25 Avqust 2024 08:50
988
SİYASƏT
A- A+
Dünyaya nümunə Şərq qadını

Dünyaya nümunə Şərq qadını

 

Milli-mənəvi-əxlaqi çalarlarla bəşəri dəyərlərin harmoniyasını nəsli-genetik kodunda, ruhunun hər zərrəsində, şəxsiyyətində, bir sözlə, bütün varlığında tam şəkildə birləşdirən nadir insanlarımıza nümunələrdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. 
Xalqımızın mənəvi dəyərlərinə bağlılığı, yüksək insani keyfiyyətləri və vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə tək Azərbaycan üçün deyil, türk və müsəlman dünyası üçün örnək şəxsiyyət olan Mehriban xanım Əliyevanın şərəfli həyat yolu hər kəs tərəfindən məmnunluqla qarşılanır. 
Ümumiyyətlə, insanın formalaşması, həyatını faydalı, xeyirli yaşaması, həqiqi xoşbəxtliyini tapmasında ailənin böyük rolunu dərk edən Mehriban xanımın milli-mənəvi dəyərlər, ailədə qadının rolu barədə fikirləri onun obrazını parlaq çalarlarla tamamlayır: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur".
Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan xalqının mədəni dəyərlərinin tanıdılması və dünya mədəniyyətinə inteqrasiya olunmasında müstəsna xidmətləri olan Azərbaycan Mədəniyyət Fondu təsis edilmişdir. Milli mədəniyyətimizin dünyada geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Mehriban xanım tərəfindən üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan və vətənimizə musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində layiq olduğu şöhrəti gətirən "Azərbaycan - İrs" jurnalı təsis edilmişdir. 
Mehriban xanım Əliyevanın Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılması ilə bağlı şəxsi mülahizələri qarşıya qoyulan məqsədlər, strategiya və taktikanın müəyyənləşdirilməsi baxımından xüsusi maraq doğurur: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".
Bu fikirlərin davamı olaraq demək olar ki, ümumən Azərbaycan xalq musiqisinin, muğamlarımızın, poeziyamızın inkişafında yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun təşəbbüsü, rəhbərliyi və hərtərəfli dəstəyi ilə keçirilmiş çoxsaylı festival və müsabiqələr, konsert və sərgilər mədəniyyətimizin təbliğində mühüm rol oynamışdır və bu gün də oynamaqda davam edir. Azərbaycan mədəniyyətinin dəyərli incisi olan muğamlarımızın yaşadılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən dəfələrlə təşkil edilmiş muğam müsabiqələrini xatırlatmaq kifayətdir. 
Mehriban xanım Əliyeva 2004-cü ildə Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ulu Öndərin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin təbliği və milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış və ötən dövrdə bir sıra milli və qlobal tarixyüklü layihələrə imza atmış Heydər Əliyev Fondunun prezidentidir. 
Bu illər ərzində fond Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə yerli əhəmiyyətli sosial problemlərin həllində, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsində, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətənpərvər ruhda yetişdirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində, milli elmin və kadr hazırlığının inkişafına, dini tolerantlığın bərqərar olmasına, hüquqi vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına real dəstək göstərilməsində, ekologiya və "yaşıl dünya"mızın xilası sahəsində addımlar atılmasında bir sıra mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda həyatından keçmiş şəhidlərin ailələri, sağlamlığını itirmiş qazilərimiz, keçmiş qaçqın və məcburi köçkünlər, ehtiyacı olan insanlar, uşaq və internat evləri, səhiyyə və təhsil ocaqları daim fondun və şəxsən Mehriban xanımın diqqət və qayğısı altında olmuşdur.
Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai fəaliyyətində ölkədə idmanın inkişafına da daim xüsusi önəm verilmişir. O, ölkəmizdə Olimpiya hərəkatının, müxtəlif idman növlərinin populyarlaşdırılmasına, ölkə idmançılarının beynəlxalq arenalarda uğurlar qazanmasına şəxsi nüfuzu və himayədar dəstəyi ilə dəyərli töhfələr vermişdir. Mehriban xanım Əliyeva 28 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. O, ölkəmizin böyük uğurla evsahibliyi etdiyi "Bakı-2015" I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də yaradılmış təşkilat komitəsinin, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin sədri kimi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlmişdir. 
Müasir müstəqil Azərbaycan Respublikası əsaslı siyasi və iqtisadi islahatların daimi xarakter daşıdığı, demokratik dəyərlərə sadiq olan dünyəvi sosial dövlətdir. Siyasi sahədə inqilabi xarakter daşıyan islahatlardan biri də 2016-cı il sentyabrın 26-da respublikamızda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referenduma əsasən, dövlət idarəçiliyində xalqın iradəsi ilə yeni təsisatın - Birinci vitse-prezidentlik institutunun yaradılması olmuşdur ki, bu da Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlaməti hesab edilə bilər. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmuşdur. Bu sərəncam həmçinin Azərbaycan xalqının öz böyük övladına etimadının, inamının daha bir göstəricisidir. Mehriban xanım bu gün təkcə birinci xanım deyil, həm də genişmiqyaslı islahatların aparılmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin olunması üzrə fəaliyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Bu və ya digər problemlərlə bağlı Mehriban xanımın xalqa müraciətləri həmişə eşidilmiş və cəmiyyət həyatına öz əhəmiyyətli təsirini göstərmişdir. 
