18 May 2024 08:55
471
İQTİSADİYYAT
A- A+
Aleksandr LUKAŞENKO: "Torpaqlarınızı qaytarmağınız və dirçəltməyiniz əsrlərboyu yaddaşlarda qalacaq"

Aleksandr LUKAŞENKO: "Torpaqlarınızı qaytarmağınız və dirçəltməyiniz əsrlərboyu yaddaşlarda qalacaq"

 

Belarus da işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında iştirak edəcək

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiq etdi. Azərbaycanla Belarus arasında qarşılıqlı hörmətə, etimada, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlıq mövcuddur. Zamanın sınağından çıxmış bu münasibəti hər iki tərəf yüksək qiymətləndirir. 
İki ölkə arasında genişlənən və bundan sonra daha çox sahəni əhatə etməsi nəzərdə tutulan iqtisadi əlaqələr də məhz həmin münasibətlərə əsaslanır. Belarus Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər də bunu göstərir. Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanan budəfəki Azərbaycan-Belarus sənədlərinə əsasən, ticarət, gömrük, turizm və idman, kənd təsərrüfatı, o cümlədən baytarlıq və bitki karantini, eləcə də bir sıra digər sahələrdə əməkdaşlıq xeyli şaxələnəcək. Ticarət dövriyyəsini iki dəfədən çox artırmaq hədəflənir. Bakı ilə Minsk, Gəncə ilə Qomel, Qəbələ ilə Qrodno arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair anlaşma memorandumlarının imzalanması bu şəhərlərin sakinlərinin dostluğunu möhkəmləndirməklə yanaşı, sıx iqtisadi əlaqələrin yaranmasına da təkan verəcək. 
Lakin Azərbaycan-Belarus iqtisadi əlaqələrinin perspektivləri təkcə bunlardan ibarət deyil. Dövlətimizin başçısının Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə dediyi kimi: "Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub. Həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir".
Həm də müzakirə edilən məsələlərin hamısı konkret xarakter daşıyır. Söhbət sənaye kooperasiyasından, Belarusda və Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər önə çəkilir.
Bütün bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası mövzusu da diqqət mərkəzindədir. Məlum olduğu kimi, ikitərəfli sənədlərin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Dövlətimizin başçısı öz bəyanatında deyib: "Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl, bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik. Bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar".
Təsadüfi deyil ki, Belarus tərəfi də bizim azad edilmiş ərazilərdə görəcəyimiz işlərin miqyasını və əhəmiyyətini yaxşı bilir. Dost ölkənin Prezidenti hətta dövlətimizin başçısı ilə qələbədən xeyli əvvəl olan söhbətlərini də xatırladı: "...İkilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu, vacibdir, qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəziləri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir".
Bu dirçəliş dövründə Belarus bizə dost kimi dəstək olacağını, Qarabağın və Şərqi Zəngəzurun yenidən tikilib qurulmasına qoşulacağını da bəyan etdi. Belə ki, Prezident Lukaşenko azad etdiyimiz ərazilərdə, xüsusilə aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını bildirdi. Meşələrlə zəngin olan Belarusda taxta-şalban materialı boldur. Bu ölkədə taxta evlər tikmək təcrübəsi geniş yayılıb. Belarus dostlarımız Qarabağ və Şərqi Zəngəzur üçün də belə evlər qura biləcəklərini dedilər. Belə ki, Belarusda bu evlərin ayrı-ayrı hissələri lazım olan ünvanlara gətirilir və bir həftə ərzində bünövrəsi üzərində tikilib quraşdırılır. Əgər uyğundursa, bizim işğaldan azad olunmuş ərazilərimizdə bu cür evlər tikməyə hazırdırlar.
"Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlərboyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var". 
Belarus Prezidentinin dediyi bu sözlərin şərhə ehtiyacı yoxdur. Bunlar dost ölkənin rəhbərinin Azərbaycana səfərinin mahiyyətini açmaqla yanaşı, dövlətlərimizin və xalqlarımızın bir-birinə münasibətini təcəssüm etdirir. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!