24 İyul 2025 08:35
555
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizinin açılması artıq regional maraqlar çərçivəsindən çıxıb

Zəngəzur dəhlizinin açılması artıq regional maraqlar çərçivəsindən çıxıb


İndi bu dəhlizin işlək olmasının beynəlxalq əhəmiyyəti daha çoxdur 


Müasir dünyada məhsulu qlobal bazara çıxarmaq onu istehsal etmək qədər çətindir. Bazar tapmaq, həmin bazara aparan təhlükəsiz, sürətli və sərfəli ticarət marşrutu seçmək elə də asan deyil. 

Bu gün həmin səbəblər üzündən Çinin ABŞ-nin nəzarətində olan okean və dənizlər üzərindən yan keçən "Bir kəmər, bir yol" layihəsinə maraq çoxdur. Çünki bu marşrut təhlükəsizlik və məsafə baxımından daha əlverişlidir. O üzdən layihənin icrası üçün Çin milyardlarla dollar vəsait xərcləyir ki, dəhlizin yükötürmə imkanları daha da genişlənsin. Amma Qərb də dinc durmur, ÇXR-in istehsal və ixracını azaltmaq üçün tədbirlər görür və həmin tədbirlər hesabına Çini nəzarətə götürmək istəyir. ABŞ-nin  gömrük rüsumlarını artırması, Avropanın güzəştlər tələb etməsinin səbəbi də budur. 

Amma dünyanın nüfuzlu ekspertləri də qeyd edirlər ki, artıq ÇXR-in qarşısını iqtisadi həmlələrlə almaq mümkün deyil. Olsa-olsa buna Çinə ixracda problemlər  yaratmaqla mümkündür. O səbəbdən Çin bəri başdan əks-həmləyə keçib. "Bir kəmər, bir yol" layihəsi həmin əks-həmlələrin əsas bəndidir. 

Layihənin əsas marşrutu Orta dəhliz və Azərbaycan Şərq-Qərb ticarət yolunda qovşaq ölkə olduğundan Çin Azərbaycanla iqtisadi, tranzit və siyasi əlaqələrə üstünlük verir. Ümumiyyətlə, Çin bu qlobal ticarət marşrutunun tranzit imkanlarını artırmaq üçün tərəfdaş ölkələrlə əlaqələrini daha da dərinləşdirir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovun "Çin Dəniz Yolları" Dövlət Korporasiyasının prezidenti Sun Syudla keçirilən son görüşündə iki ölkə arasında logistika əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə edilməsinin də səbəblərindən biri bu istəkdir. O ki, qaldı Zəngəzur dəhlizinə, onun açılmasının Orta dəhlizin beynəlxalq əhəmiyyətini daha da artıracağı şübhəsizdir. Odur ki, Çin Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanla birgə çalışır. III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bu barədə çinli jurnalistin sualını cavablandırarkən belə demişdir: "Nəqliyyat-logistika layihələri ilə bağlı dediyim kimi, Çin Xalq Respublikası tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən Azərbaycana və daha sonra beynəlxalq marşrutlar üzrə yük axınlarının həcminin artmasına şərait yaradacaq". 

Bu yerdə qeyd edək ki, ÇXR təkcə Orta dəhliz keçən ölkələrlə logistika sahəsində əməkdaşlıq etmir, həmçinin iqtisadi sahədə daha geniş əməkdaşlıq etmək üçün investisiya qoyuluşunu artırır. Məlumat üçün bildirək ki, Çin şirkətləri bu ilin ilk 6 ayında "Bir kəmər, bir yol" layihəsində iştirak edən ölkələrlə rekord məbləğdə - 124 milyard dollarlıq müqavilələr imzalayıblar. Bu, ötən ilin ümumi məbləğindən (122 milyard dollar) çoxdur. Cari ilin yanvar-iyun aylarında ümumilikdə 176 yeni saziş imzalanıb. Onlardan bir neçəsi dəyəri 10 milyard dollardan çox olan meqasazişlərdir. Bunlardan əlavə, 6 ayda Çin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına 25 milyard dollar sərmayə qoyub. Qazaxıstan Çinin tərəfdaşları arasında ən çox investisiya alan ölkə olub. "Bir kəmər, bir yol" layihəsi çərçivəsində bu ölkəyə yatırılan investisiyaların həcmi 23 milyard dollar təşkil edib. 

Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılmasına qarşı xaricdəki müəyyən dairələrlə yanaşı, revanşist erməni müxalifəti də çıxır. Onlar erməni xalqını "Zəngəzurun Azərbaycana qaytarılması və bura 300 min soydaşımızın köçürülməsi" ilə qorxudurlar. Ermənistan parlamentinin keçmiş üzvü, qatı anti-azərbaycançı Naira Söhrabyan Əbu-Dabi görüşündə "artıq bununla bağlı iki ölkə arasında razılıq olduğunu" da bildirir. Erməni politoloq Artur Xaçikyan isə daha irəliyə gedərək "azərbaycanlıların Zəngəzura qayıtması üçün 60 kəndin boşaldılacağını" deyir. 

Bəs, Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti nədir ki, erməni revanşistlər ondan belə qorxurlar. Məlumdur ki, bu gün dünyanın üç qlobal marşrutundan ikisi problemlidir. Çin-Rusiya-Avropa marşrutu Rusiya-Ukrayna müharibəsi üzündən bağlanıb. Qırmızı dəniz və Süveyş kanalı üzərindən keçən dəniz marşrutu isə husilərin ticarət gəmilərini atəşə tutması nəticəsində demək olar ki, fəaliyyət göstərmir. Ona görə də Orta dəhliz hazırda ən təhlükəsiz qlobal ticarət marşrutu kimi fəaliyyət göstərir və hadisələrin gedişi göstərir ki, əsas ağırlıq qarşıdakı illərdə bu dəhlizin üzərinə düşəcək. Zəngəzur dəhlizinin açılması isə artan tranzit yüklərin maneəsiz və tez çatmasında önəmli rol oynaya bilər. Prezident İlham Əliyev Özbəkistan Æurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektorunun Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırarkən demişdir: "Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq... Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda əsas nəqliyyat marşrutu olacaq".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!