Oktyabrın 14-də ADA Universitetində Milan Politexnik Universitetinin nümayəndə heyətinin səfəri çərçivəsində "ADA Universiteti Dizayn və memarlıq fakültəsinin ilk ilinin nəticələri" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans eyni zamanda Milan Politexnik Universitetinin dəstəyi ilə təşkil olunmuş "ADA Universitetinin yeni Şəki kampusunun dizaynı" üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramının yekun mərasiminə təsadüf edib.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında genişlənən əlaqələrə təhsil vasitəsilə verilən töhfədir. İtaliya universitetləri ilə yanaşı, yerli özəl qurumların da bu layihəyə göstərdiyi dəstək özlüyündə təhsil layihələri üzrə əməkdaşlığa nümunədir və ölkəmizin yerli kadr hazırlığı işinə müsbət mənada təsir göstərir.
İtaliya-Azərbaycan Universiteti üzrə işçi qrupun rəhbəri Qalib Məmməd çıxışında qeyd edib ki, ADA Universiteti tərəfindən həyata keçirilən layihələrin, təqdim edilən proqramların və ixtisasların hər biri milli quruculuğa töhfədir; fikri, əməli, düşüncə tərzi ilə ölkəmizi gələcəyə aparacaq nəslin yetişdirilməsinə dəstəkdir.
Milan Politexnik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru İlaria Valenten İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, təqdim edilən proqramlar vasitəsilə müasir düşüncəyə, praktiki bacarığa malik azərbaycanlı memarların yetişdirildiyini vurğulayıb. Tədbir sözügedən universitetin memarlıq, dizayn və şəhərsalma departamentlərinin direktorlarının çıxışı ilə davam edib. Çıxışçılar yeni nəsil memarların, dizaynerlərin və şəhərsalma mütəxəssislərinin yetişdirilməsinin vacibliyinə toxunublar.
Qeyd edilib ki, İtaliya-Azərbaycan Universiteti çərçivəsində irəli sürülən təşəbbüslər dövlət-özəl-universitet arasındakı əməkdaşlığın uğurlu nümunəsidir.
Konfransda həmçinin ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin dekanı Silvia Deborah Ferraris çıxış edib. O, fakültənin fəaliyyət göstərdiyi bir il ərzində əldə etdiyi nəticələrdən danışıb.
Sonra Şəki qoruğunun baş memarı Seyran Məmmədov Şəkinin memarlıq irsi barədə danışıb, bu qədim şəhərdə dövlət tərəfindən mühafizə olunan tarixi yaşayış evlərinin üstünlük təşkil etdiyini vurğulayıb, ADA Universitetinin bu yaşayış abidələrinin bərpasına akademik dəstəyini müsbət qiymətləndirib.
Tədbirin sonunda tarixi və memarlıq binalarının yeni təyinat üzrə bərpası və urbanistik kontekstdə canlandırılması ilə bağlı nümunələr əsasında hazırlanmış dörd layihənin təqdimatı keçirilib. Layihələri qiymətləndirən münsiflər heyəti qalib komandanı elan edib, onlara sertifikat və mükafatlarını təqdim edib.
Qeyd edək ki, özəl və dövlət sektorlarından 14 gənc memarın cəlb olunduğu layihə Şəki, Milan və Bakıda olmaqla 3 mərhələli modullar formatında təşkil edilib.
Layihədə komandalar tərəfindən 6 ay boyunca müxtəlif təhlil və sorğular aparılıb, rəsmlər, eskizlər, 3D vizuallar vasitəsilə ilkin modellər hazırlanıb.
Dizayn və memarlıq fakültəsinə bu il 80 tələbə qəbul olub. Onlar arxitektura və interyer dizayn üzrə təhsil alırlar.
Yaxın gələcəkdə isə iki yeni ixtisas təqdim ediləcək.
XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik
Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb
Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Azərbaycanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
2024-cü ilin əsas ifadəsi təyin edilib
Atmosferi ən çox çirkləndirən sosial şəbəkə TikTok imiş
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən
Naxçıvanın daxili işlər orqanlarına müasir texnologiyalarla təchiz edilmiş avtomobillər verilib
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Türkiyədə hərbi dəniz təlimləri keçiriləcək
“Araz-Naxçıvan” Avstriya və Türkiyədə çıxış edən braziliyalı ilə danışıqlar aparır
Juninyo “Sevilya” klubu ilə müqavilə imzalayacaq
Yunanıstanda 4 günlük matəm elan edilib
IFJ: 2024-cü ildə 122 jurnalist öldürülüb
“Whatsapp” dəstək çatı funksiyasını təqdim etməyə hazırlaşır
Macarıstanın Prezidenti Tamaş Şuyokdan
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugedən
Pakistanda baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti01 Yanvar 2025
MƏN AZƏRBAYCANLIYAM!30 Dekabr 2024
Prezident İlham Əliyev qlobal enerji təhlükəsizliyinin təminatçısıdır29 Dekabr 2024
İnkişaf büdcəsi28 Dekabr 2024
Proseslər Prezidentin nəzarətindədir27 Dekabr 2024
Düşünülmüş siyasət, əzm və qətiyyət26 Dekabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!