13 Avqust 2024 02:17
1003
SİYASƏT
A- A+
Yerlan SAİROV: "Türk dünyası ölkələrinin əsas vəzifəsi kompleks təhlükəsizlik sisteminin yaradılmasıdır"

Yerlan SAİROV: "Türk dünyası ölkələrinin əsas vəzifəsi kompleks təhlükəsizlik sisteminin yaradılmasıdır"

 

Getdikcə daha mürəkkəb hal alan beynəlxalq münasibətlər fonunda ortaq tarixi və mədəni kökləri olan ölkələrimizin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bunun əyani nümunəsidir.

Bu yaxınlarda Azərbaycan Prezidentinin də iştirakı ilə Mərkəzi Asiya Dövlət Başçılarının görüşü keçirildi. Qazaxıstan Respublikası Parlament Məclisinin (aşağı palata) deputatı Yerlan Sairov Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın perspektivlərini, həmçinin onların qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini AZƏRTAC-ın müxbiri ilə söhbətində şərh edib.

- Sizcə, bu kontekstdə Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı hansı rolu oynadı?

- Mərkəzi Asiya ölkələri kimi, Azərbaycan da türk dünyasının bir hissəsidir. Hamımız vahid dil, din və mədəni məkanı təmsil edirik. Son 5-6 ildə dünyada artan geosiyasi gərginlik, habelə qeyri-sabit iqtisadi və sosial proseslər fonunda ortaq tarixi köklərə malik olan xalqların daha çox konsolidasiyası zərurəti yaranıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu, həmçinin bizim gələcək inteqrasiya və birlik səylərimizdən xəbər verir.

- Görüşün hansı nəticələri Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün daha çox əhəmiyyətlidir?

- Son vaxtlar Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın liderləri qlobal siyasət, dost və mənşəcə yaxın dövlətlərimizin regional inteqrasiyası məsələlərini müzakirə etmək üçün tez-tez görüşürlər. Bu görüşlər iqtisadi, sosial və digər sahələrdə ölkələrin daha sıx inteqrasiyasına təkan verən real nəticələr verir. Bunun sayəsində türk dünyası ölkələri böyük beynəlxalq layihələrdə iştirak etmək imkanı əldə edirlər. Hər bir görüş iştirakçılara müsbət enerji verməklə yanaşı, konkret nailiyyətlərə, xüsusən də vahid nəqliyyat qovşağının yaradılmasına gətirib çıxarır. Bu sammitlər dövlətlərimiz arasında əməkdaşlığın inkişafında əsas rol oynayır.

- Azərbaycan Prezidenti İlham Əliyev görüş əsnasında qeyd etdi ki, dünyada getdikcə artan təhdidlər və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir. Bu bəyanatı necə şərh edərdiniz?

- Mərkəzi Asiya ölkələri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qohum xalqlar təkcə bir-birinə güvənmir, həm də əməkdaşlıq üçün qarşılıqlı faydalı iqtisadi, maliyyə və digər şərtlər təklif edə bilərlər. Qlobal qeyri-sabitlik şəraitində ümumi təhlükəsizlik sisteminin formalaşdırılması xüsusi əhəmiyyətə malikdir. Ölkələrin liderlərinin mütəmadi görüşləri həm iqtisadi inteqrasiyanın, həm də bir-biri ilə sıx bağlı olan vahid təhlükəsizlik sisteminin inkişafında əsas rol oynayır.

Beləliklə, bu görüşlərin gündəliyi iqtisadi və mədəni məsələlərin müzakirəsindən kənara çıxmalıdır. Əsas vəzifə türk dünyasının bütün ölkələri üçün hərtərəfli təhlükəsizlik sistemi yaratmaqdır.

- Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-tranzit sektorunda əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Mərkəzi Asiya ölkələrindən Avropaya, Yaxın və Orta Şərq ölkələrinə mal və xidmətlərin çatdırılmasını təmin etmək üçün unikal nəqliyyat qovşağıdır. Bu gün Qazaxıstan nefti və Mərkəzi Asiya ölkələrindən gələn digər mal və xidmətlərin Azərbaycanın nəqliyyat qovşaqlarından keçə bilməsi üçün nəqliyyat məsələləri əsas prioritetdir. Bizə rəqəmsallaşma, sənaye, neft emalı və digər sahələrdə inteqrasiya sistemləri lazımdır. Bütün bu məsələlər gələcəkdə öz həllini tapacaq və ölkələrimizin iqtisadi qüdrətini artıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!