03 Dekabr 2024 09:05
195
SİYASƏT
A- A+
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir

“Biz əsarət, müstəmləkəçilik və neokolonializmin əsrlər boyu dərin və davam edən təsirlərini tanımaq üçün birləşmişik”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında səsləndirdiyi bəyanatda bildirib.

O deyib ki, Bonayre, Sent-Martin, Aruba, Kurasao, Yeni Kaledoniya, Fransız Polineziyası, Vallis və Futuna, Mayotte, Korsika, Qvadelupa, Martinik, Fransız Qvianası və Reunion kimi bir neçə bölgə müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizə aparmağa davam edir. “Bu ərazilər tarixi müstəmləkə hökmranlığından qaynaqlanan, onların inkişafına və öz müqəddəratını təyin etmələrinə mane olmaqda davam edən davamlı sosial-iqtisadi və siyasi problemlərlə üzləşirlər. Bakı Təşəbbüs Qrupu bu regionların beynəlxalq təşkilatlara daxil edilməsini və təmsil olunmasını müdafiə edərək, onların maraqlarını davamlı şəkildə irəli sürüb. Bu kontekstdə çoxsaylı beynəlxalq və tematik konfranslar təşkil edilib və beynəlxalq qurumlara müraciətlərin hazırlanmasında dəstək göstərilib. Bu təşəbbüslər bu icmaların hüquqlarının, istəklərinin və narahatlıqlarının qlobal arenada effektiv şəkildə təqdim olunmasını və həll olunmasını təmin etmək məqsədi daşıyır”,- deyə Abbas Abbasov qeyd edib.

O, BTQ-nin hüquqi, mədəni, təhsil, iqtisadi və psixoloji elementləri özündə birləşdirən təzminatlar üçün hərtərəfli qlobal çərçivənin yaradılmasını tələb etdiyini bildirib. Onun sözlərinə görə, təzminatlar Roma Nizamnaməsi və Baş Assambleyanın 60/147 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq insan hüquqları hüququ çərçivəsində tərtib edilməlidir: “Təzminatlar, həmçinin mədəni irsin və artefaktların qaytarılmasına, bərabərsizliyi davam etdirən hüquqi, iqtisadi və sosial sistemlərin islahatına da şamil edilməlidir. Ədalətli və davamlı təzminat çərçivəsi yaratmaq üçün biz təzminat üçün hüquqi baza yaratmaq, mədəni irsin qaytarılmasını müdafiə etmək və təcrid olunmuş icmaların səlahiyyətlərini gücləndirmək üçün iqtisadi təşəbbüslərlə yanaşı, təhsil islahatlarını təşviq etmək kimi hərtərəfli yanaşma təklif edirik. Biz, həmçinin keçmiş ədalətsizliklərin qalıcı psixoloji təsirlərini aradan qaldırmaq üçün təzminat proqramları vasitəsilə zehni və emosional sağlamlığın vacibliyini vurğulayırıq. Təşkilatımız bərpaedici (reparativ) ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir. Biz beynəlxalq forumlarda bunu müdafiə etməyə, ədalətli və davamlı təzminat prosesini təmin etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor tərəfdaşları ilə işləməyə davam edəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!