06 May 2024 19:32
359
İDMAN
A- A+

Yeniyetmə cüdoçularımız Avropa Kubokunun qalibidir  

 

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 14 ölkədən 323 (209 oğlan, 114 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 14 (4 qızıl, 1 gümüş və 9 bürünc) medal qazanıb. Cüdoçularımız turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Məhəmmədəli Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Digər cüdoçularımızdan Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) isə bürünc medala yiyələniblər. Qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medala sahib çıxıb.
Yarışların ikinci günündə isə Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.
Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2 qızıl, 4 gümüş, 4 bürünc) 2-ci, Türkiyə (1 qızıl, 3 gümüş,) isə 3-cü yeri tutub.


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video