14 May 2026 15:59
123
DÜNYA
A- A+
Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 


Pekin bildirib ki, Tayvan məsələsi iki ölkə arasında sabit münasibətlərin əsas amil olaraq qalır


ÇXR Sədri  Si Cinpin Amerika lideri Donald Trampla görüşdə bildirib ki,  Çin və ABŞ arasında Tayvanla bağlı münaqişə yarana bilər. Lakin bu  xəbərdarlığa baxmayaraq, Çin Prezidenti iki ölkənin tərəfdaş kimi qalmalı olduğuna əminliyini ifadə edib. Bu barədə CNN telekanalı xəbər verir.

Əgər Tayvana "səhv münasibət göstərilərsə", Çin və ABŞ arasında toqquşmalar və hətta münaqişələr yaranacaq və bu da istənilən münasibəti təhlükəyə atacaq. Bunu Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşdə bildirib.

Pekinin mərkəzinə çatdıqdan sonra Tramp və Si  hərbi paradda iştirak ediblər və  Çin parlamentinin binası olan Böyük Xalq Zalına daxil olublar.

ABŞ Prezidenti çıxışında deyib: "Sizin dostunuz olmaqdan şərəf duyuram və Çin ilə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq.  Biz yaxşı yola gedirik. Çətinliklərimiz olub, amma onları dəf etmişik. Bəzi insanlar bunu bilməyə bilər, amma problemlərimiz olanda onları çox tez həll etmişik. Mən sizə zəng etmişəm, siz də mənə zəng etmisiniz. Hamıya deyirəm ki, siz böyük lidersiniz".Si Cinpin öz növbəsində bildirib ki, "bütün dünya görüşümüzü izləyir. Dəyişikliklər planetdə getdikcə artan templə baş verir, bir əsrdə baş verməyən dəyişikliklər olur və beynəlxalq vəziyyət daim dəyişir və gərgin olaraq qalır". Si həmçinin ABŞ və Çinin "Fukidid tələsi"ni dəf edə biləcəyinə ümid etdiyini bildirib."Fukidid tələsi" - qədim yunan tarixçisi və sərkərdəsi  Fukididin adını daşıyan bu termin ənənəvi olaraq güclü bir ölkənin rəqabətə və münaqişəyə səbəb olan yeni bir gücdən qorxmasını ifadə edir. Hazırda amerikalı politoloq Qrem Allison tərəfindən populyarlaşdırılan, yeni, yüksələn bir gücün mövcud böyük bir dövləti beynəlxalq hegemon kimi əvəz etmək təhlükəsi ilə üzləşdiyi zaman müharibəyə meylliliyi təsvir etmək üçün bir deyimdir. Bu termin, əsasən ABŞ ilə Çin arasında potensial münaqişəni təsvir etmək üçün istifadə olunur .Sonra Çin lideri soruşub: "Qlobal problemləri həll etmək və dünyaya daha çox sabitlik gətirmək üçün birlikdə işləyə bilərikmi? Dünyamızın, iki xalqımızın və bəşəriyyətin gələcəyinin maraqları naminə ikitərəfli münasibətlərimiz üçün daha parlaq bir gələcək qura bilərikmi?"

Çin prezidenti iki ölkənin "rəqib yox, tərəfdaş" kimi davranmalı  olduğuna əminliyini ifadə edib, çünki bu, təkcə hər iki tərəfə fayda vermir, həm də "bütün dünya üçün fayda" deməkdir.

Sinhua agentliyinin məlumatına görə, Donald Tramp və Si Cinpin arasında danışıqlar iki saatdan bir qədər az davam edib. Tesla və Apple də daxil olmaqla bir neçə aparıcı Amerika şirkətinin rəhbərləri də görüşdə  iştirak ediblər.

Tramp-Si danışıqlarının əsas mövzularından birinin ABŞ və İsrailin İranla müharibəsidir. ABŞ dövlət katibi Marko Rubionun dediyinə görə, Vaşinqton Hörmüz boğazının İran tərəfindən blokadasının qaldırılmasında Çinin köməyinə ümid edir. Rubio qeyd edib ki, Pekin də bu strateji əhəmiyyətli su yolunun açılmasında maraqlıdır, çünki “Çin gəmiləri də orada ilişib qalıb”. Bundan əlavə, Çinin ixrac yönümlü iqtisadiyyatı enerji böhranının qlobal təsirindən əziyyət çəkir və bu da Çin mallarına tələbatı azaldır. 