2004-2022-ci illərdə UNESCO-nun, 2006-cı ildən bu günə kimi ICESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında gördüyü və Azərbaycanın imicinə yüksək dividendlər gətirmış xeyirxah əməlləri, yerli və xarici xeyriyyə təşkilatları, dini və vətəndaş qurumları ilə qurduğu səmimi münasibətlər və əməkdaşlıq əlaqələri Mehriban xanım Əliyevanın adını nəinki Azərbaycanın, hətta dünyanın tarixinə qızıl hərflərlə yazmışdır. 
2005-ci ildə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni, 2006-cı ildə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, 2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə Fransa Respublikasının "Şərəf Legionu" ordeni və UNESCO-nun "Qızıl Motsart" medalı, 2012-ci ildə MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Şurasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatı, 2013-cü ildə qardaş Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı", 2014-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni, 2016-cı ildə "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni, 2016-cı ildə Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu, 2017-ci ildə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, 2018-ci ildə İtaliya Respublikasının "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni, 2020-ci ildə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər ordeninin ən ali dərəcəsi - IX Piy ordeninin Böyük Xaçı, eləcə də Küveyt Krallığının, Almaniyanın, Rusiyanın, Gürcüstanın və s. bir sıra beynəlxalq təşkilatların digər ən yüksək mükafatları ilə təltif olunması, dəfələrlə ölkədə və xaricdə "İlin adamı", "İlin birinci xanımı" titullarına layiq görülməsi Mehriban xanım Əliyevanın xeyriyyəçilik, eləcə də dövlətlər və xalqlar, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın gücləndirilməsinə, dini və milli tolerantlığın, multikulturalizmin təbliğinə və təsbitinə istiqamətlənmiş səmərəli fəaliyyətlərinin dünya miqyasında möhtəşəm, tarixiləşmiş təsdiqidir. 
Mehriban xanım Əliyevanın Azərbaycan səhiyyəsinə, xalqın sağlamlığına verdiyi töhfələr də ölçüyəgəlməzdir. Bir neçə il ərzində dünyanı gərgin vəziyyətdə saxlamış COVID-19 pandemiyasına qarşı Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan və virusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində uğurlu fəaliyyətlərdə Birinci vitse-prezident, ixtisasca həkim olan Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri olmuşdır. 
Məlumdur ki, hər bir dövlətin pandemiyaya qarşı özünəməxsus mübarizə taktikası, fərdi yanaşması olmuşdur. Yalnız az sayda ölkələr, o cümlədən Azərbaycan bu mübarizədə düzgün addımlar atmış, vaxtında lazımi qərarlar qəbul etmişdir ki, bunlar da öz uğurlu nəticələrini, bəhrələrini vermişdir. 
Ölkəmizdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya ən güclü dəstək verən ictimai və dövlət xadimi məhz Mehriban xanım Əliyeva olmuşdur. Onların bilavasitə təşəbbüsü və səyləri ilə ölkə üzrə təhsil və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmiş, təkcə 2003-2023-cü illərdə paytaxtda və regionlarda 3630 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Sevindirici haldır ki, Azərbaycan təhsilini, elmini və alimlərini himayə edən Mehriban xanımın özü də alimdir və bu fakt bütün elmi ictimaiyyətimiz üçün fəxr mənbəyidir.
Məlumdur ki, 2024-cü il ölkə Prezidenti tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlər keçiriləcəkdir. Bu barədə dünya birliyi tərəfindən qəbul edilmiş yekdil qərar qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, BMT-də, Qoşulmama Hərəkatında, UNESCO və ICESCO kimi müxtəlif beynəlxalq təşkilatlarda oynadığı fəal rolun, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək şəxsi nüfuzunun nəticəsidir. 
Ulu Öndərin "yaşıl dünya" ilə bağlı siyasi kursunu uğurla davam və daha da inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində inanılmaz dərəcədə böyük işlər görülmüşdür. Mütəmadi həyata keçirilən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya"lar və fəaliyyət planları, 2010-cu ilin "Ekologiya ili" elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən ceyran, bəbir, bizon, bezoar keçisi, muflon və maralların tarixi yaşayış məskənlərində bərpa edilməsi, fondun "Hərəmiz bir ağac əkək" kimi layihələri, şəxsən Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusilə böyük vüsət almış və bütün ölkəni (həmçinin işğaldan azad edilmiş əraziləri) əhatə edən, dövlət başçısının və birinci xanımın, eləcə də onların ailə üzvlərinin fəal şəkildə iştirak etdikləri ağacəkmə kampaniyaları ekologiyanın sağlamlaşdırılması istiqamətində atılan addımlara, görülən işlərə gözəl nümunələrdir. 
