16 Oktyabr 2022 00:34
1786
İQTİSADİYYAT
A- A+
Yoxsulluğun azalması davamlı inkişafın təzahürüdür

Yoxsulluğun azalması davamlı inkişafın təzahürüdür

 

17 oktyabr 1992-ci ildən etibarən dünyada Ümumdünya Yoxsulluqla Mübarizə Günü kimi qeyd edilir. Bu, yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə aparılan mübarizəni stimullaşdırmaq məqsədi daşıyır. Yoxsulluğun aradan qaldırılması həm humanistlik prinsipləri baxımından, həm də gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması üçün vacibdir. Yoxsulluqla mübarizə dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ötən 19 ildə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalaraq 49 faizdən 5 faizə düşüb. 
Bu gün də ölkəmizdə aztəminatlı əhali qrupunun sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilir. İqtisadi inkişaf və büdcə gəlirlərinin davamlı artımı yoxsulluğun səviyyəsinin daha da azaldılması və ümumilikdə sosial təminat sisteminin möhkəmləndirilməsi ilə müşayiət olunur. 

 

Mütləq və ifrat yoxsulluq faizi sıfra bərabərdir

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Azərbaycan yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malikdir: "Ölkəmizdə həyata keçirilən tədbirlər sayəsində bu istiqamətdə müsbət nəticələrin əldə edilməsinə nail olunub. Azərbaycan 2000-ci ildə BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı tərəfindən imzalanan Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannaməyə qoşulub. Həmin sənəddə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. Xüsusi vurğulamaq lazımdır ki, Bəyannamənin imzalandığı dövrə qədər də Ulu Öndərin rəhbərliyi ilə ölkədə dayanıqlı iqtisadi inkişafa və sosial rifah səviyyəsinin yüksəldilməsinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib".
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində isə yoxsulluq 10 dəfəyə qədər azalıb. 
"COVID-19 pandemiyası ilə əlaqədar son iki ildə müşahidə edilən bir faiz artım isə müvəqqəti xarakter daşıyır. Sevindirici haldır ki, ölkədə mütləq və ifrat yoxsulluq sıradan çıxıb. İfrat yoxsulluq vətəndaşın gündəlik qazancının bir dollardan, mütləq yoxsulluq isə iki dollardan aşağı olması deməkdir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə minimum əməkhaqqı aylıq 300 manat təşkil edir. Adambaşına düşən gəliri 200 manatdan aşağı olan ailələrə isə ünvanlı sosial yardım verilərək onların da aylıq gəliri 300 manata çatdırılıb. Yəni ölkəmizdə mütləq və ifrat yoxsulluq tamamilə aradan qaldırılıb", - deyə Musa Quliyev bildirib.
Ölkəmizdə nisbi yoxsulluq səviyyəsinin dünyanın inkişaf etmiş ölkələri ilə eynilik təşkil etdiyini deyən komitə sədri bildirib ki, bu, yoxsulluqla mübarizədə müxtəlif istiqamətlərdə görülən işlərin, əməkhaqları, pensiyalar, müavinət və təqaüdlərin, demək olar ki, hər il artırılmasının nəticəsidir: "Ölkəmizdə vətəndaşların məşğulluğu təmin edilir, onları yoxsul edən səbəblərin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Yoxsulluğun əsas səbəbləri xəstəlik, işsizlik və evsizsizlikdir. İndi icbari tibbi sığortanın tətbiqi vətəndaşların tibbi xərclərinin xeyli hissəsinin sığorta və dövlət vəsaiti hesabına ödənilməsinə səbəb olub. Digər tərəfdən, müxtəlif dövlət proqramlarının icrası, kiçik və orta sahibkarlığın inkişafına diqqətin artırılması, mütəmadi olaraq yeni iş yerlərinin açılması işsizlik probleminin həllinə töhfə verir. Aztəminatlı əhali qruplarının gəlir imkanlarını artırmaq, onların kiçik sahibkarlığa çıxışına şərait yaratmaq üçün dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə mühüm önəm kəsb edir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir".
Musa Quliyev deyib ki, dövlət əlilliyi olan şəxslərdən, eləcə də digər həssas qruplara aid vətəndaşlardan diqqət və qayğısını əsirgəmir: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST mərkəzlərinin yaradılması da yoxsulluğun aradan qaldırılması istiqamətində atılmış uğurlu addımlardan biridir. Həmçinin Prezidentin göstərişi ilə hər il təxminən 50-60 min ictimai-sosial iş yerləri açılır. Bütün bunlar ölkədə yoxsulluğun aradan qaldırılması üçün görülən institusional xarakterli tədbirlərdir. Ona görə yoxsulluq Azərbaycanda ən aşağı və nəzarət olunan səviyyədədir".

