30 Avqust 2025 08:20
668
SİYASƏT
A- A+
Zəngəzur dəhlizi türk dünyasını daha da gücləndirəcək

Zəngəzur dəhlizi türk dünyasını daha da gücləndirəcək


Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində ölkəmizin xarici siyasət kursu ilə bağlı mühüm məsələlər yer alıb. Regionda baş verən proseslər və ikitərəfli münasibətlərlə bağlı önəmli fikirlər səsləndirən Prezident İlham Əliyev türk dövlətləri ilə əməkdaşlığa da diqqət çəkərək qeyd edib ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. 

"Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır", - deyə dövlət başçısı vurğulayıb.  

Milli Məclisin deputatı Zaur Şükürov qəzetimizə açıqlamasında bildirib ki, son illər Azərbaycanın türk dövlətləri ilə istər ikitərəfli formatda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrində intensivlik müşahidə edilməkdədir. Ortaq kök, dil, mədəniyyət, xüsusilə də təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost əlaqələrin mövcud olması, həmçinin coğrafiya və zəngin təbii ehtiyatlar kimi mühüm faktorlar üzv ölkələr arasında siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafına imkan verir. "TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi vacib müddəaları ehtiva edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin praqmatik, uzaqgörən, prinsipial və müstəqil xarici siyasət kursu, ikitərəfli və çoxtərəfli münasibətlərdə daim beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə və ədalətə, qarşılıqlı hörmətə əsaslanan mövqeyi Azərbaycanla türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Xüsusilə də, dövlətimizin başçısının böyük liderliyi və sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində  2020-ci il Vətən müharibəsi və 2023-cü ildə 24 saatdan az müddətdə gerçəkləşdirilən antiterror tədbiri ilə özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa edərək, son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə olan Azərbaycana inam və etimad daha da artıb, istər ikitərəfli, istərsə də regional əməkdaşlıq və inkişaf üçün geniş imkanlar açılıb", - deyə o bildirib. 

Deputat qeyd edib ki, məhz bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycanla türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı mühüm razılaşma əldə edilməsi türkdilli ölkələr arasında coğrafi əlaqənin bərpa olunmasına imkan verməklə yanaşı, ümumilikdə türk dövlətlərinin inteqrasiyası prosesində əhəmiyyətli rol oynayacaq. Bütün sadalanan amillər ümumi ailəmiz olan türk dünyasının gələcəkdə daha qüdrətli və nüfuzlu siyasi və iqtisadi güc mərkəzinə çevriləcəyini deməyə əsas verir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!