Tramp Si Cinpinlə görüşməzdən əvvəl ondan Çin iqtisadiyyatını böyük Amerika texnologiya şirkətlərinə "açmasını" xahiş edəcəyini bildirib. O, əlavə edib ki, İranla bağlı "uzun müzakirə" gözlənilir, lakin münaqişəyə son qoymaq üçün Pekinin köməyinə ehtiyacı olmadığını vurğulayıb.

Çin liderinin həmçinin ABŞ-ni Tayvana silah satışını dayandırmağa çalışacağı gözlənilir.  Onun dediyinə görə, Tayvan boğazında sülhün və sabitliyin qorunması iki ölkənin "ən böyük ortaq marağı"dır. O, Tayvan məsələsinin ABŞ-Çin münasibətlərində əsas məsələ olduğunu qeyd edib.

Çin lideri bildirib ki, bu məsələnin düzgün idarə olunması ilə münasibətlər sabit qala bilər, lakin əks halda "ikitərəfli əlaqələri ciddi şəkildə təhlükə altına salacaq münaqişələr mümkündür".

Si həmçinin "Tayvanın müstəqilliyi" və Tayvan boğazında sülhün "od və su kimi" bir araya sığmadığını bildirərək, ABŞ-nin son dərəcə ehtiyatlı yanaşmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Pekin ötən ilin oktyabr ayında ölkələrin bir-birinin mallarına tarifləri artırmağı dayandırdığı zaman Vaşinqtonla ticarət müharibəsində atəşkəsin uzadılmasında maraqlıdır.

BBC qeyd edir ki, Pekinə eniş edərkən Trampı ölkənin ən yüksək vəzifəli şəxslərindən biri olan vitse-prezident Han Çjen qarşılayıb. Onun uçuş-enmə zolağında olması Çin tərəfindən hörmət əlaməti hesab edilir. 

Axşam saatlarında dövlət ziyafəti keçirilib. Cümə günü Tramp Çin liderlərinin yaşadığı və işlədiyi Pekindəki eyniadlı gölün sahilində yerləşən Çjunnanhay məhəlləsinə gedəcək. Bu səfər zamanı onların Si Cinpinlə şəkil çəkdirməsi, həmçinin daha bir ikitərəfli görüş və işgüzar nahar etməsi gözlənilir. Daha sonra Donald Tramp rəsmi vida mərasimi üçün hava limanına yollanacaq və bundan sonra Amerika Prezidentinin təyyarəsi ABŞ-yə geri uçacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 0,7 fazi artıb

15:56
14 May

Hindistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 89-a çatıb

15:44
14 May

WUF13 loqosunda Bakının tarixi və müasir siması əks olunub VİDO

15:37
14 May

Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindiricı haldır  

15:22
14 May

Ölkə miqyasında həyata keçirilən WUF13 Festivalı başa çatıb

15:21
14 May

Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub

15:20
14 May

Azərbaycan–Rumıniya strateji tərəfdaşlığı mədəniyyət vasitəsilə güclənir

15:12
14 May

Kiyevə hava zərbəsi nəticəsində hündürmərtəbəli yaşayış binası çöküb - AZƏRTAC-ın hadisə yerindən reportajı 

15:09
14 May

“MET Group”: Avropanın qaz gələcəyi Azərbaycan da daxil olmaqla daha çox mənbəyə əsaslanacaq  

14:53
14 May

Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib

14:42
14 May

Xarici investorlar Qarabağa sərmayə yatırmağa maraq göstərirlər - 39 ölkədən müraciətlər daxil olub

14:34
14 May

Neft-qaz sektoru üzrə 14 milyard manatdan çox sənaye məhsulu istehsal edilib  

14:27
14 May

Ekvador təmsilçisi: Bilik mübadiləsini və sülh mədəniyyətini inkişaf etdirməliyik

14:12
14 May

Özbəkistan təmsilçisi: Qlobal Cənub QHT Platforması qlobal vətəndaş cəmiyyəti üçün ümid işığıdır  

14:01
14 May

DMX WUF13 ilə əlaqədar ölkəyə səfər edən şəxslərə müraciət edib

13:51
14 May

Rumıniya mediası: Formula 1 Azərbaycan Qran-Prisi üçün xüsusi proqram hazırlanıb  

13:46
14 May

Dörd ayda sənaye sektorunda 21 milyard manatlıq məhsul istehsal edilib

13:36
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!