02 Noyabr 2024 08:40
491
SİYASƏT
A- A+
Aleksandr TİXANSKİ: "Erməni millətçiləri həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər"

Aleksandr TİXANSKİ: "Erməni millətçiləri həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər"


"Bu gün bir çox erməni millətçisi, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər".

Bu fikirləri hərbi-siyasi analitik, sosiologiya elmləri namizədi, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində və ondan sonra Ermənistanda gürcü müxalifətini dəstəkləyən bəyanatların səslənməsi faktlarını AZƏRTAC-a şərh edərkən bildirib.

Ekspert bu vəziyyəti erməni millətçilərinin Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyi ilə izah edib: "Erməni ekspertlər səsvermənin elektron formatda keçirilməsindən təəssüflənir, çünki seçkilərin nəticələrini saxtalaşdırmaq çətin idi. Qanun pozuntuları ilə bağlı faktlar o qədər də inandırıcı deyil. Seçki dairələrinin ən azı 75 faizində seçkilər elektron qaydada keçirildiyi üçün pozuntuların olduğunu söyləmək çətindir. Bəli, müəyyən problemlər var idi, amma ümumilikdə deyə bilərik ki, seçkilər bəzi nöqsanlarla baş tutmuş sayılır".

Tixanski əlavə edib: "Gürcüstanda gedən proseslər, qonşu ölkədə siyasətin necə davam edəcəyi Ermənistan üçün önəmlidir. Belə ki, Ermənistanın ixrac və idxalının təxminən 70 faizi Gürcüstan ərazisindən keçir. Ermənilərin Gürcüstandakı iğtişaşlara verdiyi dəstək siyasi elitanın qonşu ölkədə hakimiyyəti dəyişməyə yönəlmiş hərəkətləri ilə izah olunur. Erməni elitası Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası ilə xarici agentlər haqqında qanunun qəbuluna qarşı birgə müraciət imzalayanda hamını təəccübləndirib. Ermənistanın siyasi elitasının bir hissəsinin Gürcüstan hakimiyyətinə qarşı çıxması, bu ölkənin daxili işlərinə qarışması ilə bağlı vəziyyətin özü unikaldır. Aydındır ki, erməni millətçiləri Gürcüstan müxalifəti ilə eyni komandada işləyir. Siyasi elitanın bu hissəsi müəyyən ölkələrdə birləşərək bir-birini dəstəkləməyi xoşlayır. Onlar qarşılıqlı əlaqədə olur və postsovet dövlətlərini Rusiyadan ayırmaq üçün fəal işləyirlər. Beləliklə, Ermənistan iqtidarı və müxalifəti göstərdi ki, onlar da Qərbin sifarişi ilə hərəkət edirlər. Gürcüstanda seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq üçün təxribatçılara, o cümlədən vicdan əzabı çəkmədən digər Gürcüstan vətəndaşlarını öldürməyə başlaya bilənlərə ehtiyac var. Çox təəssüf ki, həm Qərbdə, həm də Qərbyönlü müxalifətdə belə insanlar var. Onların arasında etnik ermənilər və ikili vətəndaşlığı olanlar - erməni və gürcülər də var. O cümlədən Ermənistan Respublikasında daimi yaşayanlar və Qarabağdan olan zərərsizləşdirilməmiş yaraqlılar seçkiyə qədər Gürcüstana köçürülə bilər".

Ekspert bununla bağlı xatırladıb ki, oxşar ssenari artıq NATO-nun Brüsseldəki mənzil-qərargahında müzakirə olunub və burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla alyans nümayəndələri arasında görüşlər keçirilib. Görüşdə Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə "aktiv tədbirlər" hazırladığı açıqlanıb.

"Ermənistanda işə götürülən şəxslərin iştirakı ilə fəal şəkildə hazırlıq işləri aparılır. Bu hadisələrə küçə toqquşmaları elementləri daxildir. Gözlənilir ki, yaxın gələcəkdə onlara Balkan ölkələrindən əvvəllər aktiv şəkildə Serbiya hökumətinə qarşı fəaliyyət göstərən ən təcrübəli mütəxəssislər də qoşulacaq. Gürcüstanda münaqişənin alovlanmasında bu cür təxribatçıların rolunu lazımınca qiymətləndirməmək olmaz. Bu baxımdan 2019-cu ilin yayında rusiyalı deputat Qavrilovun spiker kürsüsündə əyləşdirilməsindən sonra yaranmış emosional vəziyyətdən istifadə edən müxalifətin parlament binasını ələ keçirməyə cəhd etməsini xatırlatmaq yerinə düşər. Daha sonra Ermənistan vətəndaşları da saxlanılıb. Bu gün bir çox erməni millətçisi, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də "Rusiyapərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər", - deyə analitik vurğulayıb.

Tixanskinin fikrincə, əvvəllər Rusiyaya sevgi və ümid bəsləmiş bir çox erməni separatçısı indi ümidlərini Qərbə bağlayır.

"Öz xalqından dəfələrlə geosiyasi oyunlarda istifadə edən erməni millətçiləri Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyirlər. "Rusiyayönlü" erməni lobbisi qeyri-sabit vəziyyətdən sui-istifadə edərək Rusiya ordusunun Gürcüstana yenidən girməsini təhrik etməyə çalışır. Öz növbəsində İrəvan yeni revanşist müharibənin baş verəcəyi təqdirdə Gürcüstana Qərbin hərbi tranziti üçün ərazi kimi baxır. Bu, Tbilisidə Qərbyönlü müxalifətin hakimiyyətə gələrək Rusiyaya qarşı "ikinci cəbhə" açacağı halda baş verə bilər. Hər iki ssenari gürcü dövlətçiliyi üçün faciəli ola bilər. Ona görə də Gürcüstanda sabitlik və əmin-amanlıq təkcə Rusiyanın deyil, Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!