alınıb. Almaniya aeroportlarında isə alçaqdan və ləng uçan cihazları aşkar etmək üçün lazım olan avadanlıqlar çatışmır. Mülki Aviasiya Assosiasiyası da hava məkanının aşağı hissəsinə canlı nəzarət edən sistemlərin qurulmasını və bütün PUA-ların elektron qeydiyyata alınmasını vacib sayır.

Problemləri həll etmək üçün Berlində PUA-lardan Müdafiə Mərkəzi yaradılıb. Federal Polisin xüsusi qurumundakı işçilərin sayının 130-dan 300-ə qaldırılması gözlənilir. Qanuna edilən dəyişikliklərlə Müdafiə Nazirliyinə polisin müraciəti ilə PUA-ları vurmaq hüququ verilib. İlin sonunadək 8 böyük hava limanı müdafiə texnologiyaları ilə təmin olunacaq.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!