23 Yanvar 2026 17:01
1805
Təhsil
A- A+
ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  


ADA Universitetində Xarici İşlər Nazirliyinin (XİN) diplomatları üçün təşkil olunmuş “Xarici Siyasət Proqramı”nın məzun günü keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirin açılışında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev proqram iştirakçılarına gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıblar.

Rektor Hafiz Paşayev çıxışında ADA Universiteti ilə XİN arasında illərdir davam edən səmərəli tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, həyata keçirilən tədris proqramlarının peşəkar kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib. O, ölkənin inkişafının hazırkı mərhələsində yüksəkixtisaslı mütəxəssislərə artan tələbatdan bəhs edərək, gənc diplomatlara Azərbaycanın son onilliklərdə keçdiyi yolu unutmamağı və daim vətənpərvərlik ruhunda fəaliyyət göstərməyi tövsiyə edib.

Xarici işlər naziri Ceyhun Bayramov çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları “Xarici Siyasət Proqramı”nın məzunu olmaları münasibətilə təbrik edib. Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanaraq Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun həyata keçirilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb. Nazir diplomatlara öz tövsiyələrini verib.

ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri və ixtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva proqramın məzmunu və məqsədləri barədə məlumat verərək, 2007–2025-ci illər ərzində XİN tərəfindən maliyyələşdirilən üç sertifikat proqramının uğurla icra olunduğunu bildirib. O, son 19 il ərzində ümumilikdə 1 554 diplomat və dövlət qulluqçusunun “Xarici Siyasət Proqramı”nda iştirak etdiyini qeyd edib.

Bildirilib ki, 2011-ci ildən etibarən “Xəzər Hövzəsi Tədqiqatları Proqramı”nda 109 ölkədən 365 diplomat və dövlət qulluqçusu, 2018-ci ildən AİDA ilə birgə icra olunan proqramda isə 89 ölkədən 148 xarici diplomat və tədqiqatçı iştirak edib.

Tədbirdə çıxış edən XİN-in Kadrlar idarəsinin rəisi Raman Məmmədov ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində daha bir uğurlu təlim proqramının yekunlaşdığını bildirib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, builki proqramın fərqləndirici cəhətlərindən biri kimi XİN-in rəhbər diplomatlarının təlimçi qismində daha fəal iştirakını vurğulayıb və bu təcrübənin növbəti proqramlarda da davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Sonra proqram iştirakçıları arasından seçilmiş iki gənc diplomat çıxış edərək təlim prosesi ilə bağlı fikir və təəssüratlarını bölüşüb, təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Xarici Siyasət Proqramı”nın əsas məqsədi gənc diplomatların nəzəri və praktiki biliklərini təkmilləşdirmək, onları ikitərəfli və çoxtərəfli diplomatiyaya hazırlamaq, həmçinin müasir beynəlxalq mühitdə peşəkar fəaliyyətlərini dəstəkləməkdir. Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, XİN, beyin mərkəzləri və beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 35 mütəxəssis təlimçi qismində iştirak edib.

2025-ci ilin mart–noyabr aylarını əhatə edən proqram iki qrup üzrə təşkil olunub. Hər bir qrup 15 gün ərzində 39 mövzu üzrə seminar və təlimlərdə iştirak edib. Tədris prosesi akademik biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına yönəldilib. Bu çərçivədə iştirakçılar 50 saatlıq bacarıqəsaslı kurslar vasitəsilə şəbəkələşmə, mədəniyyətlərarası ünsiyyət, emosional zəka, danışıqların aparılması, diplomatik yazışma və protokol, natiqlik, media və kommunikasiya, tədqiqat metodları və siyasi təhlil sahələrində praktiki vərdişlər əldə ediblər.

Eyni zamanda, 96 saatlıq bilikəsaslı kurslar çərçivəsində diplomatiyanın tarixi inkişafı, beynəlxalq siyasət və təhlükəsizlik, Azərbaycanın xarici siyasəti, iqtisadi məsələlər, mədəni-humanitar sahə, beynəlxalq hüquq, hərbi-siyasi əməkdaşlıq və konsulluq məsələləri, eləcə də enerji, iqlim, mədəniyyət və ictimai diplomatiya mövzuları üzrə dərin və sistemli biliklər təqdim olunub.

Proqram çərçivəsində iştirakçılar Qarabağa səfər edib və Azərbaycan Respublikasının Milli Məclisində olublar.

Tədbirin sonunda “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!