17 Avqust 2026 16:21
602
DÜNYA
A- A+
2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb


2020-ci ildən bu vaxtadək Avropada istehsal, boru kəmərləri, saxlama və digər infrastruktura investisiyalar da daxil olmaqla 624 hidrogen layihəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Enerji Sənayesi Şurasının (EIC) məlumatında deyilir.

Bildirilir ki, bu layihələrdən 59-u hazırda fəaliyyətdədir, 74-ü ləğv edilib. Qalan layihələrin təxminən yarısı texniki-iqtisadi əsaslandırma mərhələsindədir, 15 faizi isə dayandırılıb. Yaşıl hidrogen layihələri 395 layihə ilə portfelin əksəriyyətini təşkil edir. Sonrakı yerdə 57 layihə ilə hidrogen boru kəmərləri gəlir. Layihələrin əhəmiyyətli bir hissəsinin texniki-iqtisadi əsaslandırma mərhələsində olması hidrogen istehsalı müəssisələri ilə nəqliyyat və saxlama infrastrukturunun eyni tempdə inkişaf etmədiyini göstərir.

Böyük Britaniya 130 layihə ilə Avropada ən böyük milli hidrogen layihəsi portfelinə malikdir. Lakin layihələrin yalnız 8 faizi inşa mərhələsindədir və ya tikintini gözləyir, 21 faizi isə dayandırılıb. Ölkə 2030-cu ilə qədər 3,66 giqavat elektrolitik hidrogen tutumuna çatmağı nəzərdə tutur. Almaniyada isə 87 hidrogen layihəsinin 23 faizi inşa mərhələsindədir və ya tikintini gözləyir. Bu, əsas Avropa bazarları arasında ən yüksək göstəricidir. Planlaşdırılan 9000 kilometrlik hidrogen şəbəkəsi və idxal əlaqələri ilə Almaniyanın Avropada əsas hidrogen tələbat mərkəzlərindən birinə çevrilməsi gözlənilir.

Qitədə 2030-cu ilə qədər planlaşdırılan 31 giqavatlıq elektrolizator tutumundan yalnız 3 giqavatı yekun investisiya qərarı mərhələsinə çatıb. Hazırda Avropada illik elektrolizator istehsal gücü 8,49 giqavatdır. Avropada təxminən 72 giqavatt elektrolizator tutumuna uyğun olaraq hidrogen layihələri planlaşdırılır və ümumi kapital xərcləri 269 milyard dollar təşkil edir.

Elektrolizator suyu elektrik enerjisindən istifadə edərək hidrogen və oksigenə ayıran qurğudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!