22 Avqust 2024 09:35
91
CƏMİYYƏT
A- A+

Yeniyetmə və gənclərin yay istirahəti səmərəli keçir

 

Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Həsənsu çayının ətrafında piknik təşkil olunmuşdur.
Yeniyetmələrlə gənclər arasında birliyin təşviqi, onların intellektual səviyyəsinin artırılması, eyni zamanda məktəblilərin yay tətilini daha mənalı və yaddaqalan etmək üçün keçirilən tədbirin açılışında çıxış edənlər demişlər ki, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər hərtərəfli qayğı ilə əhatə olunub və onların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda yetişmələri, yüksəksəviyyəli təhsil almaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları üçün bütün zəruri tədbirlər görülüb. Öz növbəsində hər bir yeniyetmə və gənc də ölkəmizdə yaradılan bu əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirməlidirlər. 
Müxtəlif növ stolüstü dama yarışlarının, musiqili-əyləncəli müsabiqələrin, nahar və çay süfrəsinin təşkil olunduğu tədbir zamanı iştirakçılar, həmçinin ərazini tullantılardan təmizləmişlər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video