Mehriban xanım Əliyevanın ölkədə gənclər siyasətinin həyata keçirilməsində rolu və xidmətləri danılmazdır. Onun Azərbaycan gəncliyinə dəstəyi, gənclərin milli-mənəvi dəyərlərə sadiq, savadlı və vətənpərvər insanlar kimi yetişdirilməsi istiqamətində fəaliyyətləri misilsizdir. 
Azərbaycanın yeni tarixinin ən möhtəşəm səhifələrinin yazılmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri özünü 44 günlük Vətən müharibəsi dövründə də bariz şəkildə göstərmişdir. Azərbaycanın Birinci xanımı Müzəffər ordumuzun Ali Baş Komandanı ilə çiyin-çiyinə verərək Böyük Zəfər naminə əlindən gələn hər şeyi etmişdir. Mehriban xanım hər zamankı kimi Vətən oğullarının yanındaydı, onlara övladım, qardaşım deyə müraciət edirdi və döyüşçülər bu doğma münasibəti hiss edirdilər. 
Mehriban xanım Əliyeva Böyük Zəfərdən sonra işğaldan azad edilmiş əraziləri Ali Baş Komandanla birgə qarış-qarış gəzmiş, Qarabağın bərpası və Böyük qayıdış üçün bir sıra önəmli layihələrin əsasının qoyulmasında iştirak etmişdir. Mehriban xanımın cənab Prezidentlə birgə Şuşadan və digər bölgələrdən dünyaya verdiyi mesajlar, şəxsən özünün təşəbbüsü ilə həyata keçirilmiş və düşmənə gözdağı olan uğurlu tədbirlər, məsələn, Şuşada və son zamanlar həmçinin Xankəndidə mütəmadi təşkil edilən forumlar, festivallar, konsertlər, sərgilər, tarixi abidələrin, məscid və digər müqəddəs inanc və ibadət yerlərinin, ziyarətgahların yüksək şəkildə bərpasına, konservasiyasına və yenidən qurulmasına sərf etdiyi zəhmət, onun təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələr, şəhidlərimizin xatirəsi və qazilərimizin şəfası üçün gördüyü işlər onu xalqımızın gözündə ucaltdıqca ucaltmışdır. 
Mehriban xanım Əliyevanın Azərbaycan xalqı və dünya birliyi qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Onun bu günə qədər beynəlxalq səviyyədə aldığı orden və medalların, fəxri adların bir qismi yuxarıda sadalanmışdır. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı həmçinin Azərbaycanın "Heydər Əliyev mükafatı", Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninə, Rusiya Federasiyasının "Dostluq" ordeninə, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru diplomuna və onlarca digər təltif və mükafatlara, fəxri adlara layiq görülmüşdür.
Şəxsiyyətində, amallarında və əməllərində mübarizliyi və əxlaqı, diplomatiyası və müdrikliyi, səmimiyyəti və mərhəməti ilə sevilən Mehriban xanım Əliyeva haqlı olaraq, bütün müsəlman və Şərq dünyasının fenomenal qadın-lider simvoluna çevrilmişdir. 

İradə HÜSEYNOVA, 
AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 

01:51
20 Mart

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında

01:50
20 Mart

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:48
20 Mart

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:48
20 Mart

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" 2009-cu il 24 iyun tarixli 116 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 4 may tarixli 516 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2016-cı il 28 aprel tarixli 888 nömrəli və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:46
20 Mart

"Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Mart

Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası

01:41
20 Mart

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması ilə bağlı bəzi məsələlər haqqında

01:37
20 Mart

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:36
20 Mart

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:35
20 Mart

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

01:34
20 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləği”nin təsdiq edilməsi barədə” 2012-ci il 11 may tarixli 112-12 nömrəli və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 321-16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2018-ci il 27 aprel tarixli 179-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 390 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:33
20 Mart

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:32
20 Mart

Azercell abunəçilərinin nəzərinə

01:31
20 Mart

Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb  

23:33
19 Mart

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib

23:32
19 Mart

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

22:15
19 Mart

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

21:06
19 Mart

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

21:03
19 Mart

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır

21:00
19 Mart

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır

20:23
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!