26 Avqust 2025 13:17
565
SİYASƏT
A- A+
Yüksəksəviyyəli etimad və qardaşlıq anlaşması  

Yüksəksəviyyəli etimad və qardaşlıq anlaşması  


Azərbaycan-Türkmənistan-Özbəkistan strateji əməkdaşlığı yeni geoiqtisadi imkanlar vəd edir


Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında mühüm hadisə kimi dəyərləndirilir.

Azərbaycanın dövlət başçısı ilə cənab Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər ölkələrimiz arasında münasibətlərin müasir dinamikasını əks etdirməklə bərabər, yeni əməkdaşlıq gündəliyini irəliyə doğru aparmaq və əlavə birgə imkanları səfərbər etmək baxımından mühüm bir addım oldu. 

Azərbaycan və Türkmən xalqları əsrlər boyu qardaş xalqlar kimi yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi bu ənənələrə sadiqdirlər, bunu yaşadır və yeni üfüqlərə doğru birgə addımlayırlar.

Səfərin ən əlamətdar xronikası isə Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşün keçirilməsi idi. Bu görüş dərin etimad və qarşılıqlı dostluq anlaşmalarının təzahürü olmaqla, üç dövlət arasında strateji əməkdaşlığı yeni mərhələyə çatdırmış olur. 

Tədbirdə çıxış edən Prezident İlham Əliyevin xatırlatdığı kimi, xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açılır. Həm Türkmənistan, həm də Özbəkistan Azərbaycanla mehriban və əsl qardaşlıq ruhunda əlaqələri çoxşaxəli bloklarda inkişaf etdirir.

Bu iki dost ölkə Azərbaycanın müəllifi və təşəbbüskarı olduğu nəqliyyat-enerji-kommunikasiya layihələrində fəal yer almaqla siyasi iradə nümayiş etdirir və qlobal rifah proqramlarına qoşularaq həmrəylik alyanslarına inteqrasiya olunur.

Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdirlər. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri xüsusi önəm daşıyır və hazırda birgə səylər bu nəhəng kommunikasiyaların vahid zəncirdə birləşdirilməsinə yönəlib.

Mərkəzi Asiya və Avropa arasında vacib körpü rolunu oynayan Orta Dəhliz, karbohidrogen resurslarının nəqlində əhəmiyyətini artıran Cənub Qaz Dəhlizi və digər layihələr Özbəkistan və Türkmənistan üçün də xüsusi əhəmiyyət daşıyır.

Türkmənistanla enerji sahəsində əməkdaşlıq, SOCAR-ın Özbəkistanda neft yataqlarında kəşfiyyata və hasilat işlərinə başlaması enerji resurslarının Qərb marşrutlarına yönlənməsində perspektiv gündəliyi yeniləyir.

Eyni zamanda, Türkmənistan və Azərbaycan mədəni-humanitar proqramlarda fəal yer alır, işğaldan azad edilmiş ərazilərdə quruculuq səhifəsində Azərbaycanın yanına adlarını yazdırır. Hər iki dövlət liderlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri və bu bölgədə mühüm infrastruktur və tarixi-mədəni obyektlərin inşa olunmasına verdiyi dəstək əsl qardaşlıq dəstəyi, həmrəyliyin və mənəvi birliyin rəmzidir.

Özbəkistanın Füzilidə Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası və Xankəndidə birgə istifadəyə verdiyi tikiş fabriki quruculuğun qürurlu səhifələridir. Eləcə də Türkmənistanın Füzulidə məscid inşa etmək istəyi qardaş dövlətlərin sarsılmaz gücünü əks etdirir.

Birgə gücün digər prioritetləri ortaq maraqlara cavab verən investisiya layihələrinin icrasıdır ki, bu da siyasi-iqtisadi-mədəni təmasları, müttəfiqliyi daha da möhkəmləndirir. 

Yüksəksəviyyəli görüş çərçivəsində Prezident İlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər üçtərəfli möhkəm əməkdaşlıq formatı üçün hüquqi-iqtisadi-siyasi zəmin deməkdir. İlk növbədə, “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nın qəbul edilməsi üçtərəfli dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirəcək. Həmçinin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu” nəqliyyat-turizm sənayesində birgə niyyətləri əks etdirir. “Füzuli şəhəri ilə Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” isə Qarabağ bölgəsi ilə türkmən vilayətinin inkişaf vizyonunu zənginləşdirəcək.

Azərbaycan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumunun imzalanması Orta Dəhlizdə vahid nəqliyyat qovşağının formalaşmasında faydaverici rol oynayacaq. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin görüşün yekunlarına dair mətbuata birgə bəyanatı da olduqca diqqətçəkici və dərin məzmunlu mesajların çatdırılması ilə yadda qaldı.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tərəflərin razılaşdırdıqları önəmli prioritetlər, imzalanan sənədlər qardaşlığın rəmzidir. Bu tarixi Zirvə görüşü üçtərəfli əməkdaşlıq formatını yaratmaqla siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələri daha da irəliyə aparacaqdır.

İkitərəfli və üçtərəfli əməkdaşlığın perspektivlərindən biri də qaz sahəsində mübadilələri və nəql zəncirini gücləndirmək, habelə nəqliyyat sektorunda çoxvektorlu daşınma axıcılığını təmin etməkdir. Qurbanqulu Berdiməhəmmədovun qeyd etdiyi kimi, hər üç ölkə Böyük İpək Yolunun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizlərinin qurulmasında birgə iradə nümayiş etdirməklə Mərkəzi Asiya-Xəzər və ya Trans-Xəzər habının formalaşmasında sadiqliyini təsdiqlədilər.

Prezident Şavkat Mirziyoyevin bəyan etdiyi kimi, üçtərəfli görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirir. Coğrafi mövqe, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələr belə bir nümunəvi əməkdaşlıq modelini ərsəyə gətirir. Xəzərdəki birgə nəqliyat və logistika infrastrukturlarından, limanların imkanlarından səmərəli istifadə beynəlxalq bazarlara çıxışı daha da genişləndirəcək və bu amil dövlətlər arasında əmtəə dövriyyəsinin də həcmlərini böyüdəcək.

Bir sözlə, Azərbaycan, Türkmənistan və Özbəkistan əldə olunmuş razılaşmalar və və müəyyənləşmiş “Yol Xəritəsi” üzrə hədəflərə çatmaqda qərarlı və inadlı addımlar atacaqlar.


Ramid NAMAZOV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!