 

Məqsəd yoxsulluğun səviyyəsini sıfra endirməkdir

 

Siyasi elmlər doktoru, professor, sosial məsələlər üzrə mütəxəssis Hadi Rəcəbli də cəmiyyət və dövlət quruculuğunda yoxsulluq probleminin hər zaman aktual olduğunu vurğulayıb. Onun dediyinə görə, dövlət quruculuğunun mahiyyətində vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dayanır. Yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlərin davamlı xarakter daşıması da vacibdir. 
"Azərbaycan müstəqillik qazandığı ilk illərdə bir sıra ciddi problemlərlə üzləşdi. Ölkədə mövcud olan, demək olar ki, bütün müəssisələr bağlandı, iqtisadi əlaqələr sıfra endi, ərazilərimizin 20 faizinin işğal olunması nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yarandı. Xalqımız, sözün əsl mənasında, faciəvi dövr yaşadı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın və dövlətimizin taleyini tamamilə dəyişdi. Həyata keçirilən ciddi tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azalmağa başladı. Hazırda yoxsulluq faizinin olduqca aşağı olmasına baxmayaraq, Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər bu göstəricinin sıfra endirilməsinə yönəlib. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış başlayıb, orada yeni iş yerləri açılır, həmin  ərazilərdən faydalanaraq ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi planlaşdırılır", - deyə professor bildirib.
Hadi Rəcəblinin sözlərinə görə, dövlət vətəndaşların aylıq maaşlarının yaşayış minimumundan xeyli çox olmasının tərəfdarıdır: "Belə olan halda, vətəndaşların sosial müdafiəsi güclənir və yoxsulluq faizi sürətlə azalır. Yaşayış minimumu bilavasitə istehlak səbəti və bazar qiymətləri ilə uyğunlaşdırılır. Minimum əməkhaqqı məbləği də buna uyğun müəyyən edilir. Beləliklə, minimum əməkhaqqı məbləğinin artırılması yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, son illərdə minimum əməkhaqqı təxminən 15-20 dəfə artırılıb. Həmçinin yoxsulluğun aradan qaldırılması üçün dövlət və özəl sektor tərəfindən iş yerlərinin açılması da önəmlidir. Yeni iş yerlərinin yaradılması ilə vətəndaşların məşğulluğunu və minimum əməkhaqqı almasını təmin etmək mümkündür". 
Mütəxəssis qeyd edib ki, həssas əhali qruplarına aid vətəndaşların sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindəndir: "Kiçik və orta biznesin inkişaf etdirilməsi də bu baxımdan vacibdir. Xüsusilə məmurlar çalışmalıdırlar ki, kiçik və orta biznesin inkişafı üçün sadə vətəndaşlara dəstək olsunlar. Dövlətin əsas məqsədi ölkədə yoxsulluğun sıfra endirilməsidir. Ona görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşlara əməktutumlu iş yerlərinin yaradılması ilə bağlı xüsusi güzəştli kreditlər verilir. Bu gün ölkəmizdə turizm, kənd təsərrüfatı və emal müəssisələri sektoru da inkişaf etdirilir. Yeni kütləvi iş yerlərinin açılması nəticəsində yoxsulluq səviyyəsinin minimuma endirilməsi ölkə rəhbərinin təşəbbüskarlığının nəticəsidir".
Görünən odur ki, yoxsulluq problemi qlobal səviyyədə olduğu kimi, ölkəmizdə də daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev deyib: "Azərbaycanda yoxsul adam olmamalıdır. Yoxsulluqla mübarizə bizim prioritet məsələlərimizdən biridir. Bu istiqamətdə işlər aparılır və Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür. Bu baxımdan, beynəlxalq təşkilatlarla birlikdə daha da ciddi işləməliyik". Dövlət başçısının uğurlu siyasi iradəsinə uyğun olaraq ardıcıl qəbul edilən dövlət proqramları, həyata keçirilən sosial islahatlar, hər il daha da gücləndirilən sosial müdafiə tədbirləri nəticəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf təmin edilib. Nəticədə yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, ifrat və mütləq yoxsulluq tamamilə aradan qaldırılıb.  

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!