31 Avqust 2024 19:26
120
SİYASƏT
A- A+

Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur

 

Müstəqil Dövlətlər Birliyinin ümumi missiyasına daxil olan beynəlxalq müşahidəçilər qrupumuz artıq kifayət qədər uzun müddətdən bəri Azərbaycanda seçki prosesinin dərk edilməsi üzrə işə başlayıb. Əvvəlcə biz hüquqi rəy hazırladıq və o, Azərbaycanda seçki proseslərini tənzimləyən normativ sənədlərin qəbul edilmiş bütün ən yüksək beynəlxalq normalarına uyğun olduğunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdən sonra bildirib.

“Biz indi artıq qısamüddətli monitorinqə gəlmişik, ümumilikdə monitorinq qrupunda 40 nəfər işləyir. Həm Bakıda, həm də Azərbaycanın bölgələrində bütün seçki məntəqələrində olacağıq. Sabah səhərdən - seçki məntəqələri açılan andan biz bu işə başlayacağıq. Axşam nəticələrə yekun vuracağıq, təəssüratlarımızı bölüşmək və rəyimizi hazırlamaq üçün monitorinq qrupumuzu toplayacağıq. İlkin nəticələri artıq bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Lakin biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri etibarlı hesab etdikdən və nəticələri təsdiq etdikdən sonra rəsmi olaraq dərc edə biləcəyik”, - deyə Baş katib məlumatlandırıb.

Dmitri Kobitski göstərdikləri dəstəyə görə həm Mərkəzi Seçki Komissiyasına, həm də Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edərək deyib: “Biz çox şadıq ki, fevral ayından Azərbaycanda seçkilərin necə keçirilməsi ilə bağlı fikrimiz dəyişməyib. Hər şey necə keyfiyyətli və layiqincə təşkil olunmuşdusa, indi də belədir. Mərkəzi Seçki Komissiyası seçkilərin çox yüksək təşkilati səviyyədə keçməsi üçün əlindən gələni edir. Bunu, o cümlədən seçkilərdə namizədliyini irəli sürən partiya təşkilatları, onların rəhbərləri və qərargahları ilə keçirilən bütün görüşlərimiz də təsdiqləyir, burada Mərkəzi Seçki Komissiyasının ünvanına heç bir irad səsləndirilməyib. Bundan əlavə, bütün kütləvi informasiya vasitələrinin peşəkar işlədiyi və bütün sosial şəbəkələr vasitəsilə qara piarın olmadığı qeyd edilib, hansı ki, indi bir çox ölkələrə xasdır. Azərbaycanda bunun qarşısının alınmasına gözəl nail olunur”, - deyə MDB PA-nın nümayəndəsi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video