03 Aprel 2024 16:01
379
İDMAN
A- A+

Yunis Hüseynov: “Neftçi”də transfer siyasəti yanlış aparılıb

 

“Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov komandanın Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyundakı çıxışından narazı qalıb.
59 yaşlı mütəxəssis "Report"a açıqlamasında qarşılaşmanı tribunadan izlədiyini bildirib. O, Bakı klubunun futbolçularının məğlubiyyəti asanlıqla qəbul etdiklərini deyib: “Neftçi” adına biabırçı oyun oldu. Meydana iddiasız komanda kimi çıxırlar. Futbolçulara başa salmayıblar ki, Azərbaycanın ən öndə gedən, tarixi komandasına gəliblər? Dünən meydana sanki gəzməyə çıxmışdılar. 90 dəqiqə ərzində qapıya cəmi iki zərbə vura bildilər. Bu məğlubiyyətlə belə rahat razılaşdıqlarını başa düşə bilmirəm”.
Mütəxəssisin fikrincə, “Qarabağ” dünənki görüşdə daha çox qol vura bilərdi: “Qarabağ” fəxrimizdir, Avropa arenasında ölkəmizi layiqincə təmsil edir. Ancaq bu o demək deyil ki, “Neftçi” onlara qarşı belə zəif çıxış etməlidir. “Qarabağ” sanki “Neftçi” önündə məşq edirdi. Ağdam komandası istəsəydi, 7-8 qol vurardı”.
1984-1998-ci illərdə “ağ-qaralar”ın formasını geyinən Yunis Hüseynov klubda transfer siyasətinin yanlış aparıldığını söyləyib: “Kubok da bir tituldur və avrokuboklara vəsiqə uğrunda ən qısa yoldur. Belə oyunla “Neftçi” çempionatda heç ikinci yeri də tuta bilməyəcək. Etiraf edək ki, rəhbərlik komandaya hər cür şərait yaradır, maddi baxımdan sıxıntı yaşamalarına imkan vermir. Lakin transfer siyasəti yanlış aparılıb. “Qarabağ”ın heyətinə fikir verin, necə oyunçular seçib gətiriblər. “Neftçi” belə səviyyədə futbolçular gətirə bilməz? Bunun üçün maddi imkanları da var. Amma ardıcıl iki ötürmə verməyi bacarmayanları bir araya yığıblar”.
Veteran futbolçu paytaxt təmsilçisinin monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin də ümidləri doğrultmadığı qənaətindədir: “Bojoviç hələ bura gələndə demişdim ki, onu tanımıram. 18 ildə 20 komanda dəyişən mütəxəssisdir, düz-əməlli nəticəsi də olmayıb. Moskva “Lokomotiv”inin prezidenti də çıxışında bildirmişdi ki, o, “Neftçi”yə uğur qazandıra bilməyəcək. Bojoviç məgər azərbaycanlı məşqçilərdən yaxşıdır? Onun rəhbərliyi altında komanda zəif çıxış edir, nə taktika bilinir, nə oyun üslubu. “Neftçi”nin sabiq futbolçusu kimi dünənki oyun yadıma düşdükcə əsəbiləşirəm. “Neftçi” belə sıradan komandaya çevrilməməlidir”.
Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında cavab oyunu aprelin 24-də keçiriləcək.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video