29 Avqust 2025 08:15
486
SİYASƏT
A- A+
Zəngəzur dəhlizi (TRIPP) sülhə və əməkdaşlığa xidmət edəcək

Zəngəzur dəhlizi (TRIPP) sülhə və əməkdaşlığa xidmət edəcək


Azərbaycanın daha bir prioriteti həyata vəsiqə alır


Azərbaycanın milli prioritetlərindən biri Zəngəzur dəhlizinin (TRIPP) yaradılması, ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Bu məsələ hələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb və Ermənistan regionda kommunikasiyaların açılması ilə bağlı üzərinə öhdəliklər götürüb.


İllər öncə qarşıya qoyulmuş milli hədəf


Avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, ABŞ prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması ilə bağlı razılıq əldə olunub və bu, görüşün nəticələrinə dair imzalanmış Birgə Bəyannamədə öz əksini tapıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı məsələlərə bir daha aydınlıq gətirib. 

Ümumiyyətlə, Prezident İlham Əliyev Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə nəqliyyat əlaqələrinin yaradılmasını Vətən müharibəsindən illər əvvəl Azərbaycanın milli marağı kimi müəyyən edib. Hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev bununla bağlı demişdi: "Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk". 

Vətən müharibəsindən sonra isə Zəngəzur dəhlizi (TRIPP) əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın milli prioritetinə çevrilib. Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistanın bu məsələ ətrafında spekulyasiyalarına, bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq, bu tələb Ermənistan tərəfindən qəbul olunub. Belə ki, ABŞ-də avqustun 8-də imzalanmış bəyannamədə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması ilə bağlı müddəanın yer alması da respublikamızın milli maraqlar müstəvisində qarşıya qoyduğu prinsipial hədəfinə çatması deməkdir. "Tramp yolu" adlanmasına baxmayaraq, söhbətin Zəngəzur dəhlizindən (TRIPP) getdiyi aydındır. Beləliklə, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata vəsiqə almaq üzrədir.


Qitələri birləşdirəcək dəhliz


Zəngəzur dəhlizinin (TRIPP) açılması, ilk növbədə, Naxçıvan Muxtar Respubilkasının blokadadan çıxmasını təmin etməklə, onun sosial-iqtisadi inkişafına xüsusi təkan verəcək, Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Yeni yollar, dəmir yolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq.

Digər tərəfdən, Zəngəzur dəhlizi (TRIPP) daha geniş anlamda yeni regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyacaq. Belə ki, Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun nəqliyyat xəritəsinə dəyişikliklər edəcək, bir çox ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək. Dəhlizin keçdiyi hər bir ölkənin tranzit ixrac imkanları artacaq, onun dünya iqtisadiyyatına daha geniş şəkildə inteqrasiyası baş verəcək. "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində "Bu gün Orta dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq", - deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Zəngəzur dəhlizi (TRIPP) qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq. 

Zəngəzur dəhlizi (TRIPP) təkcə "Şərq-Qərb" deyil, həm də "Şimal-Cənub" nəqliyyat dəhlizi olacaq. "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Prezident İlham Əliyev bunun izahını verib: "Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar".

Bununla da "Şimal-Cənub" marşrutunun imkanları daha da artacaq və bu, bütün region ölkələrinin maraqlarına cavab verəcək. 

Azərbaycan dövləti öz ərazisində Zəngəzur dəhlizinin (TRIPP) seqmentlərini təşkil edəcək nəqliyyat layihələrinin icrasını sürətlə davam etdirir. Zəngilan istiqamətində dəmir yolunun inşası uğurla davam edir və gələn il başa çatdırılması nəzərdə tutulur. Həmçinin Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturu tam müasirləşdiriləcək. Bir neçə gün əvvəl isə Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanla sərhəd) tikintisinə başlanılıb. Bu yolun çəkilişinə başlanılması da Zəngəzur dəhlizinin (TRIPP) həyata keçirilməsinə xidmət edir.

Dəhlizin açılması Cənubi Qafqazın tarixində mühüm hadisə olacaq. Əməkdaşlığa və sülhə xidmət edəcək dəhlizin işə düşməsi həm də regionun hər bir dövləti üçün yeni çağırışlar formalaşdıracaq. Azərbaycan üçün bu, yalnız sıradan nəqliyyat infrastrukturu deyil, həm də regional və qlobal mövqelər baxımından respublikamız üçün yeni bir mərhələnin başlanmasıdır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!