04 Fevral 2024 01:55
1666
SEÇKİ 2024
A- A+
2024-2031. Yeni inkişaf dövrünün əsas hədəfləri

2024-2031. Yeni inkişaf dövrünün əsas hədəfləri

 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır.  Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. 
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifə müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. 

 

Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması

 

* Hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılması; 
* Dövlətin təqdim etdiyi imkanlardan bərabər faydalanmaq üçün yeni mexanizmlər və innovativ həllərin tətbiq olunması;
* Dayanıqlı və yüksəkgəlirli iş yerlərinin ümumi məşğulluğa töhfəsinin davamlı artırılması;
* Məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması;
* Hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi imkanlarının artırılması;
* Cəmiyyətin ehtiyacı olan hər bir üzvünün davamlı və əlçatan qayğı ilə tam əhatə edilməsi, hər bir vətəndaşın sosial xidmətlərə əlçatanlığının davamlı yaxşılaşdırılması;
* Dövlət qayğısı və sosial müdafiə sahəsində ünvanlılığa diqqətin artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması.

 

Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım

 

* Sosial-iqtisadi modelin məzmununu və strukturunu keyfiyyətcə yeni prinsiplər əsasında qurmaqla iqtisadiyyatın sürətli və dayanıqlı artımının təmin edilməsi;
* İqtisadi idarəetmənin müasirləşdirilməsi, inkişafın hərəkətverici qüvvəsi olan yaradıcı, rəqabətqabiliyyətli və məhsuldar sahibkar sinfinin gücləndirilməsi, yeni bilik və texnologiya gətirən özəl təşəbbüslərin, o cümlədən birbaşa xarici investisiyaların təşviq olunması;
* Daha sağlam rəqabətə əsaslanan, maneəsiz, tam şəffaf və sağlam biznesin inkişafına hərtərəfli dəstək göstərilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi;
* İqtisadiyyatın müxtəlif sektorları, o cümlədən  kənd təsərrüfatının, emal sənayesinin, bərpaolunan energetikanın, tibbin və turizmin müqayisəli üstünlüyə malik sahələrində dəyər zəncirinin formalaşdırılması;
* Ölkənin "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakının və bu əsasda tranzit-logistika potensialının genişləndirilməsi;
* Kosmik sənayenin inkişafının davam etdirilməsi, yeni peykin orbitə çıxarılması;
* İnnovasiyayönümlü ideyaların təşviqi üçün dövlət dəstəyinin gücləndirilməsi;
* Əhalinin bütün dövlət xidmətlərinə çıxışının asanlaşdırılması və xidmətlərin  səmərəliliyinin yüksəldilməsi məqsədilə rəqəmsal  texnologiyaların tətbiqinin genişləndirilməsi;
* Ölkədə su ilə təminat səviyyəsinin yaxşılaşdırılması və içməli suya əlçatanlığın artırılması tədbirlərinin davam etdirilməsi;
* Ekoloji tarazlığın qorunması, bu məqsədə xidmət edən təşəbbüslərin dəstəklənməsi, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviq edilməsi.

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış

 

* Ərazilərin minalardan təmizlənməsinin davam etdirilməsi;
* Təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;
* Ərazilərdə müasir yaşayış məntəqələrinin - şəhər, qəsəbə və kəndlərin tikintisi; 
* Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;
* Əhalinin geri qayıdışının və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bu məqsədlə ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;
* Ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası; 
* Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

 

Milli maraqlara söykənən müstəqil xarici siyasət

 

* Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi;
* Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması;
* Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi;
* Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;
* Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması; 
* Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması;
* Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi;
* Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi;
* Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması;
* Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi;
* Alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına "Yaşıl enerji" gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi;
* Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi;
* Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi;
* Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.

 

Milli təhlükəsizlik və müasir ordu quruculuğu

 

* Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması;
* Müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;
* Hərbi quruculuq işlərinin və müasir ordu quruculuğu prosesinin davam etdirilməsi;
* Ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin hər cür təsirlərdən qorunması;
* Təhlükəsiz informasiya məkanının inkişaf etdirilməsi, ölkənin  kibertəhlükəsizlik potensialının gücləndirilməsi;
* Regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətdə səylərin dəstəklənməsi.

 

İnnovativ və müasir təhsil, qabaqcıl səhiyyə

 

* Hər bir vətəndaşın innovativ, müasir təhsilə və elmə çıxışı üçün dövlət dəstəyinin artırılması;
* Ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi;
* Bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması;
* Elmi kəşflərin sənayeləşdirilməsinin təşviqi, məhsul və xidmətlər ixracında texnologiyanın tam milliləşdirilməsinə nail olunması;
* Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi;
* Azərbaycanın müasir tibbi xidmətlər göstərən, keyfiyyətli dərman və tibbi texnologiyalar istehsal edən ölkələr sırasına daxil olması;
* Tibb elminin müxtəlif sahələrində müasir tədqiqatlar aparılmasının və tibbi yeniliklər əldə edilməsinin təşviqi;
* Müasir xəstəxana infrastrukturunun gücləndirilməsi, həkimlərin peşəkarlığının və motivasiyasının artırılması, bütün bölgələrdə eyni keyfiyyətli və əlçatan tibbi xidmətlərin inkişaf etdirilməsi.

 

Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı

 

* Gənclər və idman sahəsində infrastrukturun daha da təkmilləşdirilməsi;
* Gənclərin elmə və təhsilə həvəsləndirilməsi;
* Gənclərin idmana və sağlam həyat tərzinə bağlılığının artırılması;
* Gənclərin sahibkarlıq bacarıqlarının daha da inkişaf etdirilməsi;
* Gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılması;
* Könüllülük hərəkatının bütün ölkəni, o cümlədən işğaldan azad olunmuş əraziləri və orada yaşayan gəncləri əhatə etməsi.

 

Demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi

 

* İnsan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması sahəsində fəaliyyətin davamlı olaraq inkişaf etdirilməsi; 
* İnsan hüquqlarının təşviqi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi; 
* Dövlət orqanlarının fəaliyyətində insan hüquqlarının təminatının gücləndirilməsi;
* Vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə dövlət dəstəyinin davam etdirilməsi;
* Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin olunması;
* Tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqi; 
* Sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsi və inklüzivliyin təmin olunması;  
* Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun milli səviyyədə təmin edilməsi.

 

Hörmətli seçici!
Yeni Azərbaycan Partiyası növbəti yeddi ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmüş, bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənmişdir. 
İnanırıq ki, yaranmış yeni reallıqlar fonunda bu mürəkkəb missiyanın həyata keçirilməsi üçün siz cənab İlham Əliyevi dəstəkləyəcək, bununla da gələcək tərəqqi və rifahımıza dəyərli töhfənizi verəcəksiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!