05 Noyabr 2022 01:58
7092
SİYASƏT
A- A+
Zəfər bayramı - təqvimimizin qızıl hərflərlə yazılmış tarixi

Zəfər bayramı - təqvimimizin qızıl hərflərlə yazılmış tarixi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan  Zəfər möhtəşəm və qürurludur. 
 Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir. 
Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur!
Ən əsası isə bu sevincdən hamıya eyni dərəcədə pay düşməsidir. Bu, həmrəyliyimizin, birliyimizin gücünün yaratdığı nəticənin sevincidir. Azərbaycan Ordusunun qələbəsi tariximizi böyütdü, qətiyyətimizi artırdı. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, qürurlu edən qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq. 
Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda "Dəmir yumruq" kimi birləşdirdi. Elə-obaya, vətənin torpağına-daşına, suyuna, aranına-dağına sonsuz sevgi və məhəbbətimizi nümayiş etdirdi. Böyük Qələbə torpaq uğrunda gözünü qırpmadan özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu. Xalqımızın ölkə rəhbərinə olan sevgisini, inamını, etimadını daimi yaşadan Qələbə oldu. Zəfər günü Azərbaycan xalqının və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandana əbədi minnətdarlıq bayramıdır.  
Belə bir məşhur deyim var: ordu güclü olsa da, ona rəhbərlik edən sərkərdə zəifdirsə, həmin ordu məğlub olacaq. Əgər sərkərdə güclü və qətiyyətlidirsə, o zaman ordu qalib gələcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan "münaqişənin hərbi həlli yoxdur" tezisinin yanlış olduğunu sübuta yetirdi.
8 noyabr 2020-ci il, Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür.
Mədəniyyətimizin, ruhumuzun paytaxtı olan Şuşa 28 il yarımdan sonra öz sahibinə qovuşdu, ayrılığa son qoyuldu. Azərbaycan igidləri dünyanın müharibələr tarixində yeni bir misilsiz hadisəyə çevrilən qəhrəmanlıqları ilə ümidlərimizi, arzularımızı, Şuşa xəyallarımızı gerçəkləşdirdilər.
Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi. Rəşadətli ordumuzun qarşısında diz çökən düşmənin Azərbaycan Prezidentinin Vətən müharibəsinin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və öz kapitulyasiyasını müəyyən edən bəyanatı imzalamağa məcbur oldu. "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini Zəfərimizin rəmzinə çevirən Ali Baş Komandan İlham Əliyevin qürurla səsləndirdiyi bu ifadə həyatda öz təsdiqini tapdı. 
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti ilə bütün təzyiqlərə məharətlə sinə gərdi, ölkəmizə qarşı informasiya blokadasını yardı, müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Nümayişkaranə şəkildə düşmənin mövqeyini dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrinin təmsilçilərinin ən qərəzli suallarına belə qətiyyətli cavab verməkdən yayınmadı. Azərbaycan Prezidenti nə dərəcədə hazırlıqlı və uzaqgörən olduğunu göstərməklə yanaşı, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirlərlə, ölkəmizin haqlı olduğunu konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Ali Baş Komandan xalqını milli hədəflərinə yetirdi, ona imzasını atdı. 
Azərbaycan Prezidentinin qədim yaşayış məskənlərimiz olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan belə diplomatik yolla düşmən tapdağından azad etməsi isə dünya tarixində nadir hallarda rast gəlinən möhtəşəm uğurlardandır. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Qurulan təkmil idarəetmə sistemi, dövlət başçısı tərəfindən həyata keçirilən düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım Zəfərə yaxınlaşdırırdı.
Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir. 
Ölkə Prezidentinin 17 il ərzində yürütdüyü müdrik daxili və xarici siyasətin töhfəsi qalib, qüdrətli Azərbaycan oldu. Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya - bizə dəstək olan və olmayan hər kəs Azərbaycanı qalib ölkə kimi tanıdı.
Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında mühüm rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində yaxından iştirak edir. Vaqifin Şuşadakı məqbərəsinin bərpası, "Xarı-bülbül" festivalı, "Vaqif Poeziya Günləri", mədəni irsin bərpası artıq bu torpaqlarda insanlar üçün layiqli həyata, yeni bir başlanğıca doğru işıqlı yol deməkdir. Ölkəmiz indi regionun inkişafında, təhlükəsizliyində, sülh içində yaşamasında maraqlı olan hər kəsi inkişafa doğru səsləyir.
Azərbaycan bölgədə sülh tərəfdarıdır!

Adil VƏLİYEV,
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!