15 Yanvar 2026 18:04
488
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 


Ötən il beşinci ildönümünü qeyd etdiyimiz tarixi Zəfərimiz təkcə torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşmadı, eyni zamanda, regionda və bütövlükdə Türk dünyasında uzunmüddətli strateji nəticələrə yol açan yeni reallıqlar yaratdı. Şübhəsiz ki, bu reallıqların ən mühüm və həlledici elementlərindən biri Zəngəzur dəhlizidir”.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri bildirib.

“Bu gün regionda təhlükəsizlik, iqtisadi səmərəlilik və qarşılıqlı fayda prinsipləri əsasında formalaşan böyükmiqyaslı layihələrdən danışırıqsa, həmin layihələrin mərkəzində məhz Zəngəzur dəhlizi dayanır. Bu dəhlizin qlobal ticarət və beynəlxalq nəqliyyat qovşaqları baxımından əhəmiyyəti ekspertlər tərəfindən dəfələrlə vurğulanıb. Mən isə məsələyə daha çox Türk dünyasının gələcəyi və strateji maraqları prizmasından yanaşmaq istərdim.

İlk növbədə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması Türk dünyası ölkələri arasında uzun illər sonra birbaşa quru əlaqənin bərpası deməkdir. Yəni, bu, təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru əlaqənin təmin olunması anlamına gəlmir, eyni zamanda, Mərkəzi Asiya ilə Türkiyə arasında, dolayısı ilə bütün Türk dünyasının bir ucundan digər ucuna qədər uzanan vahid nəqliyyat və kommunikasiya xəttinin formalaşması deməkdir. Məhz bu baxımdan Zəngəzur dəhlizini Türk dünyasının “qızıl damarı” adlandırmaq olar”, - deyə Nadir Azəri vurğulayıb.

N.Azəri qeyd edib ki, Zəngəzur dəhlizi yalnız siyasi inteqrasiyanı gücləndirmir, eyni zamanda, Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır: “Bu dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi gücünü daha da artıracaq, mövcud marşrutlara alternativ, daha qısa və etibarlı logistika xətti formalaşdıracaq. Nəticədə Türk dövlətləri Avropa ilə Asiya arasında tranzit mərkəzinə çevrilərək qlobal ticarət zəncirlərində daha güclü mövqe qazanacaqlar. Eyni zamanda, enerji, yükdaşımalar və istehsal zəncirləri sahəsində yeni investisiya axınları üçün cəlbedici iqtisadi mühit yaranacaq. Bütün bunlar Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq iqtisadi çəkisini artırmaqla yanaşı, üzv ölkələrin uzunmüddətli dayanıqlı inkişafına da mühüm töhfə verəcək. Həmçinin Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldaraq ticarətin sürətini və həcmini artıracaq”.

CASCFEN sədrinin sözlərinə görə, Zəngəzur dəhlizinin Türk Dövlətləri Təşkilatı üçün başqa bir önəmi də var: “Bəlli olduğu kimi, Pakistan da TDT-yə maraq göstərir və TDT+ formatında təmsil olunacaq. Zəngəzur dəhlizi Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) kimi layihələrlə inteqrasiya olunaraq Pakistan və Orta Asiya üçün daha geniş iqtisadi imkanlar açacaq. Deməli bu dəhliz həm də Pakistanı TDT-yə daha da yaxınlaşdıracaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:30
08 Fevral

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

12:39
08 Fevral

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

12:17
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar  

11:17
08 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:03
08 Fevral

Gəncənin Şah Abbas məscidini ziyarət

10:55
08 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:45
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

10:13
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar  

10:01
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

09:01
08 Fevral

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!