07 Dekabr 2024 20:13
368
CƏMİYYƏT
A- A+
Aİ-də ən aşağı doğum səviyyəsi qeydə alınıb  

Aİ-də ən aşağı doğum səviyyəsi qeydə alınıb  


İnsanlar uşaq sahibi olmağı gecikdirdikcə, Avropada anaların orta yaşı da artır.

Son statistika göstərir ki, Avropa İttifaqı tarixdə doğuşun ən böyük illik azalmasını yaşayıb - 5,5 faiz.

“Eurostat”ın  məlumatlarına görə, Aİ-yə üzv ölkələrdə doğulanların sayı 2022-ci ildəki 3879509-dan 2023-cü ildə 3665142-yə düşüb.

2023-cü ildə Aİ doğum nisbəti də Eurostat-ın uzunmüddətli demoqrafik proqnozlarında  hədəflənmiş 4 milyonluq gözləntidən  xeyli az olaraq, son 10 ilin ən aşağı göstəricisidir.

Mütəxəssislər azalmanın iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar, pandemiya və son illərdə inflyasiyanın ən yüksək artımı kimi amillərlə bağlı ola biləcəyini irəli sürürlər. BMT-nin əhali üzrə məsul əməkdaşı Quanyuy Çjanın dediyinə görə, Aİ sakinlərinin uşaq sahibi olub-olmamaq qərarlarına “gələcəklə bağlı qeyri-müəyyənlik, yaşayış və mənzil qiymətlərinin artması, həmçinin bir çox qlobal böhranlar, o cümlədən koronavirus pandemiyası, geosiyasi gərginliklər və iqlim dəyişikliyi təsir edə bilər.

Təşkilatın məlumatına görə, Avropanın bir sıra ölkələrində 2023 və 2024-cü illərdə hər 1000 nəfərə düşən doğum səviyyəsi ən aşağı olub.

2024-cü ildə ən aşağı orta doğum səviyyəsi 1000 nəfərə 6,5 doğuşla İtaliyada, ən yüksək göstərici isə 10,5 ilə Kiprdə qeydə alınıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) xəbərdarlıq edir ki, ölkələr öz siyasətlərini yeni “aşağı məhsuldar gələcəyə” uyğunlaşdırmalıdırlar.

İƏİT-in fikrincə, miqrasiya və inteqrasiyaya proaktiv yanaşma, habelə təmsil olunmayan qrupların məşğulluğa çıxış imkanlarının yaxşılaşdırılması bu problemin həllinə kömək edəcək.


Gecikmiş valideynlik hansı problemlər yaradır?


Mərkəzi, Şərqi və Qərbi Avropada proqnozlaşdırılan doğum əmsalı 2050 və 2100-cü illər üçün orta dünya səviyyəsindən aşağıdır.

Bildirildiyi kimi, uşaq doğuşu gecikdikcə, Avropa İttifaqında müvafiq olaraq anaların orta yaşı da artır.

Əgər 2013-cü ildə anaların ən böyük qrupu 25-29 yaş arası qadınlar idisə, 2023-cü ilə qədər bu qrupa 30-34 yaş arası qadınlar daxildir.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı bildirir ki, əksər Avropa ölkələrində əhalinin sayı artıq pik həddinə çatıb.

BMT həmçinin xəbərdarlıq edir ki, 65 və daha yuxarı yaşda olan insanların nisbətinin və sayının artırılması səhiyyə və sosial müdafiə sistemlərinin, eləcə də bütün yaş qruplarından olan insanlar üçün ədalətli və inklüziv cəmiyyətlər yaratmaq üçün milli siyasətin inkişafını və gücləndirilməsini tələb edir.

Doğum nisbətinin azalması tendensiyası ən çox Yunanıstan, İtaliya, İspaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə özünü göstərir. Bu ölkələrdə  göstərici son on ildə ən azı dörddə bir azalıb.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

Özbəkistan Ali Məclisi Senatının sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

10:31
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!