24 Avqust 2025 08:10
590
SİYASƏT
A- A+
Yüksəksəviyyəli görüş münasibətlərin inkişafına yeni impuls verəcək

Yüksəksəviyyəli görüş münasibətlərin inkişafına yeni impuls verəcək

 Azərbaycan, Türkmənistan, Özbəkistan respublikaları eyni etnik kökləri, eyni dili və dini, oxşar mədəniyyətləri olan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi Mərkəzi Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlığın genişlənməsinə imkanlar açır. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər ölkələrimizi bir-birnə yaxınlaşdırır, hörmət və fayda əsasında yeni münasibətlər sistemini möhkəmləndirir.

 Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfər etməsi və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi görüş iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına yeni impuls verəcək.

İyul ayında Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərə gəldiyini və bu çərçivədə işğaldan azad olunmuş Füzuliyə getdiyini xatırladan deputat dedi ki, Xalq Məclisinin Sədri füzulililərə Türkmənistan xalqı adından məscid tikilib hədiyyə olunacağını bildirmişdi. Uzun illər işğal altında olmuş ərazilərin yenidənqurma və bərpa işlərində Mərkəzi Asiya ölkələrindən olan qardaşlarımız iştirak edərək öz hədiyyələrini verməklə, Azərbaycan xalqı ilə bir yerdə olduqlarını nümayiş etdirirlər.  "Füzuli şəhəri Türkmənistanın Arxadağ şəhəri ilə qardaşlaşdı. Bu, bizim qardaşlıq bağlarımızın uzanması və bir-birinə daha sıx birləşməsi deməkdir. Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov  "Taus" ləqəbli "Axaltəkə" atını Prezident İlham Əliyevə hədiyyə etdi. Prezident İlham Əliyev də Füzuliyə səfəri çərçivəsində Berdiməhəmmədova "Qarabağ" atı hədiyyə etmişdi.  Qarabağ atının hədiyyə olunmasının rəmzi mənası var idi.  Çünki atımız qələbəmizi simvolizə edir - at xalqın dayağıdır, at xoşbəxtlik gətirir.  Qurbanqulu Berdiməhəmmədovun hədiyyə etdiyi atın adı "Taus"dur. Bu ad isə "Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!" mənasını ifadə edir", - deyə o bildirib.

A.Badamov qeyd edib ki, Azərbaycan və Türkmənistan ticari-iqtisadi əlaqələri özünün inkişaf dövrünü yaşayır.  Belə ki, son illər ölkələrarası ticarət dövriyyəsi sürətlə artır.  Bu göstərici 2021-ci ildə 105.1 milyon dollar idisə, 2024-cü ildə 383.7 milyon dollar olub. Bu da iqtisadi əməkdaşlığımızın üç dəfədən çox artması deməkdir. 

Azərbaycan-Özbəkistan əlaqələrinin də yüksək səviyyədə olduğunu vurğulayan deputat əlavə edib ki, iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsi 200 milyon dollar olub. Bu ilin 7 ayında isə bu göstərici 127 milyon dollara çatıb: "2030-cu ildə isə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. Bunun üçün hər il ticarət dövriyyəsində 30-35 faiz artım olmalıdır.   Özbəkistanla ölkəmiz arasında imzalanmış sənədlərin icra olunması hədəflərə çatacağımızı göstərir. Dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri və görüşməsi ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Özbəkistan işğaldan azad olunmuş ərazilərimizdə keçirdiyimiz yenidənqurma və bərpa işlərinə töhfə verən ilk qardaş ölkə olub.  Prezident Şavkat Mirziyoyevin Füzuliyə səfəri çərçivəsində hədiyyə etdiyi, dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan orta məktəb Azərbaycan və özbək xalqlarının qardaşlıq simvolu olub", - deyə o əlavə edib.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclasında iştirakı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Fəaliyyət Planı, 2025-2027-ci illəri əhatə edən sənaye və kənd təsərrüfatı əməkdaşlığı proqramları, gəmiçilik, təhsil, sosial müdafiə, gömrük, rəqəmsal təhlükəsizlik və ətraf mühit sahələrində imzalanan qarşılıqlı razılaşmalar tərəfdaşlığın strukturlaşdığını və funksional inteqrasiyaya yönəldiyini göstərir. Dövlət başçılarının Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılışında və "Ağ şəhər" ərazisində "Özbəkistan" parkının təməlqoyma mərasimində iştirakı ikitərəfli strateji müttəfiqliyin siyasi, mədəni və diplomatik əsaslarını möhkəmləndirən rəmzi və institusional addımlar kimi qiymətləndirilir. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) artıq Özbəkistanda böyük bir neft yatağının işlənilməsinə başlayıb. Bu yataqda hasilatın əldə olunması qardaş Özbəkistanın neft istehsalı sahəsində yeni bir dönəmə qədəm qoymasına yol açmaqla yanaşı, ölkələrimizi bir-birinə daha çox yaxınlaşdıracaq. 

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkmənistan-Özbəkistan dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və mətbuata birgə bəyanatlarla çıxışları mühüm əhəmiyyət kəsb edir: "Bu görüş ölkələrimiz arasında yeni üçtərəfli əməkdaşlıq formatının yaranması deməkdir. Dövlət başçıları nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin inkişafı ilə bağlı müzakirələr apardılar və müvafiq tapşırıqlar verdilər.  Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialı çox böyükdür. Bunun dərinləşməsi bütün Avrasiya regionunun inkişafına böyük töhfə verəcək Azərbaycanı Mərkəzi Asiyadan Xəzər dənizi ayırır. Xəzər dənizi həm də bizi birləşdirir. Türkmənbaşı və Bakı Beynəlxalq Ticarət limanları arasında əməkdaşlığın genişlənməsi Türkmənistan və Özbəkistanın Orta dəhliz vasitəsilə Avropaya iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Özbəkistan və Türkmənistan həm də "yaşıl enerji"ni Xəzər dənizinin dibi vasitəsilə Azərbaycan üzərindən digər bazarlara çıxarmaq imkanına malik olacaq.  Ölkələrimiz qarşılıqlı investisiyaların yatırılması və ehtiyac olan mallar ticarətinin mübadiləsi ilə bağlı razılıq əldə edib. Bu da üç ölkədə istehsal olunan malların ixracı üçün daxili imkanlarımızın önə çəkilməsi deməkdir". 

 A.Badamov vurğulayıb ki, ümumiyyətlə Cənubi Qafqazda sülhün möhkəmlənməsi, Zəngəzur dəhlizinin açılması və daxili imkanlarımızın səfərbər olunaraq bir-birinə açıq elan edilməsi ölkələrimizi bir-birinə yaxınlaşdırmaqla bərabər, iqtisadi inkişafımızın sürətlənməsinə yüksək töhfə verir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!