08 Oktyabr 2024 19:51
3801
Elm və texnika
A- A+
ABŞ-da beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışılıb

ABŞ-da beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ABŞ-ın Provo şəhərində “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda keçirilən 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, simpoziumda çıxış edən Ramin Məmmədov ölkəmizdəki dini tolerantlıq və dialoq mühiti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, eyni zamanda, Prezident İlham Əliyev tərəfindən bu dəyərlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıb.

Komitə sədri Azərbaycanın tarixən xristianların, yəhudilərin və başqa dinlərə mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində yaşadığı və burada öz etnik-mədəni dəyərlərini qorumaları üçün hər zaman geniş imkanların yaradıldığını bildirib. O, Bakıda yerləşən məscid, sinaqoq və kilsələrin bu müxtəlifliyin təzahürü olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığı ölkə Konstitusiyasında da təsbit olunub. Bu möhkəm hüquqi baza isə dini plüralizmi gücləndirərək, geniş spektrli dini icmalara qeydiyyatdan keçməyə və müdaxiləsiz fəaliyyət göstərməyə imkan verir. Bu hüquqi açıqlığın ən diqqətəlayiq nümunələrindən biri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin dövlət qeydiyyatına alınmasıdır.

Azərbaycanın dünyəvi dövlət modeli müxtəlifliyə, inklüzivliyə, neytrallığa sadiqlik və inancından asılı olmayaraq bütün vətəndaşlara xidmət prinsiplərinə əsaslandığını, bunu ölkəmizin təxminən otuz illik işğaldan sonra Qarabağı, onun mədəni sərvətlərini bərpa edərək, dini və etnik müxtəlifliyə sadiqliyini bir daha təsdiqlədiyini deyən Komitə sədri çıxışının sonunda tədbirə ev sahibliyi edən Yuta ştatında mövcud dini birgəyaşayış modelinin bir çox cəhətdən Azərbaycanın inklüziv və tolerantlıq modeli ilə oxşarlıq təşkil etdiyini vurğulayaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Xatırladaq ki, 1994-cü ildən etibarən keçirilən Beynəlxalq Hüquq və Din Simpoziumu dini etiqad azadlığı prinsiplərinin müzakirə edilməsi və bu prinsiplərin daha yaxşı həyata keçirilməsi mexanizmlərinin araşdırılmasına həsr olunan mühüm beynəlxalq platformalardan biridir. 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda müvafiq dövlət qurumları və beynəlxalq dini qurumların rəhbər və nümayəndələri, nüfuzlu elmi-tədqiqat mərkəzlərinin mütəxəssisləri, habelə ictimai təşkilatların üzvləri iştirak edirlər. Oktyabrın 6-8-də keçirilən simpoziumun açılışında Briqam Yanq Universitetinin prezidenti Şeyn Ris, dekanı David Mur, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin direktoru Bret Şarfz çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!