22 Avqust 2024 09:40
84
Təhsil
A- A+

Yüksək balla ali məktəblərə daxil olan gənclərlə görüş keçirilmişdir

 

Ağstafada Dövlət İmtahan Mərkəzinin (DİM) 2023-2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan yerli gənclərlə görüş keçirilmişdir. 
Görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov açaraq tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara gələcək hədəflərinə çatmaları üçün uğurlar arzulamışdır.   
Sonra Ağstafa təhsil sektorunun müdiri Mədət Zeynalov, şair Rüfət Axundlu, eləcə də test imtahanında 669 bal toplayan Həcər İsgəndərli və 682 bal toplayaraq yüksək nailiyyət əldə edən Nurlan Axundov çıxış edərək ölkəmizdə elmə, təhsilə göstərilən yüksək diqqət və qayğıdan söz açmışlar. 
Yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim edildikdən sonra xatirə şəkli çəkdirilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video