03 Aprel 2022 00:24
7209
Elm və texnika
A- A+
Zanbağın vətəni

Zanbağın vətəni

 

Zanbaq qədim zamanlardan Aralıq dənizi ətafında yetişib, sonra dünyaya yayılıb. 4 minə qədər növü olan bu gül Azərbaycanda əsasən ev şəraitində bəzək bitkisi kimi becərilir. Zanbağın digər adı tülpandır. Tülpan fars sözü olub, “türban” mənasına gələn “toliban”dan götürülüb. Zanbaqlar inamın simvolu hesab olunur.

 Məlumatlara görə, zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilərək adına lalə deyilib. Türk sultanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açar, hər il buna həsr olunan bayram mərasimləri keçirilərmiş.

XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq alınıb Vyanaya gətirilir. Qısa müddətdə çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniyada, sonradan isə Amerikada məşhurlaşır.

Hər bahar İstanbulun Əmirgan parkında lalə (zanbaq) festivalı keçirilir. Festival vaxtı 300 min kvadratmetrdən artıq olan parkın ərazisində zanbaqların müxtəlif növlərinin sərgiləndiyi gözəl və orijinal çiçək ləkləri quraşdırılır.

2014-cü ildə Ottavada dünyada ən böyük zanbaq festivalı keçirilib. Bu festival 1953-cü ildən Ottavada qeyd olunur. Festivalın keçirilmə səbəbi tarixi hadisəyə əsaslanır. Niderlandın kral ailəsi İkinci Dünya müharibəsi illərində almanlardan qaçıb Kanadada sığınacaq tapır. Şahzadə Marqrit 1943-cü il yanvarın 19-da Ottava xəstəxanalarından birində anadan olur. Onun Niderland taxt-tacına hüququnu qoruyub saxlamaq üçün Kanada hökuməti Marqritin anadan olduğu palatanı xüsusi fərmanla Niderland ərazisi elan edir.

1945-ci ildə Amsterdama gələn, daha sonra kraliça elan edilən şahzadə Yuliana minnətdarlıq əlaməti olaraq Kanadaya 100 min zanbaq soğanağı göndərmək sərəncamı verir. Beləcə bu ənənə yaranır və hər il hollandlar Kanadaya on minlərlə zanbaq soğanağı hədiyyə edirlər. Buna görə may ayında Ottavada zanbaq festivalı keçirilir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

16:49
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

16:18
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 0,7 fazi artıb

15:56
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!